Məleykə Abbaszadə: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Abbaszadə Məleykə Mehdi qızı (23 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri.

Məleykə Abbaszadə
Məleykə Abbaszadə: Həyatı, Fəaliyyəti, Mükafatları
bayraq
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri
bayraq2
Vəzifədədir
12 aprel 2016-cı ildən
5 oktyabr 2000 – 12 aprel 2016
ƏvvəlkiFaiq Nağıyev
SonrakıVəzifə ləğv edildi.
1994 – 5 oktyabr 2000
SədrKamran İmanov (1993–1995)
Faiq Nağıyev (1995–2000)
Şəxsi məlumatlar
Doğum tarixi 23 fevral 1953(1953-02-23) (71 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti riyaziyyatçı, siyasətçi
Atası Mehdi Mustafayev
Uşaqları Nərgiz Birk-Petersen
Nigar Abbaszadə(1976–2020)

Təltifləri Məleykə Abbaszadə: Həyatı, Fəaliyyəti, MükafatlarıMəleykə Abbaszadə: Həyatı, Fəaliyyəti, Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib və Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib. 1975–1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N. N. Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V. M. Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.

Fəaliyyəti

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunmuşdur.

M. Abbaszadənin rəhbərliyi ilə 1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilmiş, sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və testlər bankı yaradılmış, tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib. TQDK-nın nəzdində abituriyentlərə kömək məqsədilə hazırlıq kursları təşkil edilmişdir.

M. Abbaszadənin rəhbərliyi altında "Abituriyent" jurnalı yaradılmışdır. 1994-cü ildən başlayaraq qəbul imtahanlarının nəticələrinin elmi-metodiki təhlilinə həsr olunan "Abitiriyent" jurnalının yekun 12-ci buraxılışında dərc edilən məqalələrin müəllifi, jurnala əlavələr kimi nəşr edilən 100 yaxın adda müxtəlif dərs və metodiki vəsaitlərin həmmüəllifidir.

2000-ci ildə M. Abbaszadənin Milli Koordinator olduğu "Seçkilərlə əlaqədar məlumatın ötürülməsi üçün şəbəkənin yaradılmasına yardım" Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi çərçivəsində "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılmış, 2000-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə tətbiq olunmuş və hal-hazıradək respublikada keçirilən seçkilərdə həmin Sistem fəaliyyət göstərir.

M. Abbaszadə 2003-cü ilin noyabrında Bakı şəhərində "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və Elektron idarəetmə" mövzusunda Beynəlxalq forumun təşkilatçısı olmuşdur.

M. Abbaszadə 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) "Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı" mövzusunda 33-cü Beynəlxalq Konfransının təşkilatçısı olmuş, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

M. Abbaszadə İAEA (İnternational Association for Educational Assessment – Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya) və UNESCO-nun 2005-ci ildə birgə dərc etdiyi Təhsildə Qiymətləndirmə üzrə beynəlxalq ekspertlərin siyahısına daxil edilmişdir.

M. Abbaszadə 60-dək elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.

Mükafatları

25 fevral 2013-cü ildə Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə Məleykə Mehdi qızı Abbaszadə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

21 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Ailəsi

İki övladı, dörd nəvəsi var.

Qızı Nərgiz Birk-Petersen 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri olub.

İstinadlar

Xarici keçidlər

Tags:

Məleykə Abbaszadə HəyatıMəleykə Abbaszadə FəaliyyətiMəleykə Abbaszadə MükafatlarıMəleykə Abbaszadə AiləsiMəleykə Abbaszadə İstinadlarMəleykə Abbaszadə Xarici keçidlərMəleykə Abbaszadə195323 fevralAzərbaycan Respublikasının Dövlət İmtahan MərkəziBakı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Avropa ölkələrinin siyahısıKoroğluAzərbaycan ədəbiyyatıAran xalçalarıTürkiyəXurşidbanu NatəvanAzərbaycan meşələriÇingiz MustafayevRiyaziyyatMərkəzi Park (Bakı)9 May Qələbə Günüİmadəddin NəsimiƏlifba sırasına görə paytaxtların siyahısıDilRamil UsubovAvstraliyaAvtomobilUlduzFiruzə İbadovaŞiəlikİkinci Dünya müharibəsiƏli ƏsədovAlçaSadır JaparovÇəmbərəkənd parkıİlyas ƏfəndiyevSilindrSüni intellektDağlıq QarabağBöyrəkSöhbətül-əsmarBiləsuvar rayonuCümlənin ikinci dərəcəli üzvləriAzərbaycan bayrağıMirzə Fətəli AxundovXəbər (qrammatika)EpitetEkologiyaRum rəqəmləriSəhraBakıBahadur ƏliyevMübariz İbrahimovASAN xidmətMülahizəEzopNeft DaşlarıVauçerŞəkilçiHacı ŞahinXumar QədimovaPeyvəndƏmir TeymurLotu QuliGöygöl (göl)YəhudilərSadə cümlənin şəxsə görə növləriAtəşgah (Bakı)Azərbaycan KubokuQoç (astrologiya)Sahələrinə görə ölkələrin və ərazilərin siyahısıVikipediyaArif PaşayevŞirƏliqismət LalayevKimyəvi reaksiyaBirinci Qarabağ müharibəsiAzərbaycan Dövlət Pedaqoji UniversitetiTərcüməHüseyn ibn ƏliMart soyqırımıPulSahə (ölçü parametri)Qafqaz AlbaniyasıKöməkçi nitq hissələriUzun HəsənSarbonna🡆 More