Şəki Əyaləti

Şəki əyaləti; Nuxa əyaləti — 1819–1840-cı illər arasında Rusiya imperiyasının Cənubi Qafqazdakı bir inzibati ərazisi.

Şəki əyaləti
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
İnzibati mərkəz Nuxa
Tarixi və coğrafiyası
Yaradılıb 1819
Ləğv edilib 1840
Sahəsi 6.176,3 km²
Əhalisi
Əhalisi 97.338 nəfər (1824)
Etnik tərkib çoxluq:azərbaycanlılar;
azlıq:ləzgilər
Rəsmi dili Azərbaycan, rus
Şəki əyaləti xəritədə
Ardıcıllıq
← Şəki xanlığı Şəki qəzası →
Ərəş qəzası →

Tarixi

Şəki Əyaləti 
Cənubi Qafqaz 1826–1828-ci illərdə

1819-cu ildə Şəki xanı İsmayıl xanın ölümündən sonra Şəki xanlığının yerində yaradılmışdı. 22 aprel (10 aprel Yuli təqvimi) 1840-cı il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən yeni yaradılmış Kaspi vilayətinin tərkibinə daxil edilmiş və bundan sonra Şəki qəzası adlanmışdı.

Şəki əyaləti xan üsul-idarəsinin davamı demək idi, sadəcə, burada xan yox idi. Məsələn, Şəki xanlığında olduğu kimi Şəki əyalətindən də Rusiya İmperiyasına ildə 7 min çervon bac verilməliydi. Şəki xanlığı kimi, Şəki əyalətinin də öz hərbi qüvvələri vardı və bu qüvvələr bəzən əyalət ərazisindən kənarda hərbi əməliyyatlar keçirirdi.

1826-cı ildə – II Rus — İran müharibəsinin əvvəllərində, İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən o, Şəkinin yerli xanlarının nəslindən olan Hüseyn xana qoşun verib Nuxaya göndərmiş, Hüseyn xan isə öz növbəsində 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olmuşdu. Hüseyn xanın Nuxaya gəlməsi, 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası demək idi. Lakin Qafqazdakı rus qoşunlarının baş komandanı knyaz Yermolov 31 oktyabr tarixdə böyük bir ordu ilə Nuxaya yaxınlaşarkən, Hüseyn xan ruslarla qarşıdurmaya getməyərək İrana qaçdı. Beləliklə, Hüseyn xanın xanlıq dövrü heç 3 ay davam etmədi.

1838-ci ilin 13 sentyabr tarixində isə Hüseyn xanın oğlu Məşədi Məmməd/İsgəndər xan ləzgi qoşunu ilə Dağıstandan hərəkətə keçib Nuxanı tutdu və Nuxa qalasını mühasirəyə aldı. Hansı ki bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə yerləşirdi. Həmçinin şəhər əhalisinin bir qismi — əsasən tacirlər və ermənilər də buraya sığınmışdılar. Lakin ruslar tərəfindən şəhərə digər yerlərdən əlavə hərbi qüvvələrin yeridilməsindən və 2 günlük şiddətli döyüşlərdən sonra Məşədi Məmməd/İsgəndər xan 16 sentyabr tarixində, gecə vaxtı gətirdiyiləzgilərlə Nuxadan geri çəkilməyə məcbur oldu.

Əhalinin sayı və milli tərkib

1824-cü ildə Şəki əyalətində əhalinin ilk siyahıyaalınması zamanı əhalinin sayı 97338 nəfərdən ibarət olmuşdu.

Mahalın, yaxud şəhərin adı Tatarlar (müsəlmanlar) kişilər+qadınlar Ermənilər (qriqoryan xristianlar) kişilər+qadınlar Gürcülər (yerli provoslav xristianlar) kişilər+qadınlar Yəhudilər (kişilər+qadınlar) Əhalinin cəmi sayı
1. Nuxa şəhəri 6 008 + 5 825 780 + 738 0 0 13 351
2. Şəki mahalı (90 kənd) 13 349 + 11 780 3 715 + 3 196 368+338 539 + 509 33 794
3. Ərəş mahalı (27 kənd) 2 058 + 1 861 476+440 0 0 4 835
4. Ağdaş mahalı (34 kənd) 2 434 + 2 745 0 0 0 5 179
5. Padar mahalı (14 kənd) 1 646 + 1 461 0 0 0 3 107
6. Alpaut mahalı (24 kənd) 2 430 + 2 216 89+78 0 0 4 813
7. Qutqaşen mahalı (38 kənd) 5 840 + 5 001 1 132 + 966 0 0 12 939
8. Xaçmaz mahalı (26 kənd) 5 630 + 4 903 628 + 649 0 11 810
9. Bum mahalı (20 kənd) 2 694 + 2 399 1 301 + 1 116 0 0 7 510
Cəmi: 1 şəhər 273 kənd 42 089 + 38 191 8 121 + 7 183 368 + 338 539 + 509 97 338

Nəzərə alınmalıdır ki, siyahıyaalma zamanı Vartaşen kəndində yaşayan provoslav udinlər, gürcü kimi, orada və başqa kəndlərdə yaşayan qriqoryan məzhəbli udinlər isə erməni kimi qeydə alınıb. O cümlədən Qutqaşın mahalının Sultan Nuxa kəndinin nə erməni və nə də udin dilini bilməyən, ana dilləri azərbaycan türkcəsi olan qriqoryan məzhəbli xristian əhalisi də erməni kimi qeydə alınmışdır. Yəhudilərin yaşadığı yeganə kənd isə yenə Vartaşen kəndi idi. Ləzgilər də siyahıyaalmada "tatar" kimi qeydə alınıb, amma 3–4 kəndin ləzgi kəndi olması və hətta onların neçənci ildə Dağıstandan, yaxud Qubadan həmin yerə kim tərəfindən köçürülməsi də göstərilmişdir. Ermənilər isə 2 kateqoriyaya ayrılırdı: yerli ermənilər və Xoy erməniləri. Məsələn, Cəfərabad kəndində yalnız Xoy ermənilərinin 100 ailəsi məskunlaşmışdı, onlar Cəfərqulu xanla birlikdə Xoydan gəlmişdilər. Nuxa şəhərində isə Xoy ermənilərinin 65 ailəsi yaşayırdı.

