Lahıc: İsmayıllı rayonunda qəsəbə

Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə.

Lahıc
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali
Ölkə Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali Azərbaycan
Rayon İsmayıllı
Tarixi və coğrafiyası
İlk məlumat VII əsr
Sahəsi
  • 0,8 km²
Mərkəzin hündürlüyü 1.215 m
Saat qurşağı
Əhalisi
Əhalisi 900  nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3123
Nəqliyyat kodu 31
Digər
ivanovka.net
Lahıc xəritədə
Lahıc
Lahıc
Lahıc xəritədə
Lahıc
Lahıc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mədəniyyəti

Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.

1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.

1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.

Coğrafiyası və iqlimi

Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Lahıc

Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə BabadağNiyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.

Əhali

1859–1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Lahıc kəndində 598 evdə etnik tatlardan ibarət 5.228 nəfər (2.889 nəfəri kişilər, 2.339 nəfəri qadınlar) əhali yaşayırdı. 10 sünni müsəlman ailəni çıxmaqla qalan əhali şiə müsəlmanlardan ibarət idi.

1 yanvar 1886-cı il tarixinə olan məlumata əsasən Lahıc kəndində 3.817 nəfəri kişilər və 3.098 nəfəri qadınlar olmaqla cəmi 6.915 nəfər əhali yaşayırdı. Onlardan 117 nəfəri (10 ailədə) bəy ailəsindən, 40 nəfəri (3 ailə) ruhani ailəsindən, 6.758 nəfəri isə (689 ailə) dövlət kəndlilərinin ailəsindən idi. Kənddə yerli əhali olan lahıclardan başqa Şamaxı şəhərindən olan bir neçə ailə, Qacar Şahənşahlığı təbələri olan bəzi ailələr və Samur dairəsinin Miskincə kəndindən olan bir neçə ləzgi ailəsi yaşayırdı. Kəndin əhalisi tamamilə müsəlman idi, təxminən 15 sünni ailəni çıxmaqla bütün əhali şiə təriqətində idi.

28 yanvar — 9 fevral 1897-ci il Ümumrusiya imperiyası siyahıyaalınmasına əsasən Bakı quberniyasının Şamaxı qəzasının Lahıc kəndində hər iki cinsdən toplam 5.142 nəfər əhali yaşayırdı.

1959-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 1.981 nəfər (884 nəfəri kişilər, 1.097 nəfəri qadınlar) əhali yaşayırdı.

1979-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 862 nəfər (359 nəfəri kişilər, 503 nəfəri qadınlar) əhali yaşayırdı.

1989-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 842 nəfər (373 nəfəri kişilər, 469 nəfəri qadınlar) əhali yaşayırdı.

13–22 aprel 2009-cu il tarixində aparılmış Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Lahıc qəsəbəsində 837 nəfər (413 nəfəri kişilər, 424 nəfəri qadınlar) əhali yaşayır.

İl Sayı
1864 5.228
1886 6.915
İl Sayı
1897 5.142
1959 1.981
İl Sayı
1979 862
1989 842
İl Sayı
2009 837

Milli tərkibi

Milli tərkibi
Etnik qrup 1926 sa. 1939 sa. 1959 sa. 1970 sa. 1979 sa.
cəmi 4 082 2 672 1 981 853 884
azərbaycanlı 431 462 1 962 842* 882
lahıc 3 643 2 206 * * *
rus 6 1 15 8
erməni 1 1
yəhudi 1
ləzgi 1 2
digər 2 1 3 2

Lahıclar

Tatların bir qolunu təşkil edib, sənətkarlıqla məşğul olan, Lahıc (eləcə də Ərəgit) ərazisində yaşayan yerli əhalidir.

