Süd Dişləri

Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir.

Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır.

Süd Dişləri
Süd dişləri tökülməyə başlayan 6 yaşlı uşaq.

Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir.

Südəmər dişlərdə kariyes

Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir. Dişlərin üzərində bakteriyalar karbohidratlı (şəkərli) qidaları parçalayır və asiti əmələ gətirir. Bu asitlər diş emalını məhv edir. Kariyesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə ağız boşluğundakı kariyesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur.

Kariyesdən qorunma

1) Dişlərə müntəzəm qulluq 2) Sağlam qidalanma, şəkərli qidalardan uzaq durmaq 3) Flüorlu diş məcunlarından istifadə. Flüor dişlərin möhkəm və sağlam olmasını normada saxlayır.

Kariyesin müalicəsi

Diş həkimi kariyes diaqnozu qoyduqdan sonra, diş təmizlənir.


Həmçinin bax

İstinadlar

Tags:

Süd Dişləri Südəmər dişlərdə kariyesSüd Dişləri Həmçinin baxSüd Dişləri İstinadlarSüd DişləriDişMəməlilərYaycılar

🔥 Trending searches on Wiki Azərbaycanca:

2023Mixael ŞumaxerKompüterRamazan bayramıAzərbaycanın Milli QəhrəmanıƏsrin müqaviləsiGədəbəy rayonuCənubi KoreyaAğstafa rayonuƏkinçi (qəzet)İsgəndəriyyə mayakıÜzeyir MehdizadəRiyaziyyatİsimLeyli və Məcnun (Füzuli)Bərabəryanlı trapesiyaSayOral seksBir kərə yüksələn bayraq, bir daha enməzBraziliyaReal Madrid FKŞuşa BəyannaməsiAbdullah ZubirTriqonometriyanın əsas düsturlarıErkin QədirliTexnofestMiladi tarix29 aprelAzərbaycan Respublikasının KonstitusiyasıAzərbaycan çaylarıAutizmAdolf HitlerHeydər ƏliyevNaftalanQuba xanlığıAllergiyaAlçaZaur CavanşirMəşədibabaMikayıl CabbarovAzərbaycanın quşlarıAzərbaycan Silahlı QüvvələriGöbələklərCəlil MəmmədquluzadəƏli ƏsədovRusiya imperiyasıİnam KərimovMilli Azərbaycan Tarixi MuzeyiZərf (nitq hissəsi)LipidlərAyaz MütəllibovAzərbaycan əlifbasıƏdatKəpənəklərTalışlarDünya əhalisiİstanbulİnteqralXlorid turşusuAzərbaycan dövlət başçılarının siyahısıMəcnun MəmmədovEldar İbrahimovKarles PuçdemonUşaqlıq (anatomiya)Skelet (insan)BərdəYaponiyaCümlə üzvləriZeynəb XanlarovaNidaAzərbaycan Milli Elmlər AkademiyasıBakı kəndlərinin siyahısıQızdırmaVoleybolÇoxluqlarQazax rayonu🡆 More