Nigeriyada Tvitterin Qadağan Edilməsi

Nigeriyada Tvitterin qadağan edilməsi — Nigeriya hökumətinin 5 iyun 2021-ci ildən 13 yanvar 2022-ci ilə qədər Twitterə rəsmi olaraq qadağan tətbiq edərək onun ölkədə fəaliyyətini məhdudlaşdırması.

Qadağa "Twitter"in Nigeriya Prezidenti Məhəmmədu Buhari tərəfindən edilən tvitləri sildikdən və müvəqqəti olaraq fəaliyyətini dayandırdıqdan sonra baş vermişdir. O, əsasən Nigeriyanın cənub-şərqində yaşayan iqbo xalqını Nigeriyanın cənub-şərqində üsyana istinad edərək 1967-ci ildə Nigeriyada vətəndaş müharibəsinin potensial təkrarlanması ilə bağlı xəbərdar etmişdi. Nigeriya hökuməti iddia etmişdir ki, prezidentin tvitlərinin silinməsi onların qərarını şərtləndirmişdir, lakin nəticədə bu, Nigeriyanın korporativ varlığına xələl gətirə bilən fəaliyyətlər üçün platformanın davamlı istifadəsinə istinad edilərək onunla əsaslandırılmışdır ki, "Nigeriyada sosial media platforması ilə bağlı problemlərə əsaslanır, burada yayılan dezinformasiya və saxta xəbərlər real dünyada zorakı nəticələrə səbəb olur".

Qadağa "Amnesty İnternational", Britaniya, Kanadaİsveçin Nigeriyadakı diplomatik nümayəndəlikləri, həmçinin Birləşmiş ŞtatlarAvropa İttifaqı tərəfindən birgə bəyanatla qınanmışdır. İki lokal təşkilat – Sosial-İqtisadi Hüquqlar və Hesabatlılıq Layihəsi (SERAP) və Nigeriya Vəkillər Kollegiyası qadağaya məhkəmədə etiraz etmək niyyətində olduqlarını bildirmişdilər. "Twitter" özü qadağanın "dərin narahatlıq yaratdığını" açıqlamışdır.

Nigeriyanın qadağasından aylar əvvəl "Twitter"də qadağa tətbiq etmiş keçmiş ABŞ Prezidenti Donald Tramp qadağanı tərifləyərək "Twitter"i "təzəlikcə prezidentlərini blokladığı üçün qadağan edən Nigeriya ölkəsini təbrik edirəm" deyərək digər ölkələri də "Twitter" və "Facebook" platformaları "azad və açıq sözə icazə vermədiyi" səbəbiylə qadağan etməyə çağırmışdır.

Nigeriyanın mədəniyyət naziri Lay Məhəmməd "Twitter" lokal lisenziyalaşdırma, qeydiyyat və şərtləri təqdim etdikdən sonra qadağanın qaldırılacağını bildirmişdir. O, qeyd etmişdir ki, "bu, yayım komissiyası tərəfindən lisenziyalaşdırılacaq və platformasının Nigeriyanın korporativ varlığına zidd olan fəaliyyətləri təşviq edənlər tərəfindən istifadə edilməsinə icazə verməməyə razı olmalıdır".

2022-ci ilin yanvarında Nigeriya hökuməti "Twitter" "müvafiq vergi" ödəməyə və ölkə daxilində hüquqi şəxs yaratmağa razı olduqdan sonra qadağanı ləğv etmişdir.

Zəmin

1 iyun 2021-ci ildə Nigeriya Prezidenti Məhəmmədu Buhari tvitində regional separatçıları "anladıqları dildə" repressiyalarla hədələmişdir. Ertəsi gün "Twitter" bu tvitin "Twitter" qaydalarını pozduğunu bildirərək onu silmiş, lakin əlavə məlumat verməmişdir. Nigeriyanın informasiya naziri Lay Məhəmməd "Twitter"in digər qrupların təhrikedici tvitlərini qadağan etmədiyi üçün onun hərəkətlərinin ədalətsiz ikili standartın bir hissəsi olduğunu bildirmişdir. Nigeriyada vətəndaş müharibəsi zamanı ölümlərin əksəriyyəti milyonlarla mülki insanın aclıqdan ölümünə səbəb olan Biafranın blokadası nəticəsində baş vermişdir və bu fakt tvitdə qeyd olunmamışdı.

İndiki Nigeriya hökuməti uzun müddətdir ölkədə "Twitter"in istifadəsi ilə bağlı narahatlıq keçirmişdir. Davam edən lokal "End SARS" etirazları "Twitter"də başlamışdı və 2020-ci ildə on gündə 48 milyon tvitlə daha da güclənmişdir. Mövcud hökumət "Twitter"i qadağan etməzdən əvvəl müxtəlif hallarda sosial medianın tənzimlənməsi ideyasını irəli sürmüşdür. Keçmişdə antisosial media qanun layihəsini qəbul etmək cəhdləri "Twitter"də kütləvi etirazlara görə uğursuzluqla nəticələnmişdir. Qadağadan bir neçə gün əvvəl ölkənin informasiya naziri "Twitter"in Nigeriyadakı fəaliyyətini şübhəli adlandırmış və bunun "End SARS" etirazlarına təsirini əsas gətirmişdir.

Qadağanın qaldırılması

2022-ci ilin yanvarında Nigeriya hökuməti "Twitter" "müvafiq vergi" ödəməyə və ölkə daxilində hüquqi şəxs yaratmağa razı olduqdan sonra qadağanı ləğv etmişdir.

İstinadlar

Tags:

Məhəmmədu BuhariNigeriyaSosial mediaTwitterİqbo (xalq)

🔥 Trending searches on Wiki Azərbaycanca:

Səhiyyə Nazirliyi (Azərbaycan)TikTokBakı Dövlət UniversitetiBitkiHalikarnas mavzoleyiZaur RzayevXırda sinir lifləri neyropatiyasıMart soyqırımıXurşidbanu NatəvanQədim Yunanıstan mədəniyyətiQaranquşlarQuba xanlığıTriqonometriyaİspaniyaNəsrin CavadzadəFələstin DövlətiSuKəmalüddövlə məktublarıTerminologiyaSiyavuş NovruzovTürkdilli dövlətlərNilSooronbay JeenbekovSəbuhi Məmmədov (baş nazir)Gələrsən-Görərsən qalasıŞuşa qalasıKəlbəcər rayonuCənubi AmerikaŞahmatNəsirəddin TusiDaxili qurğular (kompüter)QızdırmaYüngül atletikaMübtədaHeyvanlarBakcellLerik rayonuƏbdürrəhim bəy HaqverdiyevAbdulla ŞaiqMürəkkəb cümləCəfər CabbarlıFransaFüzuli rayonuVilayət EyvazovZakir HəsənovXumar QədimovaNazirlər Kabineti (Naxçıvan)Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Yaşar NuriÖlçü vahidləriİnformatikaEv pişiyiMir Mövsüm AğaXarıbülbül (simvol)OksigenƏməliyyat sistemiAprelYandexHeydər Əliyev adına Hərbi İnstitutFutbolGöygölMədət QuliyevSelKomedixanaRomaHüceyrəAtəşgah (Bakı)Ağaməhəmməd şah QacarKönül KərimovaGölFevralŞimali AmerikaAyaz MütəllibovCavanşirAzər-Türk BankNaftalanBirləşmiş Krallıq🡆 More