Tanınmış şəxsiyyətləri

Şəhidləri

  • 1. Ayaz İbrahim oğlu Əliyev 1974–20.01.1993
  • 2. Əkrəm Abbas oğlu Abbasov 1969–18.02.1994
  • 3. Nizami Ağa oğlu Hüseynov 1966–28.12.1993
  • 4. Tələt Əsgər oğlu Kazımov 1969–24.06.1992
  • 5. İmran Cəfər oğlu Mirzəyev 1972–01.01.1994
  • 6. Şəhriyar Seyidulla oğlu Nuriyev 1972–08.11.1993
  • 7. Rəhman Hacı oğlu Nəcəfov 1962–26.01.1992

İqtisadiyyatı

XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdur. [mənbə göstərin] O dövrdə Lahıcda 100-dən artıq sənət növü – misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və s. peşələr inkişaf tapmışdı.

Bu gün Lahıc çox saylı turisti cəlb edir. Türkiyədən, İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan buraya gələnlər əsasən Lahıcda dincəlmək istəyirlər.

Lahıca gedən yol aşırımdan keçir. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin suayırıcındadır, hündürlüyü təqribən 1700 metrdir, dar və çətin keçiləndir.

Abidələri

Lahıc qəsəbəsinin ən möhtöşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunmuşdur. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.

Lahıc Tarix-Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına (səhvən Hacı Qurban evi kimi) daxil edilmiş, lakin bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması ücün heç bir iş görülməmişdir. İldən-ilə bu tarixi abidə baxımsızlıqdan uçub-dağılır.

Din

Qəsəbədə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.

Məhəlli xəritəsi

Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Ağolu məscidi
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Bədöy məscidi
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Yuxarı Ərəgit məscidi
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Aşağı Ərəgit məscidi
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Darel-İya
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Hacı
Nurməmməd
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Hacı
Cahanbəxşə
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Zəvəro
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Baba
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali 
Hacı Qara
Lahıcının məhəlli xəritəsi:
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali muzey; Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali məscid; Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali  — “İl körpüsü”; Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali məktəb;
Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali su dəyirmanı; Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali kafe; Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali mehmanxana; Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali hamam; Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali bulaq; Lahıc: Mədəniyyəti, Coğrafiyası və iqlimi, Əhali  — xarabalıq

Şəkilləri

Sənətkarlıq

Mənbə

İstinadlar

Tags:

Lahıc MədəniyyətiLahıc Coğrafiyası və iqlimiLahıc ƏhaliLahıc larLahıc İqtisadiyyatıLahıc AbidələriLahıc Məhəlli xəritəsiLahıc ŞəkilləriLahıc MənbəLahıc İstinadlarLahıcAzərbaycan RespublikasıQəsəbəİsmayıllı rayonu

🔥 Trending searches on Wiki Azərbaycanca:

Şir (astrologiya)UkraynaSəfəvilərXəlil Rza UlutürkİnternetFacebookCavanşir Məmmədov (general)QızılgülVeysəl MusibovBronxitQədim Roma təqvimiBakının inzibati bölgüsüKamran İmanovAzərbaycan Beynəlxalq BankıTərtər rayonuYüzillik müharibəSəhraİnfeksiyaHeyvanlarQod NisanovAzərbaycandakı ən yüksək dağ zirvələriAğdamAzərbaycanlılarOkeanSabir Əliyev (həkim)Qrafik redaktorlarGəncəİsveçrəAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiHəşəratlarQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriGənclik parkıHüceyrəƏl-XarəzmiTürk Dövlətləri TəşkilatıİngiltərəİnformatikaArif Paşayev100 manatlıq əsginasPakistanEtimologiyaBakı küçələrinin köhnə və yeni adlarının siyahısıAran xalçalarıBiləsuvar rayonuSintaktik əlaqələrOsmanlı sultanlarının siyahısıMilli Dirçəliş GünüAntonimKöməkçi nitq hissələriMüxtəsər vurma düsturlarıAğacKlaviaturaİspaniyaRəcəb Tayyib ƏrdoğanGülüstan müqaviləsiİtaliyaNamazCənubi KoreyaÖlkə paytaxtlarının siyahısıTərbiyəAprelCəbrMədət QuliyevAğciyər iltihabıXankəndiProtokolMasonluqMöminə Xatun türbəsiOrqanizmKəpənəklərBalaəliQara YanvarFikrət ƏmirovBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)Say (qrammatika)🡆 More