Məmmədtağı Əliyev

Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu Əlizadə (10 yanvar 1858, Şamaxı – 1918, Şamaxı) — Rusiyada I Dövlət dumasının üzvü, Hümmət partiyasının yaradıcılarından biri, Əkinçi qəzetinin fəal müxbiri olmuşdur.

Məmmədtağı Əliyev
Məmmədtağı Əliyev
27 aprel (10 may) 1906 – 9 iyul (22 iyul) 1906
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1858(1858-01-10)
Doğum yeri
Vəfat tarixi 1918
Vəfat yeri
Vəfat səbəbi Mart soyqırımı
Partiya
Fəaliyyəti siyasətçi, Rusiya imperiyası I Dövlət Duması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Məmmədtağı Hacı Əbdüssəməd oğlu 1858-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Real məktəbi bitirmişdi. Moskva Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasının məzunu idi. Azərbaycanda bioloji və kənd təsərrüfatı bitkilərinin yayılmasında bu akademiyanın tələbəsi Məmmədtağı Əliyev fəal iştirak edirdi.

Məmmədtağı Əliyev 
Soldan oturanlar: qardaşı Mehdi Əliyev, Məmmədtağı Əliyev, Əli bəy Hüseynzadə. Ayaq üstə: Sadıq bəy Ağabəyzadə (Sankt-Peterburq, 1886)

Məmmədtağı Şirvani təxəllüsü ilə "Əkinçi" qəzetinə məqalə yazırdı.[mənbə göstərin]

Məmmədtağı Əliyev Almaniyada, Finlandiyada yaşamışdı. Bir neçə dildə – alman, fransız, ərəb, fars və rus dillərində gözəl danışan Məmmədtağı Əliyev Rusiyada I Dövlət Dumasının deputatı olmuşdur. Duma qovulduqdan sonra isə Şamaxıya qayıtmış və şəhərin ictimai həyatında fəaliyyət göstərmişdir. Onun zəngin və nadir şəxsi kitabxanası olmuşdur. Həmin kitabxanada nadir əlyazmaları və məşhur adamların avtoqrafları xüsusilə diqqətəlayiq imiş. Məmmədtağı Əliyevin nüfuzu, elmi dünyagörüşü, milli təəssübkeşliyi hamıya məlum idi və ermənilər 1918-ci ilin martında azərbaycanlılara qarşı Şamaxıda törətdikləri qətliam zamanı onun evinə də hücum etmişdilər. Öz ocağını, zəngin kitabxanasını qoruyan Məmmədtağını ermənilər vəhşicəsinə öldürmüş və bütün mülkünə od vuraraq külə döndərmişdilər.

Bu hadisədən xəbər tutan Mirzə Mahmud təcili Bakıya gəlir və qardaşının qaçqın düşmüş ailəsini, yaxın qohumlarını götürüb Aşqabada qayıdır. Mirzə Mahmud yüksək təhsil ala bilməsə də həyatın çətinlikləri ilə üz-üzə qalmış, tacir olana qədər keçdiyi və yaşadığı həyat yolu ona dünyanın hər üzünü tanıtdırmışdı. Aşqabada köçən Hacı Əndüssəməd orada Şuşa gözəli Nabat xanımla evlənmişdi. Nabat xanım gənc yaşlarında vəfat etmişdi.

Ələşrəf Əlizadənin babasıdır.

Həmçinin bax

İstinadlar

Tags:

10 yanvar18581918Hümmət PartiyasıRusiyaŞamaxıƏkinçi (qəzet)

🔥 Trending searches on Wiki Azərbaycanca:

Xürrəmilər hərəkatıOksigenDağlıq QarabağYeni Müsavat (qəzet)Azərbaycanın İstiqlal BəyannaməsiCənubi AzərbaycanArəstə BaxışovaYeni Azərbaycan PartiyasıAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)Əbdürrəhim bəy HaqverdiyevSayİsgəndəriyyə mayakıQarabağlar türbəsiOrxan SultanovNeftDilarə Əliyeva (aktrisa)Bəxtiyar VahabzadəQusarçayAxırıncı aşırımQədim MisirNeftçi PFKUEFA Çempionlar LiqasıÜrək (insan)Ətraf mühitDövlət bayraqlarının siyahısıQacar dövlətiZeynəb XanlarovaMorfologiya (linqvistika)Aprel döyüşləriGəmiHunlarFransaAzərbaycanda dinİsmayıllı rayonuYanıqTemperaturAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıQobustan Dövlət Tarixi-Bədii QoruğuOlimpdə Zevsin heykəliÇaldıran döyüşüLaqqutuDövlət İdarəçilik Akademiyası (Azərbaycan)Zakir HəsənovTamamlıqProqram təminatıTəbiətin qorunmasıİtaliyaQırmızı dənizƏliQarabağ xanlığıQarabağRusiyaKamal XudaverdiyevSual cümləsiŞeirX KristianFevralGoogleAğciyərXarici Kəşfiyyat Xidməti (Azərbaycan)EzopEv pişiyiAzərbaycan Respublikası yol nişanlarıİlham ƏliyevFellatioNeftçilər metrostansiyasıTərəzi (astrologiya)Tovuz rayonuAsiya ölkələrinin siyahısıYunanıstan5 manatlıq əsginasŞirLotu QuliİsgəndərnaməİnsanBir kərə yüksələn bayraq, bir daha enməzİntim münasibətlər haqqında İslami normalar🡆 More