Cədvəldən göründüyü kimi Şəki əyaləti əhalisinin az qala yarısı Nuxa şəhəri və Şəki mahalında yaşamışdı və yerdə qalan hər bir mahalın əhalisinin sayı Şəki mahalının əhalisinin sayı ilə müqaisədə dəfələrlə az imiş. Nəzərə alınmalıdır ki hələ 15-ci əsrdə, Şirvanşahlar dövlətinin vaxtında, həmin 7 mahalın ərazisi Şəki – Şirvan arasında mübahisəli ərazilər idi və son nəhayətdə, Hacı Çələbi xan tərəfindən Ərəş və Qəbələ sultanlıqlarının Şəki xanlığına birləşdirilməsi nəticəsində bu ərazilər Şəki xanlığının oldu. Yəni sözgedən 7 mahal əslində Ərəş və Qəbələ sultanlıqlarının mahalları idilər.

Mahalların böyük kəndləri; və əhalısı 1000 nəfərə yaxın, yaxud daha çox olan kəndlər

Şəki mahalı

  • Göynük 8433 nəfər
  • Vartaşen 3203 (müsəlmanlar: 282; qriqoryan udinlər: 1067; provoslav udinlər: 706; yəhudilər: 1148)
  • Küngüt 1787 nəfər
  • Biləcik 1576
  • Zəyzit 1382 nəfər
  • Kiş 1269
  • Cəlut 1048 (müsəlmanlar: 218; qriqoryan udinlər: 830)
  • Oxut 1034
  • Daşağıl 1002 nəfər (kəndə yaşayan 227 ailədən 45-i ləzgi ailəsidir)
  • Layski 987 nəfər
  • Baş Dəhnə 927 nəfər
  • Aşağı Şabalud 808 nəfər
  • Kiçik Dəhnə 794 nəfər

Ərəş mahalı

  • Xaldan 632 nəfər (102 nəfər erməni)

Ağdaş mahalı

  • Kolukatı 433 nəfər
  • Ağciazi 333 nəfər

Padar mahalı

  • Qaradağlı Padar 630 nəfər
  • Ləki 604 nəfər

Alpout mahalı

  • Alpout Ağcibali 488

Qutqaşın mahalı

  • Qutqaşın 3126 nəfər
  • Vəndam 2162 nəfər

Xaçmaz mahalı

  • Xaçmaz 3466 nəfər
  • Filfili (Ləzgi kəndidir, Doqquzpara mahalından köçüblər) 1001 nəfər
  • Xalxal 987 nəfər
  • Padar 726 nəfər (erməni: 161 nəfər)

Bum mahalı

  • Nic 1997 nəfər (müsəlmanlar: 341 nəfər; qriqoryan udinlər: 1656 nəfər)
  • Bum 1470 nəfər
  • Qəmzəli 734 nəfər

Ərazisi

Şəki əyalətinin qəzaya çevrilməsindən sonra onun ərazisi ən azı 6176,3 verst² idi.

İstinadlar

Tags:

Şəki Əyaləti TarixiŞəki Əyaləti Əhalinin sayı və milli tərkibŞəki Əyaləti ƏrazisiŞəki Əyaləti İstinadlarŞəki ƏyalətiRusiya imperiyası

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanın təbii sərvətləriBəzz qalasıİslamCazZaur BaxşəliyevMədəniyyət Nazirliyi (Azərbaycan)Koza nostraEkoloji problemlərHindistanBucaqNeftAlqoritmBakıda yerləşən abidələrin siyahısıMarafon döyüşüAnar ƏləkbərovNovruz bayramıTeymurilərin Azərbaycana yürüşləriİsmin hallanmasıXəmsəİsaAzərbaycanın sərhədləriFacebookNovruz MəmmədovQızılcaAdolf HitlerDövlət Sərhəd Xidməti (Azərbaycan)Azərbaycan Respublikası Silahlı Qüvvələri GünüLotu QuliAzərbaycandakı şəhərlərin siyahısıMetroQazax rayonuProqram təminatıFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Lui ArmstronqFolklorAzərbaycanda elektrik stansiyaların siyahısıDivanü Lüğat-it-TürkYeni Azərbaycan PartiyasıİranEkologiyaYaponiya6 mayMədə xərçəngiBəylər EyyubovPolad BülbüloğluAdəmDinAzərbaycan gerbiMüstəqillik Günü (Azərbaycan)Qoç (astrologiya)Əhməd CavadPortuqaliya9 May Qələbə GünüZərflikBərdə rayonuQatranPalçıq vulkanıBərdəEpilepsiyaMenecmentAzərbaycan Memarlıq və İnşaat UniversitetiŞəkilçiEldənizlərİnformatikaSultan Süleyman QanuniMarketinqEritrositŞəki xan sarayıBöyük loğman. İbn SinaAmerika Birləşmiş ŞtatlarıNəriman AxundzadəFövqəladə vəziyyətYerAzərbaycan əhalisiMürəkkəb cümləPolşaLionel MessiGoogle🡆 More