Edqar Bloşe

Edqar Bloşe (fr.

Edqar Bloşe
Doğum tarixi 12 dekabr 1870(1870-12-12)
Doğum yeri
Vəfat tarixi 5 sentyabr 1937(1937-09-05) (66 yaşında)
Vəfat yeri
Fəaliyyəti folklorşünas, şərqşünas, tarixçi, kitabxanaçı, tərcüməçi

Fəaliyyəti

Şərq dilləri məktəbində ərəb, fars, türkhind dillərini öyrənmişdir. 1895-ci ildən Paris Milli Kitabxanasının əlyazmalar şöbəsində işə başlamış, 1935-ci ilədək burada çalışmışdır. "Ərəb, fars və türk əlyazmalarına rəsmlərin kataloqu" (1911), "Türk əlyazmaları kataloqu" (c. 1–2, 1932–33) kitablarını nəşr etdirmişdir. Həmin kataloqlarda Paris Milli Kitabxanasında saxlanılan Azərbaycan şairlərinin (o cümlədən Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Məsihi və b.) əsərlərindən ibarət cünglərin təsviri verilmişdir. Kataloqlarda 12–20-ci əsrlər Azərbaycan şairlərinin nadir əlyazmaları haqda xeyli məlumat var. Bloşe "Türk əlyazmaları kataloqu"nda Nizami Gəncəvinin ana dilində şeirləri olduğunu qeyd etmişdir. Kataloqun 2-ci cildində 710 nömrəli əlyazmasının bütövlükdə Nizaminin "Yeddi gözəl" poemasının türkcəyə tərcüməsi olduğu və əsərin həmin tərcümədən fransızcaya çevrildiyi göstərilmişdir. "Ərəb, fars və türk əlyazmalarına rəsmlərin kataloqu"nda da Nizamiyə xüsusi yer ayrılmış, şairin əsər lərinə çəkilmiş illüstrasiyalar verilmiş, Nizami əsərlərinə çəkilmiş miniatürlərin hansı rəssamlıq məktəbinə aid olması göstərilmişdir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Edqar Bloşe FəaliyyətiEdqar Bloşe Həmçinin baxEdqar Bloşe İstinadlarEdqar Bloşe Xarici keçidlərEdqar Bloşe12 dekabr187019375 sentyabrBurjFransız diliFransızlarParis

🔥 Trending searches on Wiki Azərbaycanca:

UlduzBraziliyaGürcüstanBərdə rayonuÜzeyir HacıbəyovCanavarBirinci Dünya müharibəsiAzərbaycan musiqisiŞöhrət ordeni (Azərbaycan)Sahələrinə görə ölkələrin və ərazilərin siyahısıBakıGünəşElmira SüleymanovaSooronbay JeenbekovCəmşid Naxçıvanski adına hərbi liseyQızılgülGünəş sistemiDağıstanFələstin DövlətiTəzyiqKompüter oyunuSeks yelləncəyiFacebookAzərbaycan Milli Elmlər Akademiyasıİrəvanİosif StalinNəriman NərimanovXumar QədimovaFüzuli rayonuŞuşanın azad edilməsiİnvestisiyaNəsli kəsilməkdə olan növlərİnkişaf etməkdə olan ölkəİslam peyğəmbərləriQəbələ rayonuGəncəPolşaGədəbəy rayonuElçin HüseynbəyliİranArif PaşayevQazaxıstanKanadaQız qalasıBaku ElectronicsQırğızıstan PrezidentiAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiNəsirəddin TusiAli Məclis (Naxçıvan)Dərman bitkiləriİlanlarƏhməd CavadNəsib QuliyevNitq hissəsiAbdulla ŞaiqBakı metrosuÇoxluqlarFatiməİlham ƏliyevNovruz bayramıGöbələklərƏməköməciDərman zəncirotuDairəQanTelefonAzərbaycan Silahlı Qüvvələriİnsan hüquqlarıAlmaniyaAzərbaycanda təhsilMürəkkəb sözlərSəlib yürüşləriQitəMəsdərMəxmərəkMustafa Kamal Atatürk🡆 More