Mala Strana Lixtenşteyn Sarayı

Malostran meydanındakı Lixtenşteyn sarayı və ya sadəcə Lixtenşteyn sarayı (çex.

Binanın tikintisi o zaman çox populyar olan barokko və daha sonra klassisizm üslublarında inşa etdirilmişdi. Saray Çexiya Respublikasının mühüm mədəniyyət abidəsi kimi qorunur. Saray Malostran meydanının bütün qərb hissəsini tutur və qonşuluqda yerləşən Hartiqov sarayı ilə ümumi tikinti, rabitə və kommunikasiya əlaqələrinə malikdir - Lixtenşteyn sarayında İncəsənət və Musiqili Rəqs Akademiyası, Hartiqov da isə Akademiyanın rəhbərliyi yerləşir.

Lixtenşteyn sarayı (Mala Strana)
Lichtenštejnský palác
Mala Strana Lixtenşteyn Sarayı
Ölkə Mala Strana Lixtenşteyn Sarayı Çexiya
Şəhər Mala Strana Lixtenşteyn SarayıPraqa
Aidiyyatı Musiqi məktəbi
Sifarişçi Karl fon Lixtenşteyn
Tikilmə tarixi 1623
Üslubu barokko memarlığı
Material kərpic
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Mala Strana Lixtenşteyn Sarayı 
Sarayın Konsert zalı.

Praqanın köhnə şəhəri ilə gəzişərkən, Malostran meydanındakı müqəddəs Nikolay kilsəsinin qarşısında yerləşən nəhəng bir sarayı görmək olar. Bəzən Ledeburq adı ilə də tanınan Lixtenşteyn sarayı rahatlıqla ən azı beş adi evi yerləşdirə biləcək olduqca böyük bir sahəni tutur və Praqa şəhərində barokko üslubunda inşa edilmiş ilk böyük bina sayılır. Sarayın binası hazırkı nəsli Mərkəzi Avropanın Lixtenşteyn Knyazlığına məxsus Karl Lixtenşteyn tərəfindən XVI əsrin əvvəllərində inşa edilmişdir. Karl "qanlı knyaz" nüfuzuna malik idi. Məhz o, Ağ dağ ətrafında qedən döyüşdə məğlub olduqdan sonra, 1621-ci ildə Köhnə Şəhər meydanında üsyan edən şəhər sakinlərinin 27 liderini ölüm cəzasına məhkum etmişdir. O zaman knyaz xeyli sərvəti müsadirə etmişdir. Üsyançılar məhz indiki sarayın yerində edam olunmuşdur. Lixtenşteynli şahzadə Yozef Çexiya kralı II Leopoldun tacqoyma mərasimindən öncə öz sarayını yenidən tikdirir. Beləliklə sarayın binasında əzəmətli pilləkən və böyük bir salon meydana qəldi.

Lixtenşteyn sarayı 1742-ci ildən 1791-ci ilə kimi poçtamt kimi fəaliyyət göstərirdi. 1753-cü ilə qədər bura Praqanın poçt vasitəsilə göndərilən məktubların yeganə kumulyativ mərkəzi sayılırdı. 1827-ci ildə sarayda ikinci Sənaye Sərgisi keçirilmişdir. Əsrlər boyu, saray dəfələrlə hərbi qərargah olaraq xidmət etmişdir.

1918-ci ildə Lixtenşteyn sülaləsi Praqadakı bütün mülkiyyətindən məhrum edilmişdir və 1989-cu ilə aid restitusiya qanununa əsasən, qədim nəsil yalnız 1948-ci ildən sonra dövlət tərəfindən müsadirə edilmiş əmlakları geri qaytarmaq hüququna malik idilər.

Hal-hazırda Lixtenşteyn Sarayı Səhnə Sənətləri Akademiyasının musiqili rəqs fakültəsi üçün istifadə olunur. Sarayda yeni orqan ilə təchiz olunmuş konsert zalı, sərgi zalı, yay teatrı və bağ, mühazirə zalları, səsyazma studiyası, kitabxana, klub və buna bənzər digər kabinetlər yerləşir.

İstinadlar

Xarici keçidlər

Tags:

KlassisizmPraqaÇex diliÇexiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

Əli Nağıyev (general)Azərbaycan (tarixi ərazi)Azərbaycanda ovçuluqTeymurilər dövlətiQan dövranıSəlib yürüşləriKəmaləddin HeydərovHeyvanlarLaylaVətən Müharibəsi Qəhrəmanlarının siyahısıQafqaz Müsəlmanları İdarəsiCənubi AzərbaycanAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Korvalolİmadəddin NəsimiI OsmanTəvəssül duasıTalassemiyaElektrik cərəyanıQarabağ FKTəşəhhüdElxanilər dövlətiMüstəqilliyin Bərpası Günü (Azərbaycan)Fəxrəddin TəhməzovƏhəmənilər dövlətiKöhlənŞahmatFatiməƏtraf mühitÖlçü vahidləriMəhəmməd peyğəmbərin evlilikləriAbşeron rayonuAzərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsiSübh namazıXərçəng xəstəliyiBabasilƏdliyyə Nazirliyi (Azərbaycan)BronxitYassin BenziaMədəaltı vəziTərəzi (astrologiya)Azərbaycan operasıAvtomobilin tarixiLütfi ZadəSəməd bəy Mehmandarovİrəvan xanlığıAğciyərElvin CəfərquliyevPolad dirəklər üzərində şəhər (film, 1975)Döş giləsiAğdam Çay EviSürücülük vəsiqəsiİslamŞəki xanlığıƏli XameneiSahələrinə görə ölkələrin və ərazilərin siyahısıƏhalisinə görə ölkələrin siyahısıOrxan SultanovLimonFüzuli rayonuQızdırmaTriqonometriyanın əsas düsturlarıLinzalarDəmir pərdəTürbəQədim RomaƏzələRus əlifbasıVergülHidrogenŞamaxıÜmumdünya İrsiTərəqqi medalıƏdatPeyvəndFərid ƏhmədovMəhdud məsuliyyətli cəmiyyətAzərbaycanın Milli QəhrəmanıHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalı🡆 More