Renat Dadaşov

Renat Dadaşov (ləzg.

Дадашрин Олеган хва Ренат) — 17 may 1999, Rüdeshaym-am-Reyn[d], Hessen) — Azərbaycanlı futbolçu. Hazırda karyerasını "Qrasshoppers"dən icarə əsasında "Hatayspor" klubunda davam etdirir.

Renat Dadaşov
alm. Renat Dadashov
Renat Dadaşov RB Leypsiq klubunda. 2014-cü il.
Renat Dadaşov RB Leypsiq klubunda. 2014-cü il.
Ümumi məlumatlar
Tam adı Renat Oleq oğlu Dadaşov
Doğum tarixi (24 yaş)
Doğum yeri Rüdeshaym, Hessen, Almaniya
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 188.8
Çəkisi 81 kq
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Türkiyə Hatayspor (Qrasshoppers klubundan icarə əsasında)
Nömrəsi 9
Karyerası
Gənclik karyerası
2013–2014 Almaniya Ayntraxt Frankfurt
2014–2017 Almaniya Leypsiq (U-19) 31 (12)
2017–2018 Almaniya Ayntraxt (U-19) 22 (14)
Klub karyerası
2018–2019 Portuqaliya Eştoril 22 (4)
2019–2022 İngiltərə Vulverhempton Vonderers 0 (0)
2019   Portuqaliya Pasuş de Ferreyra 11 (0)
2020   İsveçrə Qrasshoppers 0 (0)
2021–2022   Portuqaliya Tondela 30 (2)
2022– İsveçrə Qrasshoppers 38 (9)
2023– Türkiyə Hatayspor 26 (4)
Milli yığma
2014 Azərbaycan Azərbaycan U-16 6 (4)
2014–2015 Almaniya Almaniya U-16 yığması 6 (4)
2015–2016 Almaniya Almaniya U-17 yığması 15 (13)
2017–2018 Azərbaycan Azərbaycan U-21 2 (1)
2017– Azərbaycan Azərbaycan 30 (3)

Həyatı

Renat Dadaşov 17 may 1999-cu ildə Almaniyanın Hessen əyalətindəki Rüdeshaym qəsəbəsində anadan olub. Əslən ləzgidir.. Atası Oleq cavan yaşlarında su polosu üzrə Azərbaycan millisində oynayıb. Renatın böyük qardaşı Rüfət Dadaşov da hal-hazırda Azərbaycan millisinin üzvüdür.

Klub karyerası

Ayntraxt Frankfurt

19 may 2017-ci ildə Dadaşov Bundesliqa klublarından Ayntraxt Frankfurtla 3 illik müqavilə imzaladı. O, Ayntraxtın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayarkən 22 matça 14 qol vurmuş, 9 assist etmişdir.

Eştoril

11 iyun 2018-ci ildə Dadaşov Portuqal klublarından Eştorillə 2 illik müqavilə imzaladı. O, klubda ilk rəsmi matçına "Porto"nun əvəzedicilərdən ibarət komandasıyla qarşılaşmada çıxdı. Həmin matçda Eştoril rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdi. İlk qolunu isə həmin ilin 18 avqustunda vurdu.

Vulverhempton Vonderers

6 avqust 2019-cu ildə Dadaşov ingilis klublarından "Vulverhempton Vonderers"ə transfer olub. O, bu klubla 4 illik müqavilə imzalayıb. 10 yanvar 2020-ci ildƏ Vulverhemton U-23-ün heyətində Premyer Liqa 2 turnirinin 1-ci Divizionunda Blekbörn U-23-ə qarşı oyunda 86 dəqiqə oyun keçirdi və bu onun üçün debüt oldu. Bir neçə gün sonra Vulverhpton Tivideyl ilə yoxlama matçı keçirdi və 6:0 qələbə qazandı. Renat bu matçda dubl etməklə diqqət mərkəzinə düşdü.

