İsrail Gerbi

İsraillin rəsmi dövlət gerbidir,üstündə yeddi qollu şamdan(Menorah) və ישראל (İvrit dilidə: İsrail) yazısı vardır.

İsrail gerbi
İsrail Gerbi
Detallar
Armiger İsrail
Təsis edilib 1949
Təsdiq edilib 10 fevral (1949)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və təsviri

Hər iki tərəfində bir zeytun budağı ilə əhatə olunmuş menora və bunun altındakı "ישראל" (İvrit dili: İsrail) yazısı görünür. 10 fevral 1949-cu ildə dövlət gerbi kimi qəbul edilib. Ən çox açıq mavi və ağ rəngdə olan gerb, istifadədən asılı olaraq müxtəlif rəng birləşmələrində görünür.

İsrail dövləti yarandıqdan sonra, 1948-ci ildə keçirilən bir dizayn yarışmasından sonra bu simvolu qəbul etmişlər. Dizayn, Qabriel və Maksim Şamir qardaşları tərəfindən qazanılmışdır. Emblemdə istifadə olunan şəkil, Titusun kəmərindəki menorahın təsvirinə əsaslanır. Gerbin ümumiyyətlə iki versiyası var. Birinci versiya əsasən dövlət tərəfindən istifadə edilir. İkinci versiya isə prezident tərəfindən istifadə olunur, bunlar arasında fərq "İsrail" sözünün olmaması və rənglərdə az fərqin olmasıdır.

Menora Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Yəhudilərin ən qədim simvollarından hesab olunur. Musa peyğəmbərin Sina dağında gördüyü yanan kolun simvoludur. Doqquz qollu şamdan isə hanukiya adlanır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı, hanukiya isə Hanuka bayramında istifadə edilir.

İsrail gerbinin simvolizmi Zəkəriyyə peyğəmbərin vizyonuna da aid edilir: "Görürəm, burada qızıldan hazırlanmış bir çıraq və üstündə bir yağ bardağı, üzərində yeddi çıraq (lampa) və onun üstündəki lampalarda yeddi boru var; Üzərində, biri fincanın sağ tərəfində, digəri isə sol tərəfində olan iki zeytun budağı"(Zək. 4: 2, 3). Bu ayədəndə görünür ki, gerbin təsviri tam ona uyğundur.

Bu, həm də Yeşayi kitabı 60-cı bənddə yazılanlara əsaslanan universal maarifləndirməni simvollaşdırır: "İşığınıza millətlər, şəfəqlərinizin parlaqlığına isə padşahlar gələcək".

Eyni zamanda zeytun budaqları dünyanın və sülhün rəmzidir. Beləliklə, Şamir qardaşları "İsrail üzərində sülh" şüarını, sadəcə İsrail sözünün yazılması ilə ifadə ediblər.

İstinadlar

Tags:

GerbMenorahİsrailİvrit dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Natiq Qasımov (əsgər)AvstraliyaKoroğlu dastanıEyyub YaqubovƏliqismət LalayevİspaniyaQulaqdibi xəstəliyiCərəyan şiddətiAzərbaycanın Milli QəhrəmanıArif PaşayevHicri təqvimMolla Pənah VaqifXurşidbanu NatəvanMercedes-BenzVoleybolSifət (qrammatika)İyunSəbuhi MəmmədovBakı metrosuZəngəzurAvropa ölkələrinin siyahısıElektrik müqavimətiEzopPaleolitQanSıxlıqBraziliyaMaterikQafqazXəlil Rza UlutürkLionel MessiNamazSaatlı rayonuXəbər (qrammatika)Ərəb xilafətiUnitar dövlətTürkdilli dövlətlərAğdam rayonuHəzm sistemiBronxitQəbələ rayonuNidaBirləşmiş KrallıqKenquruSürünənlərSəs gücləndiricisiGöyçə gölüPilotsuz uçuş aparatıƏhməd CavadXəritəSahibkarBöyük Çin səddiJalə ƏhmədovaKvadratCəlil MəmmədquluzadəAzərbaycan coğrafiyasıMasonluqMasturbasiyaAtropatenaAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıFonetikaElçin Hüseynbəyliİosif StalinQara QarayevRusiya–İran müharibəsi (1804–1813)QızılgülAprel döyüşləriƏhalisinə görə ölkələrin siyahısıMarafon döyüşüAzərbaycan təbiətiMannaLütfi ZadəSay (qrammatika)GəmiQızıl yel xəstəliyiMisirQulançarQaçış🡆 More