Marian Reyevski: Polyak riyaziyyatçı

Marian Reevskiy (pol.

O 1932-ci ildə Üçüncü Reyxin hərbi Eniqma şifrləmə maşınını yenidən işləyib hazırlayıb. Reevskiy və onun iş həmkarları Eji Rojiskiy və Henrix Zıqalskiyin şifrləmə sahəsindəki nailiyyətləri Reevskiyin orijinal maşını hazırlanmasından yeddi il sonra ikinci dünya müharibəsi başlayanda Alman Eniqma maşınında şifrlənmiş məlumatların oxumasına başlaması üçün Britaniyaya imkan yaradıb. Müharibə zamanı Britaniyalı kriptoloqlar Eniqmada şifrlənən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tərəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib.

Marian Reevskiy
pol. Marian Adam Rejewski
Marian Reevskiy, 1932-ci illər
Marian Reevskiy, 1932-ci illər
Doğum adı Marian Adam Rejewski
Doğum tarixi
Doğum yeri Bıdqoş, Almaniya İmperiyası
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Varşava, Polşa Xalq Respublikası
Vəfat səbəbi ürək tutması
Elm sahələri Riyaziyyatçı, kriptoqraf
Təhsili
Tanınır Eniqma maşınının şifrlərinin həllinə görə
Mükafatları Polşanın Dirçəliş ordeni
Müharibə medalı 1939-1945
Noulton mükafatı
İEEE dövr mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1929-ci ildə Poznan Universitetində riyaziyyat sahəsi üzrə təhsil alarkən, Reevskiy Polşa Qoşununun Baş Qərargahı Şifr Bürosunun (pol. Biuro Szyfrów) gizli şəkildə apardığı kriptologiya kurslarında iştirak edib. O, bu kurslara 1932-ci ilin sentyabrında qoşulmuşdu. Bu büro Eniqmada kodlaşdırılmış məlumatların oxunmasında heç bir uğur əldə edə bilmədi və 1932-ci ilin sonunda problem üzərində işləmək üçün Reevskiy təyin edildi. O, yalnız bir neçə həftədən sonra maşının gizli daxili məftilinin olduğu nəticəsinə gəlib. Reevskiy və onun iki həmkarı sonralar Eniqma məlumatlarının düzgün oxunması üçün bir sıra üsullar işlənib hazırlamışdır. Onun nailiyyətləri kriptolocik bomba və özünün kəşf etdiyi siklometr əsasında çıxarılmış kriptolocik kart kataloquna daxil edilib.

1939-cu ildə Polşanın Almaniya tərəfindən işğalından beş həftə əvvəl Reevskiy və həmkarları Varşavaya çağrılıb və onlar Fransa və Britaniya kəşfiyyat nümayəndələrinə öz nailiyyətlərini təqdim edib. Müharibənin başlamasından az sonra Polşalı kriptoloqlar Fransaya aparılıb. Burada onlar Eniqmada şifrlənmiş məlumatların sındırılması üzərində işlərini davam etdiriblər. Onlar və onların köməkçi əməkdaşları 1940-cı ilin iyununda Fransanın süqutundan sonra yenidən köçməyə məcbur olub. Bundan bir neçə ay sonra onlar Vişi Fransasında gizli şəkildə işlərini davam etdirməyə başlayıblar. 1942-ci ilin noyabrında Fransada "Azad Zonanın" işğalından sonra Reevskiy və Zıqalskiy İspaniya, Portuqaliya və Cəbəllütariq vasitəsilə Böyük Britaniyaya qaçıb. Orada onlar Polşa Silahlı Qüvvələrində hərbi qulluğa daxil olublar və Alman şifrlərinin aşağı keyfiyyətli həlli üzərində işləmək üçün təyin eiliblər.

Müharibədən sonra Reevskiy Polşada ailəsinə yenidən qovuşub və mühasib vəzifəsində çalışıb. Təqribən iyirmi il ərzində o, Sovet hökumətinin mənfi diqqətindən yayınmaq üçün müharibədən əvvəl və müharibə vaxtı kriptoloq fəaliyyəti barədə susurdu. 1967-ci ildə Marian Reevskiy Şifr Bürosundakı fəaliyyəti ilə bağlı xatirələrini Polşa Hərbi Tarix İnstitutuna verməklə bu məsələdə öz səssizliyini pozub. O, 74 yaşında ürək tutmasından dünyasını dəyişib və o, Varşavada Povzki hərbi qəbiristanlığında dəfn edilib.

İstinadlar

Xarici keçidlər

Tags:

Eniqma maşınıKriptoqrafiyaPolyak diliPolşaÜçüncü Reyxİkinci dünya müharibəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Böyük Fransa inqilabıQuba xanlığıİnformasiya prosesləriİnteqralBakı Dövlət UniversitetiTonzillitRövşən CavadovÖzbəkistanTamamlıqZürafəŞuşa rayonuGəmiKəmaləddin HeydərovMilli Dirçəliş GünüAzər-Türk BankZərifə ƏliyevaƏfqanıstanBazar iqtisadiyyatıArif PaşayevEldənizlərCümləNilAzərbaycanda təhsilBəxtiyar VahabzadəBəngü-BadəI AbbasVüsal Kazımov (baş leytenant)YazıFələstin DövlətiVoleybolSüni intellektMikayıl MüşfiqEkologiyaQarabağ FKİyulDünya əhalisiBöyük QafqazKəlmeyi-şəhadətTaktikaƏhali sıxlığına görə ölkələrin siyahısıKönül KərimovaAğqoyunlularTəbiətin qorunmasıSuda-quruda yaşayanlarNitq hissəsiŞimali Amerika ölkələrinin siyahısıAzərbaycanda yayılmış balıqların siyahısıJalə ƏhmədovaXumar QədimovaPakistanSahibkarMoskvaQara YanvarQaçışSooronbay JeenbekovZərdüştilikBirləşmiş Millətlər TəşkilatıAntarktidaKomedixanaAzərbaycan əlifbasıÇingiz xanKonstitusiyaSifət (qrammatika)Cənubi AzərbaycanUzun HəsənEzopCanavarLitrMir Mövsüm AğaƏbülfəz ElçibəyGələrsən-Görərsən qalasıİnformasiyanın kodlaşdırılmasıAğdamPsixologiyaBakı kəndlərinin siyahısıSəbuhi MəmmədovNeftçi PFK🡆 More