Suzanbağıları (Frː Les Nymphéas, Enː Water Lilies), — fransız impressionizm cərəyanının görkəmli rəssamlarından olan Klod Mone tərəfindən, həyatının son 30 ili ərzində hazırlanmış və 250-ə yaxın yağlıboya tablodan ibarət olan rəsm əsəri.
Bu tablolar bir çiçək baxçasının, xüsusilə K. Monenin Parisdəki evinin baxçasındakı kiçik dərə və gölməçələrdə su içində yetişən suzanbağı çiçəklərinin rəsimləridir. K. Mone daha əvvəl Parisdəki Sen-Lazar vağzalı adlı stansiyanın gün ərzində fərqli işıq və hava şəraiti altında rəsmi çəkməsindən ibarət olan "Vağzal Sen-Lazar Seriyasının" və 1890–91-ci illərdə eyni baxış tərzi ilə "Saman Yığınları" seriyası hazırlamışdı. "Suzanbağıları" bu yanaşmanın daha geniş formasında olub, dəyişkən işıq və hava şəraitində suzanbağı çiçəklərinin necə dəyişkən formada çəkiləcəyini sınamaqdadır. Rəssam bu əsərləri hazırlamaqla məşğul olarkən gözlərində yaranan kataraktan əziyyət çəkirdi. Bu tablolar fərqli formalarda (kvadrat, düzbucaq, dairəvi, vb. formalı) və ölçüləri çox fərqli olaraq, (bəziləri bir neçə metr böyüklükdə) kətanlar üzərində hazırlanıb.
Suzanbağıları (rəsm) | ||
---|---|---|
| ||
Rəssam | Klod Mone | |
Tarixi | 1895 - 1926 | |
Üslubu | peyzaj | |
Texnikası | kətan, yağlı boya | |
Ölçüləri | 219 sm × 602 sm | |
Saxlanıldığı yer | Orangerie Muzeyi, Paris | |
Vikianbarda əlaqəli mediafayllar |
19 İyul 2007-ci ildə Monenin "suzanbağıları" tablo seriyasından yeganə bir tablo Londonda Sotheby şirkəti tərəfindən keçirilən açıq artırmalı satışda £18,5 milyona satılmışdır. 24 İyun 2008-ci ildə Londonda Christie şirkəti tərəfindən Monenin suzanbağı seriyasından "Le bassin aux nymphéas," adlı digər bir tablo keçirilən açıq artırmada £41 milyona satılmışdır. Bu qiymət, satış üçün təxmin edilən bədəl olan £18 milyon-£24 milyondan iki misli çoxdu.
2010-cu ilin may ayında Londondakı Christie şirkəti Monenin 2006-cı ildə hazırladığı "Nymphéas" adlı suzanbağı seriyasından digər bir lövhənin 2010-cu ilin iyun ayında hərrac vasitəsilə satılacağını elan etmişdir. Bu açıq artırma 23 İyunda keçirilmiş və təklif edilən qiymətlər £29 milyonu aşmamış və bu qiymətlər ehtiyat olunan proqnoz qiymətinin altında olduğu üçün tablo satılmamışdır.
This article uses material from the Wikipedia Azərbaycanca article Suzanbağıları (rəsm), which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.