Anqara Çayı Əfsanəsi

Anqara çayı haqqında əfsanə - Anqara və Yenisey çayları, Baykal gölü və Şaman daşı haqqında qədim buryat əfsanəsi.

Qısa məzmunu

Qədim dövrlərdə qüdrətli Baykal şən və xeyirxah idi. O, öz yeganə qızı Anqaranı çox sevirdi. Dünyada ondan gözəli yox idi. Gündüzlər o səmadan daha parlaq, gecələr isə buludlardan daha tutqun olardı. Anqaranın yanından keçən hər kəs onun gözəlliyinə heyran olar, onu vəsf edərdi. Hətta köçəri quşlar, durnalar, leyləklər, qazlar da alçaqdan uçaraq ona tamaşa edər, lakin onun sularına nadir hallarda enərdilər.

Qoca Baykal öz qızını göz bəbəyi kimi qoruyurdu. Bir dəfə Baykal yuxuya getdikdən sonra Anqara gənc Yeniseyin yanına qaçdı. Yuxudan oyanan Baykal öz sularını titrətdi. Şiddətli fırtına qopdu, dağlar nərildədi, meşələr silkələndi, göy üzü kədərdən qaraldı, heyvanlar qorxu içində qaçışdılar, balıqlar suyun dərinliklərinə endilər, quşlar günəşə doğru uçuşdular. Qüdrətli Baykal dağdan bir qaya qoparıb uzaqlaşan qızına tərəf tulladı. Qaya gözəl Anqaranın düz boğazının üstünə düşdü. Mavigözlü Anqara yalvarışlı səslə dedi:

- Ata, mən susuzluqdan yanıram, məni bağışla, heç olmasa bir damcı su ver.

Baykal qəzəblə çığırdı:

- Mən yalnız öz göz yaşlarımı verə bilərəm!

Min illərdir ki, Anqara Yeniseyə doğru göz yaşı axıdır. Qoca və tənha Baykal isə qaraqabaq və qəzəblidir. Baykalın öz qızına tərəf atdığı qayanı isə insanlar Şaman daşı adlandırırlar.

Maraqlı faktlar

  • Bu əfsanənin başqa bir versiyasında Yeniseyin əvəzinə İrkut çıxış edir.

Həmçinin bax

Tags:

AnqaraBaykalBuryatiyaYenisey

🔥 Trending searches on Wiki Azərbaycanca:

Quran surələrinin siyahısıHəzi AslanovSağsağanVəftizZərdüştilikMürəkkəb cümləBakı-Tbilisi-Ceyhan neft kəməriMadyanXocalı27 martAzərbaycan şirkətlərinin siyahısıSakit okeanİosif StalinZərflikMark TvenAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiAlbaniyaProtestantlıqƏbülfəz ElçibəySistitAğdam Çörək MuzeyiTəmsilXəzər dəniziLaçınSəlib yürüşləriÖvrə xəstəliyiFərhad ƏhmədovRinqo StarMannaFondlaşdırmaXumar QədimovaZaqatala rayonuQuduzluqTəşbehCümləNatural ədədlərHacı NuranInternational Relations and Security NetworkMöminə Xatun türbəsiDünya sənin, dünya mənim (mahnı)SəfəvilərBasketbolEmireyts Hava Yolları reys 521İnsan hüquqlarıƏlincə qalasıGeno AuriemmaSıxlıqAzərbaycan Dövlət Akademik Opera və Balet TeatrıBeynəlxalq təşkilatƏvəzlikŞuşaLeyla ƏliyevaƏli XameneiOral seksMəxmərəkFillərİsveçSeimone AugustusAzərbaycan - İsveçrə futbol oyunuKarbohidratlarErmənistanNeft DaşlarıMasturbasiyaSeyid Əzim ŞirvaniVoleybolAzərbaycan tarixiMaşa və Ayı (cizgi filmi)BraziliyaBabasilQara daşların sakinləri (film, 1991)Gəncə qalasıAzərbaycan Qırmızı KitabıAzərbaycan bayrağıSinir sistemiBakı metrosuMədə xərçəngiDinHeyvanlar🡆 More