Qızılxallı Kumja

Qızılxallı kumja (lat.

Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür.

Qızılxallı kumja
Qızılxallı Kumja
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Klad:
Euteleostei
Dəstəüstü:
Protacanthopterygii
Yarımfəsilə:
Salmoninae
Növ:
Yarımnöv:
Qızılxallı kumja
Beynəlxalq elmi adı

Ümumi xarakteristikası

Bədənin bel tərəfində tünd yaşıl rəngdə, yanlarında açıq rəngdə, qarın tərəfində isə qızılı rəngdə xallar olur. Ağızı böyük olub ucda yerləşir. Çənəsində dişlər olur, bu dişlər iri balıqlarda yaxşı, körpələrdə isə zəif inkişaf etmişdir. Bel üzgəcindən arxada piy üzgəci yerləşir. Bel üzgəcində 3-4 şaxəsiz, 7-12 şaxəli, anal üzgəcində 3 şaxəsiz, 7 - 10 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 111 - 128 arasında dəyişir.

Arealı və sayı

Qızılxallı kumja Azərbaycanın Kür hövzəsindəki dağ çaylarının çoxunda – Qanıxçay, Balakənçay, Silbançay, Katexçay, Əlcihançay, Turyançay, Dəyirmançay, Tərtərçay, Kurəkçay, Ağsuçay, Həkəri, Xaçınçay, Bazarçay, Qusarçay, Şəmkirçay, Xal-xalçay, Yalamaçay, Zabuxçay, Viləşçay, Lənkərançay, Astaraçay çaylarında, Quba-Xaçmaz düzənliyinin bulaq çaylarında (Qelçay, Nügədiçay, Qudyalçay, Vələmirçay, Dəvəçiçay), Göygöldə yayılmışdır. Azərbaycandan kənarda Avropa və Asiyanın dağ çaylarında və göllərində təsadüf edilir. İntensiv ovlandığı üçün hazırda az saylı balığa çevrilmişdir. Sayı son dərəcə azalmış və bəzi çaylarda hətta nəsli kəsilmişdir.

Həyat tərzi

Çay qızılxallı kumjası qədim və əsil şirin su balığıdır. Bəzi alimlərin fikrincə ondan qızılbalıq (kumja) törəmişdir, digərlərinin fikrinə görə qızılxallı (forel) qızılbalıqdan törəmişdir. O, başlıca olaraq dağ çaylarında və soyuq sulu göllərdə, dibi daşlı, təmiz, sərin və şəffaf sulu düzənlik çaylarında yaşayır. Bu sularda illik orta temperatur 8.9 – 13.7 0C olur. Qızılxallı kumjanın əlamətləri çox dəyişkən olduğundan müxtəlif çaylarda, hətta eyni çayın müxtəlif hissələrində (yuxarı və aşağı) yaşayan fərdlərini müqayisə etdikdə onlar arasında çoxlu fərqlər olduğu meydana çıxır. Cinsi yetginliyə erkək fərdlər iki, dişi fərdlər üç yaşında çatır. Kürü tökmək üçün çayların daha yuxarılarına daşlı-qumlu və suyu təmiz olan yerlərə qalxır.

Uzunluğu 29-43 sm olan Göygöl qızılxallı kumjasının mütləq məhsuldarlığı 644-2341 ədəd arasında dəyişərək, orta hesabla 900 kürü olur. Çay qızılxallı kumjasının məhsuldarlığı 230-832 ədəd kürü olmaqla, orta hesabla 560 kürü təşkil edir.

Məhdudlaşdırıcı amillər

Qızılxallı kumjaların Azərbaycanın dağ və dağətəyi çaylarında sayını tənzim edən əsas amil yerlərdə qadağan olunmuş ov alətləri və usulları ilə kütləvi sürətdə ovlanmaları və muhafizə olunmaları sahəsində nəzarətin olmamasıdır.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

Qızılxallı kumjanın körpələrini süni artırma yolu ilə əldə edərək dağ çaylarına və göllərinə buraxılması və bu çay və göllərdə idman balıq ovunun təşkil olunması faydalı olar.

İstinadlar

Həmçinin bax

Tags:

Qızılxallı Kumja Ümumi xarakteristikasıQızılxallı Kumja Arealı və sayıQızılxallı Kumja Həyat tərziQızılxallı Kumja Məhdudlaşdırıcı amillərQızılxallı Kumja Tətbiq olunmuş və lazımi mühafizə tədbirləriQızılxallı Kumja İstinadlarQızılxallı Kumja Həmçinin baxQızılxallı KumjaActinopterygiiAnimaliaChordataLatın diliSalmoSalmo truttaSalmonidaeSalmoniformes

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan gölləriCümləOral seksAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıAygün KazımovaHeydərbaba dağıQİÇSQədim RomaBaku ElectronicsVilayət EyvazovQubad İbadoğluGənclik parkıDövlətMəleykə ƏsədovaMakedoniyalı İsgəndərBəxtiyar VahabzadəADA UniversitetiTürkdilli dövlətlərSahibkarlıqQədim Yunanıstan mədəniyyətiYaşar NuriCümlə üzvləriAzərbaycan qoruqlarıLaçın rayonuEkoloji problemlərAprelŞəki rayonuSəməd VurğunBakteriyalarQafqaz AlbaniyasıPişikAğciyərBirləşmiş Ərəb ƏmirlikləriElxanilər dövlətiNeftİnformasiya və kommunikasiya texnologiyalarıƏli ƏhmədovAzərbaycan xalq musiqisiƏvəzlikBalaəliDairəAzərbaycan qəzetlərinin siyahısıMarafon döyüşüArif PaşayevKamran İmanovAzərbaycan Sovet Sosialist RespublikasıEv pişiyiBeşinci nəsil qırıcıBraziliyaGünəş sistemiŞəkərli diabetİnformasiyanın kodlaşdırılmasıRəngli monitorMisir ehramlarıSuçiçəyiAzərbaycanın iqtisadi rayonlarıSinqapurErməni soyqırımıTəsirlik halPiramida (həndəsə)İmadəddin NəsimiXankəndiMir Mövsüm Ağaİngiltərə tarixiTimsahlarYanvarPolşaİrəvanHepatit BUzun HəsənKarbonAprel döyüşləriXərçəng xəstəliyiKub metrAzərbaycan Respublikasının Konstitusiyasıİsveç🡆 More