Ələsgər Qayıbov (tam adı: Ələsgər Yusif oğlu Qayıbov; 15 mart 1966, Yormuğanlı, Saqareco rayonu, Kaxetiya, Gürcüstan SSR, SSRİ – 21 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.
Ələsgər Qayıbov | |
---|---|
Ələsgər Yusif oğlu Qayıbov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Vətəndaşlığı | SSRİ |
Atası | Yusif |
Anası | Xanım |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
Fəaliyyəti | Tələbə |
1966-cı il martın 15-də Gürcüstan SSR Qaraçöp mahalının Yormuğanlı kəndində anadan olmuşdur. Şəhid olduğu ərəfədə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi.
Subay idi.
Həmin gecə xeyli yaralıya kömək etmişdir. «Gənclik» metrosunun yanından neçə dəfə 5 nömrəli xəstəxanaya gedib-qayıtmışdı. Lenin adına Mərkəzi Stadionun yaxınlığında digər yaralıya kömək etmək istəyərkən yaralanmış, güllə sol qolunu qıraraq qarnını yaralamışdır. Üzərində 3 mürəkkəb cərrahiyyə əməliyyatı aparılsa da, aldığı xəsarətdən yanvarın 21-də səhər saat 7-də vəfat etmişdir.
Şəhidlər xiyabanında dəfn edilmişdir.
This article uses material from the Wikipedia Azərbaycanca article Ələsgər Qayıbov, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.