Hereti

Hereti, Ereti və ya Şəki — Qafqaz Albaniyasının vilayətlərindən biri.

Cənubi Qafqazda, indiki Azərbaycan Respublikası ərazisinin qərbində, indiki Gürcüstan Respublikası ərazisinin şərqində və indiki Dağıstan Respublikası (Rusiya) ərazisinin cənubunda yerləşən əraziləri əhatə etmişdir. Ərəblərin Azərbaycana yürüşləri ərəfəsində, 787-ci ildə ərazidə Şəki knyazlığı adlı feodal qurumu formalaşmışdır.

Tarixi Azərbaycan əraziləri
Hereti
Hereti
Ümumi məlumatlar
Ölkə Qafqaz Albaniyası, Gürcüstan krallığı
İnzibati mərkəz Şəki
Əhalisi herlər, çilblər, albanlar, suclar, lpinlər.
Xəritədə yeri
Hereti xəritədə

Adı

D. Musxeleşvili Şərqi Gürcüstanın tarixi coğrafiyasına dair kitabında ərazini "Hereti" adı ilə təqdim etsə də, qeyd edir ki, "Gürcü mənbələrində X əsrə qədər Hereti barədə heç bir məlumat yoxdur. D. Musxeleşviliyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan her tayfasının adı ilə, ərəblər onu paytaxtı Şəki şəhərinin adı ilə, ermənilər və bizanslılar isə onu bu yerdə daha əvvəl mövcud olmuş Albaniya çarlığının adı ilə tanıyırdılar. Hereti xoronimi Herov adlı alban qəbiləsinin adından götürülmüşdür və yalnız gürcü mənbələrində öz əksini tapmışdır. Lakin bu gün Qubada yaşayan Qrız kənd sakinləri danışdıqları Qrız dilində kəndlərini Hered özlərinə isə Her deyirlər böyük ehtimal ki bu dilin və Qrız kəndinin bu günə qədər qalmağı onların nə vaxtsa Azərbaycanın şimal qərbindən Qubaya köç etmə ehtimalı verir

Ərəbdilli mənbələrdə Hereti, vilayət mərkəzi olan Şəki şəhərinin adıyla təqdim edilir. D. Musxeleşvili hesab edir ki ərəb mənbələrində adı çəkilən "Şəki" əslində Hereti knyazlığıdır. Lakin həm də qeyd edir ki, nədənsə "Kartlis tsxovreba"da da bəzən "Hereti" adı əvəzinə "Şəki" adı işlədilir.

Ərazisi

Hereti əyaləti şərqdə Qafqaz dağlarına, qərbdə Kür çayına, şimalda Telebdən yuxarıdakı Tke-Tba yaxud Qulqula gölünə, cənubda isə Alazanİori çaylarının hövzəsinə kimi uzanan bir ərazini əhatə edirdi. Heretinin şimal və şimal-şərq sərhədləri barədə yazılı mənbələrdə heç bir məlumat yoxdur.

Əhalisi

Hereti ərazisi əsasən herlər, suclar, çilblər və lpinlər tərəfindən məskunlaşmışdı. Bütün bu tayfalar alban tayfa ittifaqına daxil idi. Gürcü mənbələri herlər və gürcülərin ayrı xalqlar olduğunu bildirir və "kartvellər" və "herlər" arasındakı fərqləri göstərirlər. Zaqafqaziyada yaşayan əhalinin qan qruplarının öyrənilməsi sahəsində aparılan tədqiqatlar göstərir ki, Alazan-Əyriçay vahəsində, eləcə də Şamaxı zonasında yaşayan kexetlərin və azərbaycanlıların qan qruplarının gen sıxlığı bir-birinə son dərəcə yaxındır. Mütəxəssislər bunu onunla izah edirlər ki, Hereti əvvəllər alban ittifaqının ərazisi olmuş və bu da həmin zonada yaşayan əhalinin genetik fondunun formalaşmasında böyük rol oynamışdır.

