Məcusi

(Ərəbcə: مجوس, Farsca: مگوش, atəşpərəstin cəmi)

Məcusi
Məcusilərin oda tapınma ayini

Məcus, atəşpərəst dinində olan; atəşpərəst; oda sitayiş edən

İranHindistan xalqından bir qisminin mənsub olduğu inanclardan biridir. Bu inancı qəbul edənlərə "Atəşpərəst", rahiblərinə də "Muz" deyilir. Hindistan və ətrafında məşhur olan Brahmanların bir şöbəsi olan atəşpərəstlər, atəşə, inəyə, timsaha tapınırlar. Bunlar e.ə. təxminən 551 illərində Zərdüşt (Zarathoustra) deyilən bir kimsənin qurduğu bir növ inanışa bağlıdırlar. Atəşpərəstlər ölülərini basdırmazlar, xüsusi qüllələrdə saxlayarlar və kərkəslərə yedirərlər.

İranlılar, İbrahim əleyhissalamın bildirdiyi doğru dinə inanırdılar. Assurların bu ölkəyə hakim olmasından sonra, "Sabiilik" adı verilən etiqadlarını İranda yaymağa başladılar. Sabiilər, günəşi, ayı və ulduzları müqəddəs bir varlıq qəbul edib, müxtəlif bütlərə tapınırdılar. Tək Allaha inanmağı əmr edən ilahi dinin tamamilə unudulmasından sonra, İranlılar Sabiilik inancına bağlandılar. Bunlar, zamanla atəşə də müqəddəslik tanıdılar. Bir qisimi atəşi birbaşa tanrı qəbul edəcək qədər irəli getdi. Bundan sonra atəşə tapınma ayinləri uydurdular və heç sönmək bilməyən Atəşgahlar tikdilər.

Atəşpərəstlik inancında, atəşə tapınma ayinini ortaya çıxararaq, insanları oda ibadətə çağıran "Məcus" adında bir kimsədir. Bu ayin qurucusuna nisbətlə, bu inanışda olanlara "Məcusi" deyilmişdir. Məcusilik, Sabiiliyin daha da pozularaq davam edən dəyişik bir şəklidir. Məcusilər, köhnə filosofların yaradılış, xeyr və şər haqqında fikirlərini araşdırarkən, atəşin hərarətinin (istiliyinin) həyat və varlıqlar üzərində necə təsir etdiyini görmüşlər və həyatı meydana gətirən bir qüvvət olaraq, onu ilahi qüdrət saymışlar. Əvvəllər atəş, Allahın bir əsəri olub, özündə yaratma sifəti olması baxımından məbudun varlığına işarə, dəlil olan bir şey olaraq qəbul edilmişkən sonradan dini liderləri, bu əsas üzərində bəzi dəyişikliklər etdikdən sonra atəşin özünə tapınmağa başlamışlar.

Tags:

🔥 Trending searches on Wiki Azərbaycanca:

İslamƏmir TeymurAzərbaycan Milli Elmlər AkademiyasıZərf (qrammatika)Xurşidbanu NatəvanƏfşar imperiyasıGəncə qalasının işğalıXocavənd rayonuXocalıTacikistanİslam peyğəmbərləriMəxmərəkAzərbaycanda neft sənayesiİnformasiya texnologiyalarıƏhməd CavadAzərbaycan Qızıl Aypara CəmiyyətiCabir NovruzDurğu işarələriDəstəmazAğdam rayonuXarıbülbülAzərbaycan Silahlı QüvvələriYalLaçın rayonuAzərbaycandakı çayların siyahısıTəbiətTürkiyə prezidentiAzərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısıAypara və ulduz rəmziXürrəmilər hərəkatıXumar QədimovaAzərbaycan diliMacarıstanAzərbaycan Xalq CümhuriyyətiXalçaBakı metrostansiyalarının siyahısıBeyləqan rayonuTəbii fəlakətMeşəDövlət İmtahan Mərkəzi (Azərbaycan)Azərbaycan əlifbasıŞizofreniyaAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiBakı metrosuLütfi ZadəAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıAşıq ZülfiyyəRamazan bayramıDaun sindromuSolitonMicrosoft ExcelSistitMöminə Xatun türbəsiBabəkYaponiyaTabeli mürəkkəb cümləMilli Müdafiə Universiteti (Azərbaycan)MaliyyəQırğızıstanMürəkkəb cümləGöbələklərRabitəbankPolşaPolad HəşimovQüvvə (fiziki kəmiyyət)AktyorAğabəyim ağaGecə namazıAzərbaycanda Novruz bayramıBirinci Qarabağ müharibəsiNamiq Abbasov (siyasətçi)İsmin hallanmasıVergiÇexiyaPulPsixologiya🡆 More