Əsr Namazı

Əsr və ya ikindi namazı – İslam dininin gündəlik rituallarından biri.

Təqribən günün ikinci yarısında, yəni, Zöhr namazından sonra, Şam namazı azanına qədər olan zaman kəsiyində 4 rükət olaraq qılınır.

Qılınma qaydası

  • 1-ci rükət:
  1. Niyyət;
  2. Təkbir;
  3. Həmd-surə;
  4. Ruku;
  5. 2 səcdə;
  • 2-ci rükət:
  1. Həmd-surə;
  2. Qunut;
  3. Ruku;
  4. 2 səcdə
  5. Təşəhhüd
  • 3-cü rükət:
  1. Təsbihati-ərbəə;
  2. Ruku;
  3. 2 səcdə;
  • 4-cü rükət:
  1. Təsbihati-ərbəə;
  2. Ruku;
  3. 2 səcdə;
  4. Təşəhhüd;
  5. Salam.

Niyyət:

Niyyət bu şəkildə edilir: "Əsr namazı qılıram qürbətən illallah".

Təkbir:

Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.

Həmd-surə:

Fatihə surəsi ilə İxlas surəsi oxumaq.

Qunut:

Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir.

Ruku:

Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

2 səcdə:

Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Təşəhhüd:

Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan. Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəlah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rasuluh. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd".

Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əlhəmdulillah", yaxud "Bismillahi və billah. Və xayrul əsmayu lillah" deyəsən.

Təsbihat:

Namazın 3-cü və 4-cü rükətində Həmd-surə əvəzinə oxunur. Təsbihat zamanı 3 dəfə "Subhənallahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər" deyilir.

Salam:

Vacibi miqdarı — "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh".

Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən..

Qeyd: Müsafir olanlar zöhr namazını 2 rəkət qılırlar.

Tags:

Əsr Namazı Qılınma qaydasıƏsr NamazıZöhr namazıİslamŞam namazı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Şam namazı606Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)ŞuşaŞahrudin MəhəmmədəliyevFeilADA UniversitetiBeynəlxalq Qızıl Xaç və Qızıl Aypara HərəkatıDilarə Əliyeva (aktrisa)Vaqif GərayzadəBəhlul MustafazadəLeykozMəsdərAzərbaycan Respublikası yol nişanlarıTünzalə ƏliyevaEpizodAypara və ulduz rəmziİnkişaf etmiş ölkələrŞəkilçiƏkrəm ƏylisliKənd təsərrüfatıCazibə qüvvəsiAqronomXudafərin körpüləriOrxan LökbatanlıQara YanvarInternational Relations and Security NetworkOvçuluqTəravih namazıSahə (ölçü parametri)Polad HəşimovSəlib yürüşləriEmin Mahmudov (futbolçu)Mikayıl MüşfiqXumar Qədimovaİkinci Qarabağ müharibəsiCavanşir Məmmədov (general)Ernst YunqerTabeli mürəkkəb cümləMəhəmmədhüseyn ŞəhriyarQara Qarayev (futbolçu)Geno AuriemmaGoogle+Hacı Zeynalabdin TağıyevSəhraTac MahalAğ atlı oğlan (film, 1995)ÜzümƏməliyyat mənfəətiMoskvaPeyğəmbərRamil ŞeydayevQədim MisirMəhəmmədQızılbalıqBəxtiyar VahabzadəGəncə qapısıAzərbaycanlıların Soyqırımı GünüPortuqaliyaI İsmayılHicri təqvimSacilərÇəltikYazQİÇSPrizmaÇərşənbə (mifologiya)Tovuz rayonuTurşsu (Şuşa)İmadəddin NəsimiDüzbucaqlı paralelepipedMuxtar QasımlıGərginlik (elektrik)TürkmənistanAzərbaycan Texniki UniversitetiSöz birləşməsiBöyük Səlcuq imperiyası🡆 More