Ədviyyat Yolu: Qədim ticarət yolu

Ədviyyat yolu və yaxud Baharat yolu — Hindistan, Molukka adaları və Şərqi Afrikanı Aralıq dənizi ölkələri ilə birləşdirən yer üzündəki ən qədim ticarət yollarından birinin quru hissəsi.

Ticarət yolu ƏrəbistanQırmızı dəniz limanlarından başlayırdı. Burada mallar Petra vasitəsilə Aralıq dənizi sahillərinə gedən karvanlara yüklənirdi. Ticarəti asanlaşdırmaq üçün Kraliça Hatşepsut, fironlar III Senusret və I Nexo və Əhməni çarı I Dara Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən kanal qazmağa cəhd etmişdilər. Ticarət yolunun adı şərti olaraq, ədviyyat yolu adlanırdı, çünki, yol ilə Hindistan və Uzaq Şərqdən müxtəlif ədviyyatlar gətirilirdi. Lakin ədviyyatla yanaşı, bu yol ilə həm də Şərqi Afrikadan qiymətli ağac və fil sümüyü, Çindən ipək, qızıl, gümüşqiymətli daşlar da daşınırdı.

Ədviyyat Yolu: Tarixi, İstinadlar, Ədəbiyyat
Avropanın iqtisadi cəhətdən əhəmiyyətli İpək Yolu (qırmızı) və ədviyyat ticarəti yollarına (mavi) çıxışı Səlcuqlu imperiyası tərəfindən bağlanması, 1090-cı ildən başlayaraq Səlib yürüşlərinə gətirən səbəblərdən biri oldu. Osmanlı imperiyası tərəfindən 1453-cü ildə İstanbulun fəthi isə Böyük coğrafi kəşflər əsrinin və Avropa müstəmləkəçiliyinin başlanğıcını qoydu.

XIII əsrdən başlayaraq müsəlman dövlətlərinin (Məmlük dövləti, OsmanlıSəfəvi imperiyaları) ədviyyat ticarəti yolu üzərində hökmranlığı avropalıları alternativ yollar tapmağa məcbur etdi. Bu isə öz növbəsində Böyük coğrafi kəşflərə gətirib çıxardı.

Tarixi

Ədviyyat Yolu: Tarixi, İstinadlar, Ədəbiyyat 
Hind okeanında ehtimal olunan avstroneziya tarixi dəniz ticarət şəbəkəsi

Ədviyyat ticarəti Asiya, Şimal-Şərqi AfrikaAvropadakı tarixi sivilizasiyaları əhatə edirdi. Darçın, kassiya, istiot, hil, zəncəfil, bibər, sarıkök, muskat fındığı, anis, mixək və s. kimi ədviyyatlar qədim zamanlarda tanınır və Şərq dünyasında istifadə olunurdu. Bu ədviyyatlar Yaxın Şərqə xristianlıq dövründən əvvəl gəlib və onların əsl mənbələri fantastik əfsanələrdə gizlənir.

Neolit ​​dövrü insanları hələ eramızdan əvvəl 10-cu minillikdə ədviyyat, obsidian, dəniz qabıqları, qiymətli daşlar və digər qiymətli materiallarla ticarət edirdilər. Qədim Misirlilər tarixi dövrlərdə ticarətdən ilk bəhs etmişlər. Eramızdan əvvəl 3-cü minillikdə onlar Şimali Somalinin, Cibuti, EritreyaSudanın Qırmızı dəniz sahillərini əhatə edən ərazidə yerləşdiyi güman edilən Punt ölkəsi ilə ticarətlə məşğul olurdular.

İlk dövrlər ədviyyat ticarəti quru yollarını əhatə edirdi, lakin sonradan dəniz yolları ticarətin böyüməsinə töhfə verən amil olduğu görsəndi. Hind okeanında ilk dəniz ticarət şəbəkəsi Cənub-Şərqi Asiya adalarının avstroneziya xalqları tərəfindən yaradılmışdır.

Padşah Süleymanın (Solomon) dövründə ədviyyat yolunun quru hissəsi Etsion-Qaver (indiki Eylat) şəhəri ərazisindəki Akaba körfəzinin sahilinə gedib çıxırdı. Yolun bu hissəsi mühüm ticarət şəbəkəsini təşkil edirdi. Bu haqda qədim yəhudi səlmanələrində məlumatlara rast gəlinir: "Sonra Süleyman Padşah Edom-Geberə və Edom torpağında dəniz sahilində olan Elata getdi. Xiram onu ​​öz nökərləri ilə gəmilər və dənizi bilən qullarla göndərdi və onlar Süleymanın nökərləri ilə Ofirə getdilər və oradan dörd yüz əlli talant qızıl çıxarıb Süleyman Padşahın hüzuruna gətirdilər".