Tarixi

Moisey Kalankatlının müəllifi olduğu "Alban ölkəsinin tarixi"ndə Qafqaz Albaniyası katolikosu IV Davudun (822–853) həmdövrü olmuş hansısa Şəki hakimindən bəhs edilir, amma həmin Şəki hakiminin adı çəkilmir.

D. L. Musxelişvili bildirir ki, Heretinin şimal hissəsi Suceti vasitəsiylə İberiya çarlığına, daha dəqiqi Kaxeti (və Kuxeti) əyalətinə birləşdirilmişdir və bu ərazi gürcü mənbələrində ən geci IX əsrdən başlayaraq Kaxeti adlanır. L. Mroveli yazır ki, IV əsrdə çar Mirian Kaxeti və Kuxetini oğlu şahzadə Revə verdi və onu Ucarmada yerləşdirdi.

Osman ibn Əffanın xəlifəliyi dövründə (644–656) isə ərəblər Salman ibn Rəbiənin konandanlığı altında Qafqaz Albaniyasına da hücum etmiş, Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə Şəkkən (Şəki) və Kəmibəranın hökmdarları ilə vergi ödəmələri şərti ilə müqavilə bağlamışlar.

740–750-ci illərdə ərəb istilaçılarına qarşı mübarizədə göstərilən qəhrəmanlığa görə, Kartli hakimi (erimstavari) Arşil Heretinin idarəsini zadəgan sülaləsi olan Baqrationilərə tapşırmışdı. Son Kartli hakimləri İohann və Cuanşerin ölümündən sonra, Hereti hakimləri müstəqilliklərini elan edərək, 787-ci ildə paytaxtı Şəki şəhəri olan müstəqil knyazlığın əsasını qoydular. Mənbələrdə bu knyazlıq Hereti knyazlığı və ya Şəki knyazlığı adlandırılır. 893-cü ildə Arranşahik sülaləsindən şahzadə Qriqor Hammamın hakimiyyətə gəlməsindən sonra knyazlıq çiçəklənmə dövrünü yaşamışdır. Qriqor Hammamdan sonra hakimiyyətə onun oğlu II Atrnerseh gəlmişdir. Həmin dövrdə Hereti knyazlığının güclənməsi qonşu gürcü hakimlərini narahat edirdi. Buna görə də, Kaxetiya knyazlığının hakimi I Kvirike (892–918) 915-ci ildə Abxaziya hökmdarı III Konstantin ilə birləşərək Hereti hakimi II Atrnersehə (897–943) qarşı müharibə elan etdi. Birləşmiş gürcü hərbi qüvvələri Heretini tutaraq parçaladılar. Lakin qısa müddət sonra II Atrnerseh itirdiyi bütün əraziləri geri qaytararq birləşdirdi. II Atrnersehin varisi İşxanik (943–951) knyazlığı Klarjeti (918–941) knyazı IV Qurgenin bacısı olan anası Dinarla birgə idarə etmişdir. Onların hakimiyyəti dövründə Hereti Azərbaycanda hakimiyyətə gəlmiş Salarilər sülaləsindən vassal asılılığını qəbul etməli olur. 950-ci ildə Salarilər dövlətindəki feodal çəkişmələrindən edən İşxanik müəyyən edilmiş vergiləri ödəməkdən imtina edərək, müstəqilliyini bəyan edir.

