İnterfeys (ing.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hesablama texnikasında çeşidli interfeyslər ən müxtəlif səviyyələrdə gerçəkləşdirilib: proqramlarla səmərəli işləməyə imkan verən ən aşkar qrafik istifadəçi interfeyslərindən (GUI) tutmuş, qurğularla kompüterin komponentlərinin qarşılıqlı ələqəsini təmin edən, çox zaman görünməz olan, ancaq çox gərəkli aparat vasitələri interfeyslərinədək. İstifadəçi interfeysləri istifadəçinin kompüterlə səmərəli "ünsiyyətini" təmin edən qrafik təsvir sistemlərindən, komandalardan, sorğulardan və s. ibarət olur.
İstifadəçi interfeysinin üç əsas növü vardır (onların bir-birini inkar etməsi vacib deyil):
Proqram təminatının daha "dərin" səviyyələrində digər interfeys növləri də, məsələn, tətbiqi proqramın konkret əməliyyat sistemi ilə işləməsini təmin edən interfeys vardır; daha dərinlikdə isə əməliyyat sisteminin işini kompüterin aparaturası ilə korrelyasıya etməyə imkan verən interfeys mövcuddur. Kompüterin aparat vasitələrində interfeys dedikdə, lövhələr (kartlar), bağlayıcılar (CONNECTORS) və xarici qurğuları kompüterlə birləşdirən başqa qurğular nəzərdə tutulur. Məsələn, kompüterin printerlə, sərt disklərlə və digər qurğularla qarşılıqlı əlaqəsini təmin edən RS-232-C və SCSI kimi verilənlərin ötürülməsinin standart interfeysləri vardır.
İnterfeys – birləşmə, təmas, əlaqə yeri və ya üsulu. Bu termin elm və texnikanın müxtəlif sahələrində istifadə olunur. Hesablama texnikasında interfeyslər bütün müasir informasiya sistemlərinin qarşılıqlı təsirinin əsasıdır. Əgər hər hansı bir obyektin (fərdi kompyüterin, proqramın, funksiyanın) interfeysi dəyişmirsə, bu obyektin digər obyektlərlə qarşılıqlı təsir prinsiplərini dəyişdirmədən onun özünü modifikasiya etmək imkanı yaranır. Məsələn, Windows-un bütün proqramları eyni interfeysə malikdirlər. Hesablama sistemində qarşılıqlı təsir istifadəçi, proqram və aparat səviyyələrində həyata keçirilə bilər. Bu təsnifata uyğun olaraq istifadəçi interfeysi – istifadəçinin müxtəlif qurğularla ünsiyyətdə istifadə etdiyi vasitələr məcmusudur.
This article uses material from the Wikipedia Azərbaycanca article İnterfeys, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.