Vyana Valsı

Vyana valsı (alm.

Vyana valsı
Vyana Valsı
"Bujivalda rəqs" (Ogüst Renuar, 1883)
Texnikası Standart
Musiqisi Vals
Taktı 3/4 və ya 6/8
Tempi 58-60 TPM (174–180 bpm)
Mənşəyi Avstriya
Yaranma tarixi ≈ 1777

Tarixcəsi

Sonralar Vyana valsı kimi məşhurlaşmış fransız valsı modern tipli ən qədim bal rəqsi olub, ilk dəfə 1770-ci illərdə komediya ifaçısı Bernardo Feliks tərəfindən təqdim edilmişdir. Sonradan Böyük Fransa inqilabından əvvəl məşhurlaşmış və saray aristokratlarına məxsus "Menuet" rəqsini sıxışdıraraq onun yerini tutmuşdur.

Valsın alman xalq rəqsi əsasında və ya müstəqil şəkildə ona paralel olaraq yaranması haqqında çoxlu mübahisələr mövcuddur. İlk əvvəllər valsa qadının topuğu görsəndiyinə, cütlüyün bir-biri ilə sıx təmasda olmasına görə əxlaqsız rəqs kimi baxılırdı. Qisa bir müddətdə vals sərbəst və canlı xarakter alaraq ədəb rəqsinə çevrilmiş olur. 1805-ci ildə bal və aristokratik rəqs yalnız "Menuet" sayılırdı. 1814–1815-ci illər Vyana konqresi Vyanada rəqs, libas, maskarad ballarını canlandırmışdır. Bu isə öz növbəsində vals rəqsini aktuallaşdıraraq onu ictimailəşdirmişdir. Məşhur bəstəkarlar Yohan Ştraus, İosif Lanner, Pyotr Çaykovski Vyana valsını öz əsərləri ilə balların şahına çevirmişlər. 1932-ci ildən Vyana valsı turnir rəqsinə cevrilir. 1951-ci ildə Nürnberqdən olan rəqs müəllimi Paul Krebs köhnə Avstriya və ingilis stillərini birləşdirir ki, bu da ona elə həmin il "Qara dəniz hövzəsi rəqs festivalı"nda böyük müvvəffəqiyyət gətirir. 1963-cü ildən Vyana valsı dünya rəqs proqramına tam hüquqlu standart rəqs kimi salınır.

Texnikası və stili

Vyana valsının iki beynəlxalq və ABŞ-də daha geniş yayılmış amerikan üslubu mövcuddur. Balet texnikasına əsaslanmış bu rəqs sonralar illər keçdikcə əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalaraq standart rəqs texnikası tələblərinə uyğunlaşdırılmışdır. Yüksək sürət və daim fırlanma hərəkətləri bu rəqsi bir qədər gərginləşdirmişdir. Vyana valsında rəqs cütlüyü saat əqrəbi istiqamətində (sağa fırlanma Natural Turn) rəqs meydançası boyunca nizamla fırlanır.

Ritmi və musiqisi

Vyana valsı 3/4 takta əsaslanır, belə ki, əsas hərəkətlər 6 addımdan ibarət olub 2 taktı tam əhatə edir. Alternativ olaraq Vyana valsını 6/8 taktla da ifa emək olar ki, bu zaman əsas hərəkətlər 1 taktı əhatə edir. Rəqs ballarında və turnirlərində ənənəvi olaraq klassik musiqi ilə rəqs edilir. Bu rəqs müasir janrlarla, rok və pop musiqisinin uyğunlaşdırılmış ritmi altında da ifa edilə bilir (məsələn, Din Martin That's amore). Vyana valsı bir dəqiqədə 60 taktla ifa olunur ki, bu da asta valsla müqayisədə iki dəfə çoxdur.

Əsas hərəkətlər

Kişi

  • sağ ayaq irəli
  • sol ayaq kicik addımla yana
  • sağ ayaq addımı bağlamaq üçün solla cütləşir
  • sol ayaq arxaya və yana çəkilir
  • sağ ayaq kicik daddımla yana
  • sol ayaq addımı bağlamaq üçün sağla cütləşir

Qadın

  • sol ayaq arxaya və yana çəkilir
  • sağ ayaq kicik daddımla yana
  • sol ayaq addımı bağlamaq üçün sağla cütləşir
  • sağ ayaq irəli
  • sol ayaq kicik daddımla yana
  • sağ ayaq addımı bağlamaq üçün solla cütləşir

Ritmi: 123 456

Yerində sayma, yana addım: Kişi sağla qadın isə solla başlayır. Cütləşən ayaq bədən ağırlığından azad olmalıdır. Rəqs artan templə ifa edilir. Dörd dəfə yerində sayma, yana addım və dörd dəfə fırlanma.

Bunları nəzərə almaq vacibdir:

  • Böyük addım atmamaq
  • Meydança boyunca və ya kənarı ilə rəqs etmək

İstinad

Mənbələr

Tags:

Vyana Valsı TarixcəsiVyana Valsı Texnikası və stiliVyana Valsı Ritmi və musiqisiVyana Valsı Əsas hərəkətlər[1]Vyana Valsı İstinadVyana Valsı MənbələrVyana ValsıAlman dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Orxan ZeynallıBazar iqtisadiyyatıXurşidbanu NatəvanMicrosoft WordHemoqlobinTriqonometriyaPişikTorpaqKönül KərimovaRus əlifbasıMüəssisəƏli ƏhmədovTrapesiyaUnitar dövlətŞiəlikGüc (fizika)İspaniyaNəsib QuliyevXürrəmilər hərəkatıAzərbaycan mətbəxiBeyinFellatioHüquqLotu QuliGicitkənİtaliyaAzərbaycan şairlərinin siyahısıTetraedrBəxtiyar VahabzadəHacı NuranEkologiyaİçərişəhərƏfqanıstanİngiltərə tarixiÜmumi Daxili MəhsulAnalar GünüUran (planet)Səbuhi Məmmədov (baş nazir)Qərbi Azərbaycan mahallarıAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıAzərbaycan Hərbi Hava QüvvələriŞuşa rayonu26 aprelUzun HəsənÖmər aşırımıTürk xalqlarıƏhməd CavadQaraqoyunlularGülüstan müqaviləsiTəbiətin qorunmasıRamiz MehdiyevÜnsiyyətƏqrəb (astrologiya)Qarabağ FKQuranHeydər Əliyev adına Hərbi İnstitutMalaya UniversitetiYanıqİnsanın tənəffüs sistemiAşıq ƏləsgərLütfi ZadəRöya AyxanUşaqlıq yolu (anatomiya)BağlayıcıXəlil Rza UlutürkHadi RəcəbliAzərbaycan müğənnilərinin siyahısıDüz xəttDurğu işarələriDaxili İşlər Nazirliyi (Azərbaycan)İnsan penisiCahangir ƏsgərovQuran surələrinin siyahısıQuba xanlığıGəncəQuba rayonu🡆 More