Vitali Şevçenko

Vitali Şevçenko (ukr.

2 oktyabr 1951, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet futbolçusu, Rusiya futbol məşqçisi. hücumçu mövqeyində çıxış edib.

Vitali Şevçenko
ukr. Віта́лій Шевче́нко
Vitali Şevçenko
Ümumi məlumatlar
Doğum tarixi 2 oktyabr 1951(1951-10-02) (72 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Boyu 178
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub klubsuz
Karyerası
Gənclik karyerası
SSRİ Neftçi
Klub karyerası
1968—1972 SSRİ Neftçi 85 (21)
1973—1975 SSRİ Dinamo 7 (1)
1975—1982 SSRİ Çernomorets 163 (36)
1982—1983 SSRİ Lokomotiv 43 (5)
Milli yığma
1970—1972 SSRİ SSRİ 13 (4)
Məşqçisi olduğu klublar
1992—1994 Boliviya Bolivar
1994 İsrail Hapoel Beer-Şeva
1995 İsrail İroni Rişon-le-Sion
1995—1996 İsrail Hapoel Beer-Şeva
1996 Rusiya Uralmaş
1997 Rusiya Qazovik-Qazprom
1998 Rusiya Uralan
1999—2002 Rusiya Torpedo Moskva
2003 Rusiya Saturn
2004 Rusiya Rostov
2005—2006 Ukrayna Metallurq
2006 Rusiya Terek
2007—2008 Ukrayna Çernomorets
2010 Rusiya Rotor

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Klub karyerası

Vitali Şevçenko 2 oktyabr 1951-ci ildə Bakı şəhərində futbolçu ailəsində anadan olub. Onun atası Viktor Şevçenko 1946-1953-cü illər aralığında Bakının "Neftyanik" komandasında forma geyinib.

Vitali futbol oynamağa küçədə, Bakının dar məhəllələrində başlayıb. 1968-ci ildə — 17 yaşında olarkən "Neftçi"yə gəlib. Neftçinin əsas komandasındakı debütü "Ararat Yerevan"la oyunda baş tutub. Şevçenkonun 82-ci dəqiqədə meydana çıxdığı görüş, "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Şevçenkonun "Neftçi"dəki ilk mövsümü o qədər də uğurlu alınmayıb. O, meydana çıxdığı 17 oyunda 1 dəfə fərqlənmiş, komandası isə çempionatı 9-cu pillədə başa vurmuşdur. Növbəti mövsümdə 17 oyun keçirib, 2 qola imza atıb. 1970-ci il mövsümündə 27 oyunda 8 qolun müəllifi olan Şevçenko komandasının liderlərindən birinə çevrilib.

Şevçenko 1973-cü ildə Kiyevin "Dinamo" komandasına keçsə də, komandada möhkəmlənə bilməyib. O, "Dinamo"nun heyətində 1973–1975-ci illər ərzində cəmi 7 oyun keçirib, 1 qol vurub. 1975-ci ildə Odessanı təmsil edən "Çernomorets" komandasına keçib. Futbolçu karyerasını 1983-cü ildə Moskvanın "Lokomotiv" komandasında başa vurub.

Milli karyerası

Şevçenko 1970–1972-ci illər aralığında formasını geyindiyi SSRİ milli futbol komandasının heyətində ümumilikdə 13 oyun keçirib, 4 qol vurub.

Məşqçi karyerası

1985–1992-ci illərdə "Lokomotiv Moskva" komandasının rəisi olub. Lakin, özünün dediyinə görə, o, daha çox rəis yox, Yuri Syominin köməkçi məşqçisi olub.

1992-ci ildə ölkəsinin aparıcı klublarından biri olan "Bolivar"ın prezidenti Mario Merkadonun dəvəti ilə məşqçi karyerasını davam etdirmək üçün Boliviyaya gedib. Burada baş məşqçi qismində iki dəfə ölkə çempionatının qalibi, bir dəfə isə ölkə Kubokunun finalçısı olub.

1994-cü ildə İsraildə gedib və "Hapoel Beer-Şeva" klubuna baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında çempionatı üçüncü yerdə başa vurub və UEFA Kubokuna vəsiqə qazanıb. Növbəti mövsümdə klubun yeni prezidentiylə fikir ayrılıqları yarandığından, İsrailin başqa komandası — "İroni Rişon-le-Sion"la müqavilə bağlayıb. Lakin yeni komandada çox qalmayıb və bir müddətdən sonra yenidən "Hapoel Beer-Şeva"ya qayıdıb.