Hərbi-siyasi vəziyyətdən asılı olaraq ədviyyat yolunun müəyyən hissələri, hər hansı digər ticarət yolları kimi, daha təhlükəsiz ərazilərə yönəldilə bilərdi. Məsələn İudeya kralı Kral Hirodun dövründə Aralıq dənizi sahilində bu marşrut üzrə ədviyyat ticarəti üçün əsas liman tarixi Qeysəriyyə şəhəri idi. Səlib yürüşləri zamanı isə Petradan gələn karvanlar münaqişə bölgəsindən yan keçərək cənuba doğru gedərək Aralıq dənizinə çatırdılar. Əl-Ariş bölgəsində isə bu ticarət heç vaxt dəyişikliyə uğramadı.

Bu ticarət şəbəkəsi AfrikaƏrəbistan yarımadasına çatmaq üçün genişləndi və eramızın birinci minilliyinin birinci yarısına qədər Madaqaskarın Avstroneziya müstəmləkəçiliyinə gətirib çıxardı. Tarixi dövrlərə qədər davam etdi, daha sonra tədricən Dəniz İpək Yoluna çevrildi.

Ədviyyat Yolu: Tarixi, İstinadlar, Ədəbiyyat 
İstanbulda Osmanlı imperiyası dövründə ədviyyat ticarəti üçün inşa edilən edilən Misir bazarı (Ədviyyat Çarşısı).

Eramızdan əvvəl I minillikdə ərəblər, finikiyalılarhindistanlılar dəniz və quru ticarəti ilə də ədviyyat, qızıl, qiymətli daşlar, ekzotik heyvan dəriləri, qara ağac və mirvari kimi dəbdəbəli malların satılmasıyla məşğul olurdular. Dəniz ticarəti Qırmızı dənizHind okeanında həyata keçirilirdi. Qırmızı dənizdəki dəniz yolu Babül-Məndəb boğazından Berenikeyə, oradan quru yolu ilə Nil çayına, daha sonra isə qayıqla İsgəndəriyyəyə qədər uzanırdı. Hind ədviyyatları, qara ağac, ipək və incə parçalar da daxil olmaqla dəbdəbəli mallar quruda ədviyyat yolu boyunca ticarət edilirdi.

Ədviyyatlardan bibliya əfsanələrində bəhs olunur və qədim YunanRoma cəmiyyətində onların istifadəsinə dair ədəbi nümunələr mövcuddur. Tamil mətnləri qeyd edir ki, yunanlar Hindistandan böyük kisələrdə qara bibər alıblar və I əsr Roma imperiyası yemək kitabı "Apicius"un bir çox reseptlərində ədviyyatdan istifadə olunur. Roma İmperiyasının süqutundan sonra ədviyyat ticarəti azaldı, lakin zəncəfil, qara bibər, mixək, darçın və muskat qozuna tələbat sonrakı əsrlərdə ticarəti canlandırdı.

İslamın yüksəlişi ilə müsəlman dövlətlərinin ədviyyat ticarəti yolu üzərində hökmranlığı avropalıları alternativ yollar tapmağa məcbur etdi. Bu isə öz növbəsində Böyük coğrafi kəşflərə gətirib çıxardı.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Tags:

Ədviyyat Yolu TarixiƏdviyyat Yolu İstinadlarƏdviyyat Yolu ƏdəbiyyatƏdviyyat Yolu Xarici keçidlərƏdviyyat YoluAralıq dəniziGümüşHatşepsutHindistanI DaraKarvanPetraQiymətli daşlarQırmızı dənizQızılÇinİpəkŞərqi AfrikaƏrəbistan dənizi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Xurşidbanu NatəvanGərginlik (elektrik)Vilayət EyvazovƏvəzlikİnformatikaQuran surələrinin siyahısıVulkanŞirMüdafiə Nazirliyi (Azərbaycan)BabəkBeyləqan rayonuDövlət idarəetmə formalarıKombinezonAğcabədi rayonuGəncəAzərbaycandakı çayların siyahısıAğciyər xərçəngiMonteneqroLəzgilərTikTokPakistanAzərbaycan ədəbiyyatıVətən Müharibəsi Qəhrəmanlarının siyahısıTalassemiyaMəhəmməd peyğəmbərin evlilikləriQoç (astrologiya)VergülGölHalikarnas mavzoleyiTərəzi (astrologiya)Kütlə vahidləriQanaxmaOrta əsrlərİnformasiyanın kodlaşdırılmasıAzərbaycanQitəÖzbəkistanADA UniversitetiYusif MustafayevKəlmeyi-şəhadətİnformasiyaSinqapurÇiçəkOlimpdə Zevsin heykəliƏmir TeymurAzərbaycanın dövlət bayramları və xüsusi günləriJalə ƏhmədovaAlternativ enerjiŞəki xan sarayıƏfşar imperiyasıTarixŞifrArif PaşayevTəbiətOktyabrAzərbaycan Hərbi Dəniz QüvvələriŞöhrət ordeni (Azərbaycan)ZərflikTərcüməAy təqvimiÇilov adasıAzərbaycan əhalisiÖlkə paytaxtlarının siyahısıİbn SinaZərifə Əliyeva25 aprelPaleolitKoroğlu dastanıAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıƏli ƏsədovRamil UsubovYasəmənNizami GəncəviGəmiİnformasiya və kommunikasiya texnologiyalarıLimfa düyünləri🡆 More