Pasuş de Ferreyra

Vulverhempton daha sonra Renatı dərhal Portuqaliyanın digər klubu "Pasuş de Ferreyra"ya bir mövsümlük icarəyə verib.

Yığma karyerası

Almaniyada azərbaycanlı ailəsində dünyaya göz açan Renatın iki millidə də oynamaq imkanı var idi. O, 2014-cü ildə qısa müddətdə Azərbaycanın U16 yaş qrupu üzrə millisində çıxış edib. O, sonradan U16 yaş qrupu üzrə millisinə dəvət alıb. O, ümidləri doğrultdu və 6 matçda 4 qol vurdu. 2015-ci ilin sentyabrında Almaniyanın U17 yaş qrupu üzrə millisində debüt edən Dadaşov millidə 15 matçda 13 qol vurması ilə diqqətləri özünə cəlb etdi. O hətta milliylə 2016-cı ildə 17 yaşlı oğlanlar arasında Avropa çempionatında yarı finala qədər irəlilədi.

2017-ci ilin əvvəlində AFFA tərəfindən Renatın Azərbaycan millisində oynayacağı ictimaiyyətə elan olundu. Almaniyanın Bild dərgisinin bildirdiyinə görə, Renat Dadaşov 1 milyon dollar pul müqabilində Azərbaycan yığmasında oynamağa razı olub. Bundan başqa futbolçuya həm də ev verilib. Lakin AFFA-nın baş katibi Elxan Məmmədov Renat Dadaşova yığmada oynaması üçün federasiya tərəfindən pul və ev verilməsi xəbərini inkar edib. Renat həmin ilin sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsində San-Marino millisi ilə matçda debüt edib.

İstinadlar

Tags:

Renat Dadaşov HəyatıRenat Dadaşov Klub karyerasıRenat Dadaşov Yığma karyerasıRenat Dadaşov İstinadlarRenat Dadaşov17 may1999AzərbaycanHessenLəzgi diliQrasshopper Sürix FKd:Q628118

🔥 Trending searches on Wiki Azərbaycanca:

Elçin HüseynbəyliGöl qurbağasıƏmr cümləsiİkinci Qarabağ müharibəsiİbtidai icma quruluşuSadə cümlənin şəxsə görə növləriFələstin DövlətiMariya AntuanettaBərdə rayonuRövşən CavadovFikrət ƏmirovAvropa ölkələrinin siyahısıAzərbaycan tarixiZərf (qrammatika)Mürəkkəb sözlərAlbaniyaMakedoniyalı İsgəndərAzərbaycanın palçıq vulkanlarıAsiya ölkələrinin siyahısıGüc (fizika)ŞəkiKimyəvi silahBeşinci nəsil qırıcıJalə ƏhmədovaSahibkarlıqAzərişıqZərdüştilikAzərbaycanın inzibati bölgüsüMirzə Fətəli AxundovÜnsiyyətBakı metrosuLionel MessiAna səhifəAzərbaycan əlifbasıKəmalüddövlə məktublarıAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıTəyyarəAzərbaycan (tarixi ərazi)Qız qalasıNeftAzərbaycan PrezidentiAğadadaş AğayevÇiçəkÜçbucaqDolça (astrologiya)HindistanEnerjiNüvə silahıAğciyər xərçəngiCəmiyyətAzərbaycan Memarlıq və İnşaat UniversitetiHeydərbaba dağıAy təqvimiTriqonometriyanın əsas düsturlarıAlqoritmGədəbəy rayonuAzərbaycan faunasıAdolf HitlerOmbudsmanMədəaltı vəziEroziyaAprel işğalıYeni Azərbaycan PartiyasıElmira SüleymanovaLatın diliQarabağda döyüşlər (2023)Natural ədədlərHüceyrəTimsahlarSintaktik əlaqələrYüngül atletikaVətən Müharibəsi Qəhrəmanlarının siyahısıXristianlıqMədət QuliyevXəzər dəniziÇernobıl faciəsiVoleybol🡆 More