Naxçıvan Tüməni

Naxçıvan tüməni — H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Naxçıvanın Eldənizlər dövründə mövcud olmuş vilayət statusu Hülakülərin idarəçiliyi dövründə ləğv edilmiş və Naxçıvan Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir .

Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, MarağaMərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir.. Naxçıvan tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi . Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, ƏncanMaku bu tüməndə yerləşirdi.

Naxçıvan tüməni (Naxçıvan hakimliyi)
Tümən-e Naxçıvan (Naxçıvan ölkəsi)
Ölkə Elxanilər dövləti Azərbaycan vilayəti
Daxildir 1. Sisyan
2. Şərur
3. Dərələyəz
4. Əlincə
5. Şorlut
6. Azadciran
İnzibati mərkəz Naxçıvan
Tarixi və coğrafiyası
Yaradılıb XIII əsrin sonları
Ləğv edilib 1840
Müasir dövrdə Azərbaycan Azərbaycan

Naxçıvan Tüməni
Naxçıvan tüməni (Naxçıvan ölkəsi) XIII əsr-XVIII
Naxçıvan Tüməni
Qarabağlar türbəsi

Ərazisi

Naxçıvan tüməni Araz çayının hər iki sahilində geniş ərazini əhatə edirdi. Onun hüdudları Makudan Qafan dağlarına, Qarabağa və Göyçə gölünə qədər uzanırdı. Maku, Dvin və Qafan əraziləri Naxçıvan tüməninə daxil idi. Naxçıvanın qərb hüdudlarına Dvin (Dəbil, Dəvil) şəhərinin də daxil olduğu o dövrün tarixi mənbələrində birmənalı şəkildə əks olunmuşdur. Bu faktlar həmin ərazilərə ermənilərin iddialarının tam əsassız olduğunu sübut edir. Ərəb coğrafiyaşünası Yaqut Həməvinin (1179-1229) yazdığına görə, Dvin Arran vilayətində, Azərbaycanın ucqar hüdudlarında yerləşmişdir. Ərəb müəlliflərindən Əbu Bəkr əl-Əhəri, əl-İmarı, əl-Məkrizi, Əbu-l-Fida, İbn Xəlqun və başqaları da bədxah qonşularımızın “qədim erməni dövlətinin mərkəzi” deyə iddia etdikləri Dvin şəhərinin orta əsrlərdə Naxçıvanın, deməli, Azərbaycanın tərkibində olduğunu söyləməyə əsas verir. Fəzullah Rəşidəddinin (1247-1318) məlumatına görə, həmin dövrdə Qafan ərazisi də Naxçıvan tüməninə daxil olmuşdur.

Təhlillər və mənbələrdə verilən məlumatlara əsaslanaraq tarix üzrə fəlsəfə doktoru E. Kəlbizadə bu dövrdə Naxçıvan tüməninin sərhədlərini aşağıdakı kimi müəyyənləşdirmişdir. "Naxçıvan tüməni şimaldan və şərqdən Arran əyaləti ilə həmsərhəd idi. Arran əyaləti ilə sərhəd Göyçə gölünün cənubundan başlamış, cənub-şərqə doğru hərəkət edərək Şahbuzun şimalından Qafan və Həkəri çayının isə şimal şərqindən keçmişdir. Cənub-şərqdən və cənubdan Naxçıvan tüməni Azərbaycan vilayətinin Mərənd və Xoy tümənləri ilə həmsərhəd olmuşdur. Mərənd tüməni ilə sərhəd Araz çayı boyunca idi. Araz çayından cənubdakı Culfa istiqamətindən başlayaraq, sərhəd cənuba doğru istiqamətlənir və beləliklə Maku ərazisi də Naxçıvan tüməninin tərkibində qalmış olurdu. Xoy tüməni ilə sərhəd eyniadlı şəhərin şimalından keçirdi. Qərbdən isə sərhədlər Van gölünün şərqindəki ərazilərdən başlamış, şimala doğru uzandıqca Sürməli çuxurunun və Dəbil şəhərinin qərbindən keçmişdir..

Monqollar zamanında ərazilərinin ən geniş olduğu şərq sərhədlərinin Həkəri çayına, qərb sərhədlərinin Van gölünün şimal-şərq sahillərinə çatdığı dövrlərdə Naxçıvan tüməninin ərazisi, təqribən, 25 min 269 km2 -ə çatmışdır.. Lakin bu dəyişkən xarakter daşımış, əksər dövrlərdə Naxçıvan tüməninin qərb sərhədləri Sürməli və Dəbilin qərbindən keçmiş, Van gölünə qədər çatmamışdır. Sərhədləri belə müəyyənləşdirdiyimiz təqdirdə Naxçıvan tüməninin ərazisinin, təqribən, 23 min 408 kvadratkilometri əhatə etdiyini söyləmək olar..

Həmçinin bax

İstinadlar

Tags:

AzaEldənizlərElxanilər dövlətiHəmdullah QəzviniMakuMarağaMərəndNaxçıvanNaxçıvan MROrdubadSərabTəbrizXoyƏncanƏrdəbil

🔥 Trending searches on Wiki Azərbaycanca:

Daş dövrüMir CəlalAminturşularKleopatraSahələrinə görə ölkələrin və ərazilərin siyahısıLotu QuliHemoqlobinParaleloqramYasəmənKompüter oyunuMicrosoft PowerPointSəlahəddin ƏyyubiII MehmedDairəAzərbaycan Texniki UniversitetiDmitri DonskoyAğıllı evlərQızıl yel xəstəliyiAzərbaycan xalq rəqslərinin təsnifatıLəzgilərAvropa İttifaqıHaitiMete xaqanİmadəddin NəsimiLinzalarRəşad MikayılzadəPlanetAzərbaycan mətbuatıSəfəvilərMeşəTəyyarəMüstəqil Dövlətlər BirliyiAdəmİnternetUşaqlıq (anatomiya)ƏdəbiyyatFacebookAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)Cəfər CabbarlıAğqoyunlularWindows NT 4.0ABŞ-nin ştatlarıƏqrəb (astrologiya)AvstraliyaQızılgülFellatioBaloğlan ƏşrəfovHəşəratlarNəriman AxundzadəInstagramRombÇingiz AytmatovZaqatala rayonuXürrəmilər hərəkatıAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıQara QarayevHicri təqvimVergiXaçmaz rayonuSəməd VurğunAzərbaycan generallarının siyahısıDaxili İşlər Nazirliyi (Azərbaycan)Quba rayonuİnsan penisiAtropatenaZərdüştilikXəritəDağlıq Qarabağ9 May Qələbə GünüSəbuhi Məmmədov (baş nazir)VergülŞuşanın azad edilməsiHepatit CMilli Müdafiə Universiteti (Azərbaycan)Azərbaycan Premyer LiqasıAzərbaycandakı quşların siyahısıXarıbülbül (simvol)Afrika🡆 More