Sədi Musayev

Sədi Süleyman oğlu Musayev (1 aprel 1978; Kəngərli rayonu, Azərbaycan SSR — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Sədi Musayev
Sədi Musayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qıvraq, Kəngərli, Azərbaycan SSR
Vəfat tarixi (42 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1996—2020
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri Sədi Musayev Sədi Musayev Sədi Musayev Sədi Musayev Sədi Musayev Sədi Musayev Sədi Musayev Sədi Musayev Sədi Musayev

Həyatı

Sədi Musayev 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1985-1993-cü illərdə Qıvraq qəsəbəsində S. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Hərbi xidməti

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sədi Musayev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar

Tags:

Sədi Musayev HəyatıSədi Musayev Hərbi xidmətiSədi Musayev TəltifləriSədi Musayev İstinadlarSədi Musayev1 aprel1978202028 sentyabrAzərbaycanAzərbaycan Silahlı QüvvələriAzərbaycan Sovet Sosialist RespublikasıFüzuli rayonuKəngərli rayonuİkinci Qarabağ müharibəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Şinci KaqavaŞəki xanlığıİndoneziyaRabitəbankBeynəlxalq Qadınlar GünüAzərbaycan mətbəxiSünnilikŞəkilçiSintaktik əlaqələrRövşən Cavadovİsaak Nyutonİkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıMüstəqillik Günü (Azərbaycan)Fatihə surəsiTyananmen meydanı etirazları (1989)Dağlıq QarabağAyaz MütəllibovMarqaret TetçerMikayıl MüşfiqAzərbaycanın iqtisadi rayonlarıŞuşaSifət (qrammatika)ŞəkiGöbələklərİsmin hallanmasıİnsanTessa VertyuKvadrat metrBrakonyerlikOman tarixiBərabəryanlı trapesiyaİtaliyaCəlilabad rayonuNumerologiyaKanadaAzərbaycan Respublikasının KonstitusiyasıÇingiz xanDöş giləsiDairəI İsmayılAtlantik okeanŞahmatAdolf HitlerFüzuli rayonuAlov qüllələriŞuşa qalasıBirinci Qarabağ müharibəsiElxan ElatlıAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıFunksiya (riyaziyyat)QaraciyərAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıQız qalasıBronxial astmaSayRənglər siyahısıTəbiətSuQİÇSEpizodI AbbasDubayEnerjiÇaldıran döyüşüBelarusBucaqVolfqanq Amadey MotsartEverestİrəvan xanlığıAzərbaycan adalarının siyahısıDüzbucaqlı paralelepipedProqramlaşdırma diliElektrik cərəyanıSakit okeanFəxrəddin TəhməzovErmənistan🡆 More