Emin Eldar oğlu Əmrullayev (30 dekabr 1982, Bakı) — Azərbaycan Respublikasının elm və təhsil naziri (2022-ci ildən), Neftçi PFK Müşahidə Şurasının üzvü (2022-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2020–2022), Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru (yanvar–iyul 2020), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri (2015–2020).
Emin Əmrullayev | |
---|---|
Vəzifədədir | |
28 iyul 2022-ci ildən | |
Prezident | İlham Əliyev |
Baş nazir | Əli Əsədov |
Əvvəlki | Vəzifə təsis edildi |
Vəzifədədir | |
14 dekabr 2021-ci ildən | |
Əvvəlki | Nadir Nəsibov |
27 iyul 2020 – 28 iyul 2022 | |
Prezident | İlham Əliyev |
Baş nazir | Əli Əsədov |
Əvvəlki | Ceyhun Bayramov |
Sonrakı | Vəzifə ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 dekabr 1982 (41 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | məmur |
Vikianbarda əlaqəli mediafayllar |
Əmrullayev Emin 1982-ci il 30 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir.
2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb.
2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.
This article uses material from the Wikipedia Azərbaycanca article Emin Əmrullayev, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.