1996-cı ildə Rusiyaya qayıdıb və may ayında "Uralmaş" komandasına baş məşqçi təyin olunub. Mövsümün sonunda "Uralmaş" 18 komanda arasında 15-ci olaraq yüksək liqanı tərk edib.

1997-ci ildə yarım il Rusiya birinci liqasında çıxış edən İjevskin "Qazovik-Qazprom" komandasında bəş məşqçi kimi çalışıb.

1998 mövsümünü "Uralan" komandasının baş məşqçisi postunda keçirib. Komanda onun rəhbərliyi altında uğurla çıxış edərək çempionatı yeddinci yerdə başa vurub. Lakin, komandanın yeni prezidentiylə fikir ayrılıqlarına görə Şevçenko Elista təmsiçisini tərk etməli olub.

1999-cu ildə "Torpedo Moskva" komandasına baş məşqçi təyin olunub. Dörd il burada çalışan Şevçenkonun ən yüksək nəticəsi — 2000-ci ildə ölkə çempionatında üçüncülük olub. 2002-ci ildə komandada maliyyə çətinlikləri yarandığından, həmin ilin yayında "Torpedo"nu tərk edib.

Sonralar "Saturn" (2002–2003), "Rostov" (2004), "Metallurq" (2005) və "Terek" (2006) komandalarında baş məşqçi kimi çalışıb.

27 iyun 2010-cu ildə Volqoqradın "Rotor" komandasına baş məşqçi təyin olunub. 2010-cu ilin dekabrında baş məşqçi postunu tərk edib.

Mükafatları

Oyunçu kimi

Məşqçi kimi

  • Boliviya çempionu: 1992, 1994
  • Toto Kubokunun qalibi: 1995/1996

İstinadlar

Xarici keçidlər

Tags:

Vitali Şevçenko HəyatıVitali Şevçenko MükafatlarıVitali Şevçenko İstinadlarVitali Şevçenko Xarici keçidlərVitali ŞevçenkoAzərbaycan Sovet Sosialist RespublikasıBakıHücumçu (futbol)RusiyaSSRİSovet Sosialist Respublikaları İttifaqıUkrain dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan Respublikası Silahlı Qüvvələri GünüLatın qrafikalı Azərbaycan əlifbasıHalikarnas mavzoleyiAzərbaycan Memarlıq və İnşaat UniversitetiCoğrafi kəşflərDinozavrlarSasanilər imperiyasıNoyemberyanİkinci Dünya müharibəsiXəttatMirzə Ələkbər SabirSinqapurBöyük Hun imperiyasıAzərbaycanZərflikABŞ-nin ştatlarıMicrosoft PaintZərifə ƏliyevaOrqanizmMorze əlifbasıAran xalçalarıCəfər CabbarlıƏhməd CavadAzərbaycan şirkətlərinin siyahısıTorpaqAğciyərQuranFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Təbiətin qorunmasıAvropada Təhlükəsizlik və Əməkdaşlıq TəşkilatıSiçan (kompüter)İbn SinaAnri de Tuluz-LotrekAppendisitQuba rayonuDünyanın yeddi möcüzəsiAdəmAmerika Birləşmiş ŞtatlarıƏlcəzairMisir MərdanovCənubi Afrika RespublikasıAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıFutbolAzərbaycan Hərbi Hava QüvvələriTəbii fəlakətEpilepsiyaƏmir TeymurLənkəranMədə xərçəngiPerimetrVideosexÜmumdünya hörümçək toruRusiya–İran müharibəsi (1804–1813)Zərf (qrammatika)0Azərbaycan memarlığıKvadratXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)MingəçevirİnteqralMehdi HüseynzadəBakı marafonuMirvariMilli Mətbuat və Jurnalistika GünüSahə (ölçü parametri)Azərbaycan ədəbiyyatıAzərbaycan medallarının siyahısıFikrət ƏmirovGədəbəy rayonuİnvestisiyaSıxlıqQara YanvarBakı metrosu🡆 More