Ağbaş Siyənək

Ağbaş siyənək (lat.

Ağbaş siyənək
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Yayılması

Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır.

Morfoloji əlamətləri

Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur. Lakin ovda bəzən ağırlığı 700 q olan balıqlara da təsadüf olunur.

Yaşayış yeri və həyat tərzi

Ağbaş siyənəklər yırtıcı həyat tərzi keçirir. Onlar kilkə, xullar, aterina və yengədə qidalanırlar. Qida miqrasiyası edir.Ağbaş siyənək areal daxilində geniş ərazidə yerini dəyişərək Cənubi Xəzərdən kənara miqrasiya etmir, yalnız tək-tək fərdlər qidalanmaq üçün Orta Xəzərə - Qaraboğazqol ərazisinə miqrasiya edərək Manqışlaq yarımadası sahillərinədək çatırlar. Bu balıqlar əsasən Xəzərin yem və oksigenlə zəngin olan sahələrində toplanır.

Çoxalması

Cinsi yetişkənliyə erkək balıqlar 2-3, dişilər isə 3-4 yaşında çatır. Hər bir dişi balığın verdiyi kürülərin sayı 199,3 min ədədə qədər olur. Cənubi Xəzərin şərq sahillərində - Türkmən körfəzi ilə Krasnovodsk (Türkmənbaşı) körfəzləri arasındakı geniş ərazidə kürü tökürlər. Aprel ayından başlayaraq iyunun axırınadək bu ərazilərdə cinsi vəziləri yetkinlik mərhələsində olan balıqlara təsadüf olunur. Kürüləmə suyun temperaturu 15-23°, duzluluğu 12,6-13,3 % olduqda baş verir.

Təsərrüfat əhəmiyyəti

Azərbaycan sularında vətəgə əhəmiyyəti yoxdur.Selektiv ov aləti olmadığından ağbaş siyənəyin ovu məhduddur.Hazırda ağbaş siyənəyin illik ovu 0,45 min tonadək olur.Başqa siyənəklər kimi onun da ovunu artırmaq mümkündür. Lakin yuxarıda göstərilən səbəb üzündən (qurma torlara nərə balıqlarının körpələri düşdüyündən) ağbaş siyənəyin ovunu artırmaq xeyli çətinlik törədir.

İstinadlar

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 80.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.

Həmçinin bax

Tags:

Ağbaş Siyənək YayılmasıAğbaş Siyənək Morfoloji əlamətləriAğbaş Siyənək Yaşayış yeri və həyat tərziAğbaş Siyənək ÇoxalmasıAğbaş Siyənək Təsərrüfat əhəmiyyətiAğbaş Siyənək İstinadlarAğbaş Siyənək ƏdəbiyyatAğbaş Siyənək Həmçinin baxAğbaş SiyənəkLatın diliSiyənək

🔥 Trending searches on Wiki Azərbaycanca:

KlaviaturaMiqrasiyaBumeranqSourƏmir TeymurSinqapurZaur RzayevKub metrÇaldıran döyüşüADA UniversitetiAlbert EynşteynVeysəl MusibovEkoloji problemlərSooronbay JeenbekovAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Real Madrid FKYaponiyaİnsan penisinin uzunluğuÖmər ibn XəttabAzərbaycanlı-erməni qırğınları (1905-1906)KoroğluAtəşgah (Bakı)SürünənlərCoğrafiyaVoleybolUşaq hüquqlarıFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Məhəmməd Əmin RəsulzadəİsimXırda sinir lifləri neyropatiyasıMolla Pənah VaqifAzərbaycanın Qırmızı KitabıŞöhrət ordeni (Azərbaycan)Rum rəqəmləriRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)NaxçıvanAzərbaycanın iqtisadi rayonlarıAdrianCənubi KoreyaDüzbucaqlı üçbucaqŞuşaBirinci Qarabağ müharibəsiKoroğlu dastanıDövlət Sərhəd Xidməti (Azərbaycan)Sözün həqiqi mənasıDövlət bayraqlarının siyahısıÜçbucaqLatın diliAzərbaycandakı quşların siyahısıAvtomobilYerin quruluşuAnemiyaŞəkərli diabetSəhiyyə Nazirliyi (Azərbaycan)Qızlıq pərdəsiASAN xidmətAvropa İttifaqıXarıbülbülQızılcaGənc türklərAzərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkiliRəngli monitorPişikVenera (planet)25 aprelVüqar BiləcəriDelimitasiyaMehdi HüseynzadəNüvə silahıSual cümləsiYaşar NuriAzərbaycan Beynəlxalq BankıCəfər CabbarlıNaftalanBakıMisirİnformasiya təhlükəsizliyiDostluqCümlə üzvləri🡆 More