İşxanikdən sonra hakimiyyətə gələn İohann Sənəkərimin (951–959) dövründə keçmiş Qafqaz Albaniyasının şimal-qərb torpaqları hesabına Heretinin ərazisi bir qədər də genişlənir. İohann Sənəkərimin ölümündən sonra yerli sülalə başa çatır və Hereti Kaxetiya hökmdarı II Kvirikenin (929–976) hakimiyyəti altına düşür. Daha sonra Hereti David (976–1010) və gürcü kralı III Baqratın mübarizə meydanına çevrilir. Lakin Heretini gürcü krallığına tabe etmək daha sonra hakimiyyətə gəlmiş III Böyük Kvirikeyə (1010–1037) qismət olur və o, 1020-ci illərdə Heretini özünə tabe edir. 1104-cü ildə Qurucu David Gürcüstan krallığında hakimiyyəti əlinə aldığı zaman Hereti kraldan asılı bir knyazlıq olur. Lakin, Azərbaycanda Atabəylər dövlətinin qurulması ilə gürcülərin Hereti üzərində təsiri başa çatır. Daha sonra isə Hereti Elxanilərə tabe olur. XIV əsrdə artıq tarixə çevrilmiş Hereti ərazisi yarım müstəqil Şəki hökmdarlığının tərkibinə qatılır. Bundan sonrakı dövrdə Azərbaycanda hakimiyyəti ələ alan Qaraqoyunlu, AğqoyunluSəfəvilər sülalələrinə tabe olur. XVIII əsrdə Hereti ərazisində Şəki xanlığı adlı feodal dövləti formalaşır.

Knyazları

Qalereya

İstinadlar

Ədəbiyyat

  • Д.Л.Мусхелишвили — Из исторической географии восточной Грузии (Шаки и Гогорена), Тбилиси, 1982.
  • F. Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, Azərnəşr, 1993

Həmçinin bax

Tags:

Hereti AdıHereti ƏrazisiHereti ƏhalisiHereti TarixiHereti QalereyaHereti İstinadlarHereti ƏdəbiyyatHereti Həmçinin baxHeretiAzərbaycan RespublikasıAzərbaycan Ərəb Xilafətinin tərkibindəCənubi QafqazDağıstan RespublikasıGürcüstan RespublikasıQafqaz AlbaniyasıŞəki knyazlığı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Misir ehramlarıŞri-LankaBabəkŞirBronxial astmaOsmanlı sultanlarının siyahısıƏziz Əliyev (dövlət xadimi)İlk tibbi yardımCəlil MəmmədquluzadəHindistanMüstəqilliyin Bərpası Günü (Azərbaycan)ƏlifbaKimyəvi reaksiyaƏliNamiq Qaraçuxurluİntim münasibətlər haqqında İslami normalarCoğrafiyaQitəKonstitusiyaKərim VəliyevKəmaləddin HeydərovElektrik müqavimətiQara QarayevQuranAğdam rayonuAzərbaycan Milli HökumətiElxanilər dövlətiMəhəmməd peyğəmbərin evlilikləriBir qalanın sirriQaraçöp eliMikayıl CabbarovƏli ƏsədovQobustan Dövlət Tarixi-Bədii QoruğuİçərişəhərSiyavuş NovruzovLimfa düyünləriDərman zəncirotuTəbiətin qorunmasıKompüter qurğularıAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıQan qrupuABŞ-nin ştatlarıHəzi Aslanov metrostansiyasıAzərbaycanda təhsilƏsrin müqaviləsiİtHeydər Əliyev MərkəziBaloğlan ƏşrəfovEv pişiyiAydın Kazımzadə (kinoşünas)Uşaqlıq (anatomiya)Azərbaycan coğrafiyasıAzər-Türk BankMicrosoft WordTriqonometriyanın əsas düsturlarıAzərbaycan Ərəb xilafətinin tərkibindəLatın ifadələriÇevrəNəqliyyatİosif StalinAzərbaycan banklarının siyahısıFaizSəfəvilərBalaəliTürkmənçay müqaviləsiProqram təminatıAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetiPilotsuz uçuş aparatıTerminologiyaBəxtiyar Vahabzadəİnformasiya prosesləriSinonimArda GülərCavanşir Məmmədov (siyasətçi)YanıqAzərbaycan Respublikası Mərkəzi BankıNəriman NərimanovPsoriaz🡆 More