Əbu Sac Divdad

Əbu Sac Divdad — Sacilər sülaləsinin banisi, sərkərdə.

Əbu Sac ibn Divdad
Azərbaycan və başqa vilayətlərin valisi
868 – 870
SonrakıMəhəmməd ibn Əbu Sac
Şəxsi məlumatlar
Doğum tarixi IX əsr
Doğum yeri Usruşana
Vəfat tarixi
Vəfat yeri Qondişapur
Fəaliyyəti hərbi lider[d]
Uşaqları Məhəmməd ibn Əbu Sac;Yusif ibn Əbu Sac Divdad
Dini İslam (sünnilik)

Həyatı

Əbu Sac Divdad Soqdiananın Usruşana vilayətində doğulmuşdu. Atasının adı Divdaştdır. Əbu Sacın adı mənbələrdə ilk dəfə Babəkin əsir alınıb Bərzəndə, Afşinin iqamətgahına gətirilməsi münasibətilə çəkilmişdir. 839-cu il də Afşin Heydər ibn Kavus xəlifə əl-Mütəsimin sərəncamı ilə Əbu Sacı Azərbaycanın Xilafətə qarşı çıxmış hakimi Minkicəvr əl-Fərqaniyə qarşı yolladı. Elə həmin il Əbu Sac Xilafətə qarşı üsyan qaldırmış başqa bir yerli hakimin, Təbəristan hakimi Məzyarın cəzalandırılması üçün də göndərilmişdi. Əsrin 50-ci illərinin sonlarında xəlifə əl-Mütəvəkkil onu Məkkə yolunun rəisi kimi yüksək vəzifəyə təyin etdi . 865-ci il ədək Əbu Sac bu vəzifədə qaldı. 865-ci il də Əbu Sac xəlifə taxt-tacına namizəd olan əl-Mütəzzə qarşı Mesopotamiyadakı əl-Mədain şəhərlərinin idarəsi tapşırılmışdı. 866-cı il də Əbu-s-Sac Kufə şəhəri və onun ətrafının canişini təyin edilir, yenidən Məkkə yolunun rəisi vəzifəsini tutur. Əbu Sac Hələb, Kinnəsrin, Diyar-Mudar və sərhədyanı vilayətlərin (əs-Suğur) valisi olmuşdu. Əbu Sac Divdad 868-870-ci illərdə Azərbaycan və ətrafına başçılıq etmişdi. 870-874-cü illərdə isə üsyan etmiş mütəğəlliblərə qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 874-cü il də Əbu Sac Əhvaz hakimi təyin olunur. Burada o, əd-Dulab adlı yerdə Əbu-s-Sac qoşunlarını darmadağın edən zincilərə qarşı mübarizə aparmalı olur. Əhvaz vilayəti zincilər tərəfindən ələ keçirildikdən və qaynı Əbdülrəhman öldürüldükdən sonra Əbu Sac tutduğu vəzifədən azad olunur.

Ölümü

Yaqub əl-Səffarla birləşərək 876-cı ildə xəlifə əl-Müvəffəqə qarşı vuruşmuş, məğlub olmuş və İraqdakı bütün mülkləri əlindən alınmışdı. Bağdada sülh üçün gedərkən yolda, oktyabr ayında Qondişapurda vəfat etmişdir.

İstinadlar

Tags:

Sacilər

🔥 Trending searches on Wiki Azərbaycanca:

Məhəmməd peyğəmbərin evlilikləriAnar ƏləkbərovTəbii zonalarHəşəratlarBəhlul MustafazadəAzərbaycan Hava YollarıAzərbaycan toy adətləriTürkiyə prezidentiGünəş sistemiBəylər EyyubovQarabağ FKTəvəssül duasıBronxial astmaSöz birləşməsiQan qrupuÜzeyir HacıbəyovQaraçılarQızlıq pərdəsiNumerologiyaQubadlı rayonuTəbiətAğdam Çörək MuzeyiUzunluq (fizika)AntarktidaCümlə üzvləriXəbər (qrammatika)Kamran ƏliyevAzərbaycan Milli Teatr GünüKor bağırsaqQan təzyiqiMonarxiyaZəlzələMuğamAmoksisillinAbşeron rayonuVüqar BiləcəriSeyid Əzim ŞirvaniQadın reproduktiv sistemləriHepatit BAzərbaycanda prezident seçkiləri (2024)FacebookAzərbaycan Xalq CümhuriyyətiSəlib yürüşləriBakı metrosuQİÇSƏdliyyə Nazirliyi (Azərbaycan)Neptun (planet)BalaəliƏtraf mühitSuçiçəyiFəxrəddin TəhməzovTeatrAzərbaycan mətbəxiHeydər ƏliyevQız qalasıAzərbaycan toponimləriAyasofiyaVərəmDövlət bayraqlarının siyahısıAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiSuMingəçevirİntibah dövrüSəfərəli BabayevƏliağa ŞıxlinskiKönül XasıyevaİnformasiyaQarabağ atıŞinci KaqavaQaraciyərTəmsilNəsibə ZeynalovaEpilepsiyaBasketbolTerminologiyaGəncə qalasıFüyuzat (jurnal)Azərbaycanın iqtisadi rayonları🡆 More