Hüseynov Hicran Soltan oğlu (6 may 1942, Qutqaşen rayonu – 1 mart 2013, Bakı) — diktor, Azərbaycanın əməkdar artisti (2006).
Hicran Hüseynov | |
---|---|
Hicran Soltan oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | Qəbələ rayonu |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | aktyor, jurnalist, diktor |
Mükafatları | Azərbaycanın Əməkdar artisti (2006) |
Hicran Hüseynov 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna daxil olmuşdur. 1961-ci ildə həmin texnikumu bitirdikdən sonra sovet ordusu sıralarına çağırılmış və 1964-cu ildə sovet ordusu sıralarından tərxis olunmuşdu.
1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilmişdi.
Həmin teatrda bir il işlədikdən sonra yenidən sovet ordusuna zabit vəzifəsinə çağırılmışdı. İki illik vəzifə borcunu yerinə yetirdikdən sonra Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olmuş və üçüncü müsabiqədən keçərək AZTV-yə diktor vəzifəsinə dəvət edilmişdi.
1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlamış, ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlmişdir. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, "Günün ekranı" və "Xəbərlər" proqramlarının daimi aparıcısı kimi fəaliyyətini davam etmişdir.
2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü. AZTV-nin "Mədəniyyət" kanalında baş redaktor vəzifəsində fəaliyyətini davam etdirmişdir.
1 mart 2013-cü ildə vəfat etmiş, Mərdəkan qəbiristanlığında torpağa tapşırılmışdır.
Hicran Hüseynov 1968-ci ildə ailə qurub, iki övladı var.
Həyat yoldaşı Hüseynova Səmayə ixtisasca iqtisadçı olub. 2006-cı ildə dünyasını dəyişmişdir.
Qızı Afaq 1970-ci il, oğlu Rövşən 1973-cü ildə dünyaya gəliblər.
This article uses material from the Wikipedia Azərbaycanca article Hicran Hüseynov, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.