Uşaqlığın Son Gecəsi

Uşaqlığın son gecəsi — kinorejissor Arif Babayevin çəkdiyi bədii film.

Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib deyilir. Əslində isə ssenarinin həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir.

Uşaqlığın son gecəsi
rus. Последняя ночь детства
Fayl:Uşaqlığın son gecəsi (film, 1968).jpg
Janr dram
komediya
cinayət
Rejissor Arif Babayev
Ssenari müəllifi Maqsud İbrahimbəyov
Baş rollarda Ənvər Həsənov
Səyavuş Şəfiyev
Ətayə Əliyeva
Törəxanım Zeynalova
Ələkbər Seyfi
Xosrov Abdullayev
Tofiq Mirzəyev
Megi Kejeradze
Operator Zaur Məhərrəmov
Bəstəkar Polad Bülbüloğlu
Rəssam Elbəy Rzaquliyev
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 16 iyul 1969
Filmin növü tammetrajlı bədii film
Müddət 89 dəq.
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
İl 1968
Texniki məlumatlar 9 hissə
2610 metr
35 mm
Rəng ağ-qara
IMDb ID1861461

Məzmun

Uşaqlığın Son Gecəsi 
Filmin rus dilində afişası

Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstəylə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır.

Festivallar və mükafatlar

    1) 1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında Gənclik üçün ən yaxşı filmə görə Mükafat verilmişdir.
    2) Bəstəkar Polad Bülbüloğluna ən yaxşı musiqiyə görə Xüsusi Diplom verilmişdir. Həm də film 4 əlavə mükafata layiq görülüb: ən yaxşı ssenariyə görə (Maqsud İbrahimbəyov), ən yaxşı rejissor işinə görə (Arif Babayev), ən yaxşı operator işinə görə (Zaur Məhərrəmov) və kişi rolunun ən yaxşı ifasına görə (Ənvər Həsənov).

Film haqqında

  • Filmin hazırlıqlarına 1967-ci ildən başlanılır və 1968-ci ildə çəkilişlərə start verilir. Film 6 aya çəkilib. 1969-ci ildə ekranlara çıxmışdır.
  • Film aktyor Səməndər Rzayevin kinoda ilk işidir.
  • Filmin bəstəkarı, xalq artisti Polad Bülbüloğludur. Final səhnəsindəki "Gəl, ey səhər!" rejissora elə təsir etmişdi ki, bəstəkara "Görərsən, bu mahnı sənin ən məşhur mahnılarından birinə çevriləcək" deyib. Filmdə eyni zamanda The Beatles qrupunun məşhur "In My Life", "Michelle" mahnılarından istifadə edilib.
  • Muradla Rüstəmin işə getdiyi kadrlar Böyük Qala küçəsində lentə alınıb və bu zaman filmdə ayaqqabı ustası öz köşkündən çıxaraq Muradı səsləyir. Həmin ayaqqabı ustası Əhməd dayının işlətdiyi köşk, həqiqətən də, pinəçi köşkü idi. Həmin köşk uzun illər İçərişəhərdə fəaliyyətdə olub və ayaqqabı ustası Məmməd kişi həmin köşkdə çalışıb. O, populyar müğənni Elarizin atasıdır.
  • Filmin ilk səhnələri İçərişəhərdə Şirvanşahlar sarayının yanındakı məhəllədə aparılıb. Digər ev səhnələri isə Prezident Administrasiyasının arxasındakı məhəllədir. Davudun dama çıxdığı səhnənin həyət çəkilişi Çəmbərəkənddə, dam səhnəsi isə İçərişəhərdə aparılıb. Tikinti səhnəsi indiki Milli Məclisin binası yerləşən yerdir. Daha sonra ət kombinatında, “Yaşıl teatr”da, bulvarda, şəhərin küçələrində, binaların girişlərində çəkilişlər aparılıb. Yeməkxana səhnəsi kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib.
  • Filmdə məşhur Davud obrazı rejissorun qardaşı Akifin prototipidir. Akif özü də quş saxlayan və baməzə adam olduğu üçün Arif Babayev Davudun timsalında qardaşının surətini filmə gətirib. Məmmədsadıq Nuriyev də Akifi yaxşı tanıdığı üçün obrazı məharətlə yaradıb. Nənə rolunu oynayan Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Elya obrazını yaradan Meqi Kejeradze Gürcüstandan dəvət olunmuşdur. Megi Kejeradze 1960-65-ci illərdə Tbilisi Xarici Dillər İnstitutunda təhsil alıb.

Filmin heyəti

Film üzərində işləyənlər

Rollarda

Filmi səsləndirənlər

Maraqlı faktlar

Filmdə Beatles qrupunun mahnıları istifadə olunmuşdur.

İstinadlar

Mənbə

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33; 90; 246; 269.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 143; 158-159; 190.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
  • Kulis.az Sevda Sultanova "Polad Bülbüloğlunu məşhurlaşdıran Azərbaycan filmi"

Xarici keçidlər

Həmçinin bax

Tags:

Uşaqlığın Son Gecəsi MəzmunUşaqlığın Son Gecəsi Festivallar və mükafatlarUşaqlığın Son Gecəsi Film haqqındaUşaqlığın Son Gecəsi Filmin heyətiUşaqlığın Son Gecəsi Maraqlı faktlarUşaqlığın Son Gecəsi İstinadlarUşaqlığın Son Gecəsi MənbəUşaqlığın Son Gecəsi Xarici keçidlərUşaqlığın Son Gecəsi Həmçinin baxUşaqlığın Son GecəsiArif Babayev (rejissor)Maqsud İbrahimbəyov

🔥 Trending searches on Wiki Azərbaycanca:

Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Dədə QorqudTemperamentQalatasaray FKCəlilabad rayonuHüseyn MəhəmmədoğluAhəng qanunuSayMədə xərçəngiAğ ayıBağlayıcıDebatBaronçi altarıQızdırmaTülküAzərbaycanın inzibati bölgüsüCəlil MəmmədquluzadəGövhər QazıyevaOrxan Lökbatanlı446PulGəncəNeft Daşları (film, 1990)ZoğalBeynəlxalq Qadınlar GünüAntonimYaponiyaVergülYazBakı Olimpiya StadionuAğ atlı oğlan (film, 1995)BabaBakı-Tbilisi-Ceyhan neft kəməriKitabi-Dədə QorqudƏkizlər (astrologiya)Ağaməhəmməd şah QacarİtaliyaXalçaAzərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanıHidrogenAzıx mağarasıAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Çoxluqlarİkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıƏliağa ŞıxlinskiFövqəladə vəziyyətXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Amin RamazanovGöygölƏhalisinə görə ölkələrin siyahısıTəvəssül duasıKvadratƏlifbaÜmumdünya İrsiAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiƏlimərdan bəy TopçubaşovŞeyx Sənan (dram)Rüstəm MuradovBirinci Qarabağ müharibəsiTamamlıqQədim Gəncə qalasıAlqoritmŞahrudin MəhəmmədəliyevAqronomiyaNəsibə ZeynalovaDiktorAzərbaycan rəssamlarının siyahısıRozmarinSahə (ölçü parametri)HəndbolçuRamil SəfərovRəsul RzaƏlincə qalasıPolad dirəklər üzərində şəhər (film, 1975)PomidorYol nişanları🡆 More