Əlhambra Qanunnaməsi

Əlhambra qanunnaməsi (isp.

Əlhambra qanunnaməsinə görə İudaizm dininə mənsub olan və ya etnik kökləri bu dinə söykənmiş hər kəs İspaniyanı tərk etməli idi. Yəhudilərə özləri ilə birlikdə qiymətli əşyalarını götürmək qadağan olunmuşdur. Qanuna əsasən 31 iyul tarixinə qədər ölkəni tərk etməyən yəhudilərin edam edilməsi nəzərdə tutulurdu. Bu tarixdən bir il sonra Araqon Kralı II Ferdinanda aid olan Siciliya adasında, beş il sonra isə Portuqaliyada oxşar məzmunlu qanunnamə qəbul edildi.

Əlhambra Qanunnaməsi
Əlhambra qanunnaməsinin imzalanmış bir nümunəsi.

Əlhambra qanunnaməsi bir başa Səfərad yəhudilərinin ölkədən çıxarılmasına hesablanmışdı. XV əsrdə İspaniyada yarım milyona yaxın səfərad yəhudisinin yaşadığı təxmin edilməkdədir. 200.000 yaxın səfərad yəhudisi sürgündən xilas olmaq üçün Katolik məhzəbini qəbul etdi. 40.000 - 100.000 aralığında olan bir bölümün isə dinlərini dəyişdirməkdən imtina etdikləri üçün sürgün edildiyi məlumdur. 1968-ci ilin 16 dekabr tarixində simvolik olsada qanunnamə ləğv edildi və İkinci Vatikan Şurasının yığıncağında İspaniya daxilində yaşayan yəhudilərə öz dini inanclarını azad şəkildə yaymaq və yaşatmaq hüququ tanındı.

Qərarda XV əsrdə yəhudilərin əllərindən alınmış və təyinatı dəyişdirilmiş sinaqoq və digər dini tikililərində icmanın balansına qaytarılması nəzərdə tutulurdu. 1924-cü ildə Primo de Rivera rejimi tərəfindən qəbul olunmuş qərarda dünyanın müxtəlif ölkələrində yaşayan səfərad yəhudilərinə İspaniya vətəndaşlığı verilməsi məsələsi gündəmə gəldi. 2014-cü ildə İspaniya hökuməti ölkə tarixində baş vermiş utancverici hadisələrin aradan qaldırılması adına səfərad yəhudilərinin kökündən gələn şəxslərə İspaniya vətəndaşlığı verilməsini nəzərdə tutuan qanun layihəsini qəbul etmişdir.

Qanuna görə səfərad yəhudilərinin soyundan gələn bir şəxs doğum haqqında şəhadətnamə, dini kəbin, yerli sinaqoqdan verilmiş arayış və ya İspaniya yəhudi icmasından alınmış bir sənədlə səfərad yəhudilərinin soyundan olduğunu sübut edə bilsə, hal-hazırda yaşadığı ölkəni tərk etmədən İspaniya vətəndaşlığına keçə bilər. Bunun əvəzində həmin şəxslərin yaşadığı ölkəni tərk edib, İspaniyada yaşamaqları tələb olunmur.

Arxa plan

VIII əsrin sonunda, Pireney yarımadasının çoxu artıq müsəlman qüvvələri tərəfindən zəbt olunub. Bölgədə Roma İmperiyası dövrdən bəri yaşayan yəhudilər şəriətə əsasən, Kitab əhli sayılırdı və beləliklə onların qorulan statusu var idi. VI əsrdən başlayaraq, yəhudilərə qarşı olan və onları sonda zorla xristianlıqa keçitdirən və kölə edən qanunnamələri eləyən Uestqot krallığı ilə müqayisədə, onlardan sonra gələn Əndəlüsün müsəlman mur hökmdarları altında yəhudi icması özünü nisbətən yaxşı hiss edirdi. Yəhudi alverçilərə İslam dünaysı ətrafında azad şəkildə işləri ilə məşğul olmağa icazə verilirdi və bunu istifadə edərək, Pireney yarımadasıda olan müsəlman şəhərləridəki anklavlarını təhsil və ticarət mərkəzlərinə çeviriblər. Bunun nəticəsində yəhudi mədəniyyəti çiçəklənirdi və yəhudi həkimlər, diplomtlar, tərcüməçilər və şirlər müsəlman saraylarda özünə lütf qazana biliblər. Baxmıyaraq ki, yəhudilərin Al Andalusda müsəlmanlarla bərabər statusu heç vaxt olmayıb, onlar bəzi tayfalarda (Al Andalusun inzibati bölgüsünün vahidi), məsələn, Qranada tafasında yüksək vəzifələrə, o cümlədən Böyük Vəzir vəzifəsinə təyin olunurdu.

Rekonkista zamanı, yarımadadaki müsəlman krallıqlarda zimmilərə qarşı münasibət pisləşirdi. Gec XII əsrdə, Əl Andalusun müsəlmanları xristianları şimala geri basmaq üçün Şimali Afrikadan fanatik Əlmüvəhhidilər sülaləsini dəvət ediblər. Həmin əsrin ərzində daha sonra, bundan da ölümcül hücumlar populyar xətiblərin apardığı katoliklərin topluları tərəfindən yəhudi məhəllələrinə, sinaqoqlarına, evlərinə qarşı, yəhudilərdən devşirmə ilə ölüm arasında seçməyə tələb edərək törədilirdi.

İstinadlar

Tags:

149231 iyul31 martAraqonII Ferdinand (Araqon kralı)KastiliyaKastiliya və LeonKastilyalı İzabellaPortuqaliyaSiciliyaYəhudilərİspan diliİspaniyaİudaizmİvrit diliƏlhambra sarayı

🔥 Trending searches on Wiki Azərbaycanca:

ArıQubaMürəkkəb cümləSay (qrammatika)Hidrogenİsrail MəmmədovGinnesin Rekordlar KitabıAzotLimonGəncə qapılarıMədəaltı vəziLayihəKoroğlu dastanıMüstəqilliyin Bərpası Günü (Azərbaycan)TəbiətAzərbaycan Texniki UniversitetiMəhəmməd FüzuliDüzbucaqlı üçbucaqMəngənəMurovdağBirinci Dünya müharibəsiToral BayramovÇobanyastığıAygün KazımovaBeynəlxalq Qadınlar GünüAyasofiyaAzərbaycanın iqtisadi rayonlarıƏhalisinə görə ölkələrin siyahısıMustafa Kamal AtatürkI OsmanLaçın rayonuFövqəladə vəziyyətZəncirotuDolça (astrologiya)Müsavat PartiyasıAğciyərDövlət idarəetmə formalarıUşaq hüquqlarıƏdatÇingiz xanÖlkə paytaxtlarının siyahısıKoroğluAvropa İttifaqıRənglər siyahısıAfrikaSadə ədədQafqaz AlbaniyasıMöcüzələr adası (film, 1963)Ramiz ZeynalovAzərbaycan Milli Elmlər AkademiyasıAmerika Birləşmiş ŞtatlarıQız qalasıAzərbaycan gerbiVəfa ŞərifovaİsveçOxatan (astrologiya)AmoksisillinGöbələklərZaur BaxşəliyevHeyvan zorakılığıBabasilAğqoyunlularVergiDağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləriİşıqforNovruz bayramıXudafərin körpüləriAppendisitMonqolustanBakıda yerləşən abidələrin siyahısıAzərbaycan bayrağıİblis (pyes)Rövnəq AbdullayevPolşaOn iki imamAktyorAzərbaycan Dövlət Pedaqoji UniversitetiƏfqanıstan🡆 More