Sergey Şoyqu

Sergey Küjüget oğlu Şoyqu (rusca: Серге́й Кужуге́тович Шойгу́; tuva: Сергей Күжүгет оглу Шойгу; 21 may 1955, Çadan, Tuva Muxtar Vilayəti) — Rusiya Federasiyasının müdafiə naziri, Ordu generalı (2003), Rusiya Federasiyasının Qəhrəmanı (1999).

Sergey Şoyqu
tıva Сергей Күжүгет оглу Шойгу
rus. Серге́й Кужуге́тович Шойгу́
Sergey Şoyqu
Şəxsi məlumatlar
Doğum tarixi 21 may 1955(1955-05-21) (68 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 2
Atası Kujuget Şoyqu
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya
Qoşun növü Rusiya Silahlı Qüvvələri
Xidmət illəri 1991-ci ildən
Rütbəsi Ordu generalı (Rusiya)
Döyüşlər
Təltifləri Rusiya Federasiyasının Qəhrəmanı
Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Order pro Merito Melitensi Sergey Şoyqu Sergey Şoyqu Medal «For diligence in performing engineering tasks» Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Order for bravery Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Sergey Şoyqu Tıva Respublikasının Ordeni Sergey Şoyqu Order of Merit
Rusiya Federasiyası Hökumətinin fəxri fərmanı
Sergey Şoyqu Sergey Şoyqu
Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi Order of Friendship of Kyrgyzstan
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Sergey Şoyqu 
Sergey Şoyqu, Rusiya Prezidenti Vladimir PutinBaş Qərargah rəisi Valeri Gerasimov "Mərkəz-2019" hərbi təlimlərində. Orenburq vilayətində Donguz poliqonu. 20 sentyabr 2019-cu il.

Sergey Şoyqu 1955-ci il mayın 21-də Tuva Muxtar Vilayətinin Çadan qəsəbəsində dünyaya gəlib. Atası Tuva türklərindən — Kujuqet Seree oğlu Şoyqudur, anası isə milliyətcə rusdur. Tuva Respublikasının Kızıl şəhərində yerləşən 1 nömrəli məktəbdə təhsil alıb. Şoyqu soyadının da maraqlı tarixçəsi var. "Rusiyanın Səsi" radiosunun məlumatına görə, S. Şoyqunun atası Kuşaget dünyaya gələndə yerli hökumət məmuru onun adı ilə soyadını qarışdıraraq yanlışlıqla Şoyqu yazır və beləcə də qalır.

Maraqlıdır ki, dünyanın ikinci ən böyük ordusunun rəhbərinin hərbi təhsili olmayıb. Sergey Şoyqu 1977-ci ildə Krasnoyarsk Politexnik İnstitutunu inşaat mühəndisliyi üzrə bitirib və Sibirin bir sıra şəhər və qəsəbələrində inşaat mühəndisi kimi çalışıb. 1988-ci ildə Kommunist Partiyasına üzv olub, 1990-cı ildə isə Rusiya Federasiyası Memarlıq və İnşaat Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.

1994-cü ildə Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin olunan Şoyqu bu vəzifədə dayanmadan 18 il çalışıb. Rusiyanın müasir tarixində ən çox vəzifədə qalan nazirdir. 2012-ci ildə bir müddət Moskva vilayətinin qubernatoru təyin olunan Şoyqu elə həmin il Putin tərəfindən müdafiə naziri vəzifəsinə gətirilib.

1999-cu ildən hakim Vahid Rusiya Partiyasının üzvü olan Şoyqu Putinə ən yaxın şəxslərdən hesab olunur. Rusiya Federasiyası qəhrəmanı medalına layiq görülmüş S. Şoyqu eyni zamanda beynəlxalq yanğınsöndürənlər və xilasedicilər idman Federasiyasının sədridir. Futbol oynamaq, at sürmək kimi idman növlərinə meyilli olduğu bilinən müdafiə nazirinin Rusiyada ən qiymətli hesab oluan 40 milyon dollar dəyərində qılınc kolleksiyasına sahib olduğu iddia edilir.

Sergey Şoyqu 
Hərbi parad zamanı, 9 may 2014-cü il.

Sergey Şoyqunun adı son illərdə Rusiya ordusunun modernləşdirilməsində müsbət mənada hallansa da, onun haqqında rüşvət və korrupsiya ittihamları da var. Bir qədər əvvəl Rusiya mətbuatı Şoyqunun Müdafiə Nazirliyinin obyektlərinin dəyərindən ucuz qiymətə satılmasında ittiham olunduğunu yazıb. Rusiyanın müdafiə naziri ruscadan başqa, 3 dildə — ingilis, türk və yapon – danışa bilir. Ailəlidir, iki qızı var.

14 aprel 2022-ci il tarixində Leonid Nevzli, Şoyqunun infarkt keçirdiyi və sağaldıqdan sonra əlil ola bilmə ehtimalı ilə əlaqədar "Tvitter"də paylaşım edib.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Sergey Şoyqu HəyatıSergey Şoyqu Həmçinin baxSergey Şoyqu İstinadlarSergey Şoyqu Xarici keçidlərSergey Şoyqu195521 mayRuscaRusiya FederasiyasıRusiya Federasiyasının QəhrəmanıTuva dilid:Q2379360Çadan

🔥 Trending searches on Wiki Azərbaycanca:

KubMir CəlalMeşəAvtomobilin tarixiOksigenFatihə surəsiAvropa ölkələrinin siyahısıZürafəSintaktik əlaqələrFikrət ƏmirovAzərbaycan memarlığıİnformasiya təhlükəsizliyiBaku ElectronicsİzotopTonzillitGöygöl (göl)Bakıda yerləşən abidələrin siyahısıMariya Antuanettaİmadəddin NəsimiÜzeyir MehdizadəAzərbaycan toy adətləriƏlcəzairYerKompüterNəriman NərimanovMustafa Kamal AtatürkBakı metrostansiyalarının siyahısıBirləşmiş Millətlər TəşkilatıFaiz26 aprelAzərbaycanın inzibati bölgüsüCəmiyyətAğıllı evlərSuda-quruda yaşayanlarƏdəbiyyatAğqoyunlularInstagramHekayəCənubi AmerikaÇiçəkAyaz MütəllibovSpirtlərSahibkarlıqDüzbucaqlı paralelepipedAzərbaycanın təbii sərvətləriBakı Konqres MərkəziƏfqanıstanHeydər Əliyev adına Hərbi İnstitutƏbdürrəhim bəy HaqverdiyevGözİngiltərəSumqayıtOsmanlı sultanlarının siyahısıBöyük Hun imperiyasıBaykal–Amur magistralıSaatlı rayonuRöya AyxanTikTokAzərbaycan Daxili QoşunlarıKenquruBalaəliQondarma Dağlıq Qarabağ RespublikasıHidrogenTürk Dövlətləri TəşkilatıUnitar dövlətVyetnamƏməköməciSınıqlarAzərbaycan musiqisiLerik rayonuModal sözlərİnformatikaAzərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkiliAzərbaycan gerbiPişikBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)Novruz bayramı🡆 More