Abbas Bağırov: Azərbaycan müğənnisi

Bağırov Abbas Nizami oğlu (29 avqust 1982, Tovuz) — müğənni, Azərbaycanın əməkdar artisti (2011), Azərbaycan Dövlət Televiziyasının solisti (2011-ci ildən).

Abbas Bağırov
Ümumi məlumatlar
Doğum tarixi 29 avqust 1982(1982-08-29) (41 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2005-ci ildən
Janrlar klassik musiqi, xalq musiqisi, pop musiqisi
Musiqi alətləri fortepiano
Boyu 1.70 sm
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Həyatı

Abbas Bağırov 29 avqust 1982-ci ildə Gəncə şəhərində, ziyalı ailəsində anadan olub. 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib. 2000–2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrəni öyrənərək müxtəlif sənətkarlardan dərs alıb. 2002-ci ildən Azərbaycanın əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjmançı Samir Şirinovla birgə çalışıb. 2003–2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb. Bakı şəhərində keçirilən bir çox festivallarda laureat olub. Həmçinin Türkiyə, Rusiya, Fransa, İtaliya, Amerika və digər Avropa ölkələrində təşkil olunan festivallarda da, Azərbaycanı təmsil edib. 2005–2009-cu illərdə "A-trio" adlı qrup yaradıb. Lakin bir müddət sonra qrup dağılıb. 2006-cı ildə "Sarı gəlin" xalq mahnısına qısametrajlı film-klip çəkdirib. 2007-ci ildə Gəncə şəhərinin 2500 yaşıyla əlaqədər şəhər icra hakimiyyətinin önündəki meydanda konsert verib. Son bir neçə ildir ki, özü də mahnı yazır: həm sözlərini, həm muqiqisini. Bu bəstələri, həm özü, həm də bir çox digər müğənnilər ifa edirlər. 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Diskoqrafiya

    Abbas Bağırov: Həyatı, Diskoqrafiya, Filmoqrafiya  Əsas məqalə: Abbas Bağırov diskoqrafiyası

Mahnılar

  • Bakım mənim (2020)
  • Sevgilim (2020)

Albomlar

  • Cənnətdir Bakı (2002)
  • Yağış (2004)
  • Aldanma (2006)
  • Heç nə istəmirəm (2008)
  • Aləm gözəl (2012)
  • Sev məni (2013)
  • Canlı konsert (2014)
  • İkimiz (2015)
  • Görüş yeri (2016)
  • Qarabağ (2017)

Kliplər

  • Cənnətdir Bakı (2002)
  • Eşqin məhəbbəti (2004)
  • Son Dəfə (2006)
  • Aldanma (2007)
  • Balamın balası (2008)
  • Bilərsənmi (2008)
  • Sarı gəlin (2008)
  • Aləm gözəl (2012)
  • Sev məni (2013)
  • Yaxşı Ki Varsan (2014)
  • Ay Aşıq, Təriflə (2019)
  • Sevgilim (2020)
  • Azərbaycanım Mənim (2020)
  • Ali Baş Komandanım (2020)
  • Шуша Возвращается Домой (2020)
  • Vətən Yaxşıdır (2020)
  • Бакинский Шансон (2020)
  • Шалом (2020)
  • Türk Sağ İkən (2021)
  • Cənnətim Qarabağ (2022)
  • Baku — New-York (2023)
  • Deprem (2023)
  • Sevirəm Səni (2024)

Filmoqrafiya

  1. Qış nağılı (film, 2001) (tammetrajlı bədii film) (rol: Dıbış)
  2. Məhəllə (film, 2003) (tammetrajlı bədii film) (mahnı ifa edən)
  3. Məhəllə 2 Moskvada (film, 2004) (tammetrajlı bədii film) (mahnı ifa edən)
  4. 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: özü)

İstinadlar

Xarici keçidlər

Tags:

Abbas Bağırov HəyatıAbbas Bağırov DiskoqrafiyaAbbas Bağırov FilmoqrafiyaAbbas Bağırov İstinadlarAbbas Bağırov Xarici keçidlərAbbas Bağırov198229 avqustAzərbaycan Dövlət TeleviziyasıAzərbaycan Respublikasının əməkdar artistiMüğənniTovuz

🔥 Trending searches on Wiki Azərbaycanca:

XorvatiyaNəsibə ZeynalovaTonzillitSinonimAzərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı9 (ədəd)Qrafik formatYasamal qəbiristanlığıVətən Müharibəsi Qəhrəmanlarının siyahısıKöməkçi nitq hissələriTülküAzərbaycan Beynəlxalq BankıPomidorBaronçi altarıAzərbaycan teatrıXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)GöygölAzərbaycan - İsveçrə futbol oyunuŞərqi Bosfor boğazıQasım bəy ZakirBanqladeş–Türkiyə münasibətləriUEFA Avro 2024Söz birləşməsiHindistanBakı-Tbilisi-Ceyhan neft kəməriÇilov adasıQarabağ xanlığıKanadaAğacdələnlərİlk tibbi yardımRiçard AlmeydaAkvarium balıqlarıGicgah sümüyüYaponiyaMirzə Fətəli AxundovNiderlandRinqo StarTemperamentQaraciyərMübtədaAzərbaycan Xalq Cümhuriyyətiİslamda oral seksMəmməd ArazHacı ŞahinXBT-10 sinfinin siyahısıƏli SistaniKubTropicosYanardağOğlaq (astrologiya)Geno AuriemmaMaliki məzhəbiŞirvanşahlar dövlətiQarabağ FKBakı metrosuSkelet (insan)Ramil SəfərovTərəzi bürcü (astrologiya)Yeraltı sularAdi tülküAmerika Birləşmiş ŞtatlarıHeydər Əliyevin ölümü və dəfniAğaməhəmməd şah QacarİsimAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıQan qrupuAzərbaycan musiqi alətləriZeynəb XanlarovaVitr namazıQonur ayıAzərbaycan coğrafiyasıİspaniyaAzərbaycan Daxili QoşunlarıDünya ölkələrinin siyahısıÇaldıran döyüşüBakıda yerləşən abidələrin siyahısıƏfqanıstan🡆 More