Gəraylı: ədəbiyyat janrı

Aşıq şeirinin geniş yayılmış növlərindən biridir.

Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şeirə gəraylı deyilir. Qafiyə quruluşu belədir: a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b. Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir. Bu bənd möhürbənd adlanır.

Gəraylı formasında yazılmış şeirlərdə gözəllik, sevgi, təbiət, dostluq kimi mövzular çoxluq təşkil edir.

Bir gözəl keçdi qarşıdan, Sallandı, yana yeridi. Kiprik çaxdı, oğrun baxdı, Od saldı cana, yeridi.

Ovçu tək bərədə durdu, Qaşlarından kaman qurdu, Müjganın sinəmə vurdu, Qəmzəsi qana yeridi.

Hanı belə huri, qılman?! Eyləmir dərdimə dərman. Çeşmim yaşı olub ümman, Yaşılbaş sona yeridi.

Camalın bənzətdim aya, Əhsən qüdrət verən paya Endirib salmadı saya Dost mehribana yeridi.

Dedim: qız, getmə, amandı, Ələsgər oduna yandı. Dedi: qocadı, pirandı, Mərdü-mərdanə yeridi.

Birinci bənddə ikinci və dördüncü misralardakı "yana" və "cana" sözləri həmqafiyə təşkil edir, birinci və üçüncü misralar isə sərbəst qalır.

İkinci bənddə "durdu", "qurdu", "vurdu" sözləri bir-birilə, "qana" sözü isə ilk bəndin son misrası ilə həmqafiyə təşkil edir. Qalan bəndlərdə də bu cür qafiyələnmə davam edir. Sonuncu bənddə aşıq "Ələsgər oduna yandı", – deməklə öz təxəllüsünü bildirir.

Mənbə

Həmçinin bax

Tags:

Aşıq

🔥 Trending searches on Wiki Azərbaycanca:

Süni intellektDOST AgentliyiMikayıl MüşfiqLaçın rayonuZeynəb XanlarovaOrxan SultanovSadə cümlənin şəxsə görə növləriAvstraliyaMirməmməd CavadzadəQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriKonstitusiyaSuTikTokAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıMəxmərəkAllergiyaMasonluqSaatlı rayonuŞəkilçiOrta əsrlərQaraqoyunlularKub metrHacı ŞahinƏdatTəyinEkoloji problemlərQızlıq pərdəsiHadi RəcəbliÖvrə xəstəliyiAfrikaTrapesiyaYaşar NuriBağlayıcıNidaEyyub YaqubovTaktikaAzərbaycan xalq musiqisiPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Neftçi PFKKönül KərimovaNeftMirzə Fətəli AxundovOmonimFransaSakit okeanLayihəİnformasiya texnologiyalarıKamran İmanovTerminologiyaPerimetrGürcüstanİsmayıllı rayonuAzərbaycan operasıSərt diskSəməd VurğunPənahəli xanKomedixanaİzotopAzərbaycanın palçıq vulkanlarıNaxçıvan Muxtar RespublikasıÜzeyir MehdizadəAvtomobilin tarixiMercedes-BenzAzərbaycan Qızıl Aypara CəmiyyətiAzərbaycan bayrağıAzərişıqCəbrÜçbucaqPeyvəndİnformasiya təhlükəsizliyiAzərbaycan mətbəxiÜzeyir HacıbəyovQoşma (qrammatika)Köməkçi nitq hissələriAdrianAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıSay🡆 More