Azərbaycanda Zəlzələ Ocaqları

Zəlzələ — Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani titrəməsi.


Zəlzələ

Zəlzələlər təbiətin ən dəhşətli hadisələrindəndir. Hər dəfə fəlakətli zəlzələlər minlərlə insan tələfatına, böyük həcmli iqtisadi itgilərə səbəb olurlar. Analiz göstərir ki, Yerdə baş verən kataklizmlərin yarısından çoxu seysmik fəlakətlərdir. 1755-ci il noyabrın 1-də Atlantik okeanında baş verən zəlzələ çox geniş ərazidə (yüzlərlə kilometr məsafədə) dağıntılara səbəb olmuşdur. Zəlzələ ocağına ən yaxın məsafədə yerləşən Lissabon şəhərinin böyük hissəsi yerlə yeksan olmuş, 15000-ə yaxın ev dağılmış, 50000 nəfərə yaxın insan tələf olmuşdur. Zəlzələ zamanı okean dibinin titrəyişi sunami əmələ gətirmiş, hündürlüyü 30m-ə yaxın olan dəniz dalğaları nəinki yaxındakı Lissabon sahillərində, hətta İngiltərə, Fransa, Almaniya sahillərində də dağıntılara səbəb olmuşdur. İri su dalğaları həmçinin cənubi Amerika sahillərində də müşahidə olun¬muşdur. 1906-cı il aprelin 18-də Kaliforniyada iri San-Andreas qırılmasında baş verən qəfləti üfüqi yerdəyiş¬mə güclü zəlzələyə səbəb olmuş, San-Fransisko şəhəri dağılmaqla bərabər, böyük yanğınlara məruz qalmışdır. Qırılma zonasında yerdəyişmənin amplitudu 7 m-ə çatmışdır. Ancaq dağıntılar çox böyük olmayan ərazini əhatə etmişdir. Təqribən 50 km-dən artıq məsafələrdə dağıntı qeydə alınmamışdır. 1923-cü il sentyabrın 1-də Yaponiyada dəhşətli zəlzələ baş vermişdir. Tokiodan 60-80 km cənubda, Saqami körfəzində baş verən bu zəlzələ Tokio və Io-kaqama şəhərlərini tamamilə dağıtmış, 143000-ə yaxın insan tələf olmuş, yarım milyondan çox ti-kinti yerlə yeksan olmuşdur. Körfəz dibinin ayrı-ayrı his¬sələri onlarla metr hündürlüyə qalxmış və enmişdir. 1999-cu il avqustun 17-də Türkiyənin İzmit şəhərində müasir Türkiyənin ən dağıdıcı zəlzələsi baş vermişdir. Bu zəlzələ nəticəsində 18000-ə yaxın insan həlak olmuş, 300000 nəfər evsiz qalmışdır. 110 km məsafədə 2,5-3 m amplitudlu yerdəyişmələr qeydə alınmışdır (şək. 1,2). Azərbaycanda da dəhşətli dağıntılarla müşayət olunan zəlzələlər qeydə alınmışdır. 1139-cu ildə Gəncə yaxınlığında baş vermiş zəlzələ böyük dağıntılar və insan tələfatı ilə yanaşı, dağ uçqunları nəticəsində Göy-gölün əmələ gəlməsinə səbəb olmuşdur. Şamaxı şəhəri son bir neçə yüz il ərzində zəlzələlərdən dəfələrlə dağılmış, minlərlə insan həlak olmuşdur. Şamaxıda sonuncu dəhşətli zəlzələ 1902-ci il fevralın 13-də olmuşdur. Şamaxı şəhərində və 30 ətraf kəndlərdə olan 3500-ə yaxın ev dağılmış, minlərlə insan ölmüş, Yer səthində çatlar əmələ gəlmişdir. Güclü zəlzələlər Azərbaycan ərazisində mütamadi olaraq baş verir. Son dövrlərdə respublikada belə zəlzələlər İsmayıllı (29.11.1981), Lerik (09.07.1998), Ağdaş (04.06.1999) bölgələrində və Xəzər dənizində-Bakıdan 40-50 km məsafədə (25.11.2000) olmuşdur. Bu zəlzələ Bakıda kifayət qədər yüksək intensivliklə hiss olunmuş, çoxsaylı evlər zədələnmiş və dağılmışdır.

Böyük Qafqazda zəlzələ ocaqları

Kiçik Qafqaz zəlzələ ocaqları

Kiçik Qafqazda əsas zəlzələ ocağı Gəncə şəhəri və onun cənub ətraflar sahələridir. Burada 8 ballıq zəlzələ rayonuna aid edilir. Burada əsas dağıdıcı zəlzələlər 427 və 1139-cu ildə qeydə alınmışdır. Hər iki zələzələnin gücü 9 balla qeydə alınmışdır.

Həmçinin bax

İstinadlar

Xarici keçid

Tags:

Azərbaycanda Zəlzələ Ocaqları ZəlzələAzərbaycanda Zəlzələ Ocaqları Böyük Qafqazda zəlzələ ocaqlarıAzərbaycanda Zəlzələ Ocaqları Kiçik Qafqaz zəlzələ ocaqlarıAzərbaycanda Zəlzələ Ocaqları Həmçinin baxAzərbaycanda Zəlzələ Ocaqları İstinadlarAzərbaycanda Zəlzələ Ocaqları Xarici keçidAzərbaycanda Zəlzələ Ocaqları

🔥 Trending searches on Wiki Azərbaycanca:

Kvadrat metrAzərbaycan qəzetlərinin siyahısıSəlib yürüşləriLayihəCavanşir Məmmədov (siyasətçi)Vətən Müharibəsi Qəhrəmanlarının siyahısıAvropa ölkələrinin siyahısıİtQarabağda döyüşlər (2023)Qan dövranıHeydər ƏliyevQuba rayonuBakı kəndlərinin siyahısıProqram təminatıQondarma Dağlıq Qarabağ RespublikasıSelCəfər CabbarlıDövlət büdcəsiUlduzQanaxmaMenstruasiyaMakedoniyalı İsgəndərBəxtiyar VahabzadəÇaldıran döyüşüRusiya–İran müharibəsi (1804–1813)Ali Məclis (Naxçıvan)ADA UniversitetiDəstəmazUkraynaŞərur rayonuAzərbaycan adalarının siyahısıOrqazmVüsal Kazımov (baş leytenant)Müdafiə Nazirliyi (Azərbaycan)PlanetGöyçə gölüMəhəmməd Əmin RəsulzadəİnflyasiyaŞimali Amerika ölkələrinin siyahısıDəvəquşuTamamlıqCənubi AmerikaAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiQırğızıstanƏliAppendisitLionel MessiAzərbaycan (tarixi ərazi)Qastrit5 manatlıq əsginasAlqoritmKub metr9 May Qələbə Günüİqlim dəyişikliyiMariya AntuanettaTəbiətin qorunmasıQərbi AvropaZaman səyahətiÖlkə paytaxtlarının siyahısıTarixAzərbaycan Respublikası yol nişanlarıSıxlıqAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıAnklavCərəyan şiddətiFevralVasif TalıbovRomaFaizII MehmedTürkmənçay müqaviləsiÜzeyir MehdizadəHüceyrəAzərbaycan Milli Elmlər AkademiyasıTimsahlarBaku ElectronicsSəbuhi MəmmədovAzərbaycan Xalq Cümhuriyyəti🡆 More