İsmayıl Xalid oğlu İbrahimli (13 fevral 1998, Bakı) — Azərbaycanlı peşəkar futbolçu.
"Zirə" futbol klubunun və futbol üzrə Azərbaycan Milli komandasının yarımüdafiəçisi. Müqavilə ilə "Qarabağ"a məxsusdur.
İsmayıl İbrahimli | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Tam adı | İsmayil Xalid oğlu İbrahimli | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | 13 fevral 1998 (26 yaş) | ||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 1,78 | ||||||||||||||||||||||||||||||
Əsas ayağı | sağ | ||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
Klub | → Zirə | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
|
İsmayıl İbrahimlinin ilk peşəkar klubu "Şüvəlan" klubu olub. Futbolçunun klubun əsas heyətinə dəvət edilməsi 15 oktyabr 2014-cü il tarixində baş verir. Futbolçunun peşəkar futbolda debütu 23 avqust 2015-ci il tarixində baş tutur. Bu tarixdə baş tutan Azərbaycan Premyer Liqasının 3-cü turunun "Şüvəlan" — "Qarabağ" oyununda 76-cı dəqiqədə meydana daxil olmaqla debüt oyununu keçirir. Bu "Şüvəlan"ın heyətində futbolçunun ilk və son oyunu olur.
Futbolçu 2017-ci ilin yayında Futbol üzrə Azərbaycan çempionatının birinci dvizionunda yarışan "MOİK" klubuna keçir və burada bir mövsümdə 24 oyuna çıxaraq 5 qol vurur.
İsmayıl İbrahimli 2018-ci ilin iyun ayında "Qarabağ" klubu ilə müqavilə imzalayır. Azərbaycan çempionun heyətində futbolçunun debütu, 18 avqust 2018-ci ildə "Səbail" klubuna qarşı oyunda baş verir. İsmayıl İbrahimli oyunun 88-ci dəqiqəsində Mahir Emrelini əvəzləyərək meydana daxil olur.
Futbolçunun avrokuboklarda debütu, 2019-cu ildə UEFA Avroliqa turnirində, "Qarabağ"ın "Sevilya" klubuna qarşı baş tutmuş oyununda baş verir.
22 iyun 2023-cü ildə Zirə İsmayıl İbrahimlini 1 illik icarəyə götürdüyünü açıqladı.
Futbolçunun milli komanaya ilk dəvəti, 2015-ci ildə 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan Milli komandasına dəvəti olub. 5 avqust 2015-ci ildə Azərbaycan U-19 komandasının Malta ilə baş tutmuş yoldaşlıq oyununda Azərbaycan milli komandasının qollarından birini vurur.
2018-ci ilin yanvarın 9-dan 27-dək, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirilir və buraya dəvət edilən futbolçuların arasında İsmayıl İbrahimildə olur.
Futbolçunun Azərbaycan U-21 komandasında debütu isə, 6 sentyabr 2018-ci ildə Azərbaycan millisinin İsaril milli komandasına qarşı oyunda baş verir.
This article uses material from the Wikipedia Azərbaycanca article İsmayıl İbrahimli, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.