Şayxi Arsanukayev: Məşhur çeçen yazıçısı, şairi

Şayxi Əbdülmüslümoviç Arsanukayev (çeç.

Çeçenistanın Xalq Yazıçısı.

Şayxi Əbdülmüslümoviç Arsanukayev
çeç. Арсанука́ев, Шайхи́ Ӏа́бдулмусли́ман воӀ
Şayxi Arsanukayev: Həyatı, İstinadlar, Ədəbiyyat
Doğum tarixi 15 aprel 1930(1930-04-15)
Doğum yeri
Vəfat tarixi 13 mart 2012(2012-03-13) (81 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti şair, nasir
Fəaliyyət illəri 1957-ci ildən
Əsərlərinin dili çeçenrus
İstiqamət realizm
Janrlar hekayə, povest
Üzvlüyü
Mükafatları Şayxi Arsanukayev: Həyatı, İstinadlar, Ədəbiyyat

Həyatı

Şayxi Arsanukayev 1930-cu il aprelin 15-də Çeçenistanın Vedeno rayonunun Dışne-Vedeno kəndində anadan olub. 1944-cü ilin fevralında qohumları ilə birlikdə çeçenlərin və inquşların deportasiyası zamanı Qazaxıstana sürgün edilib. Orta məktəbi Qazaxıstanda Semipalatinsk vilayətinin Novopokrovsk rayonu, Batnay kəndində bitirib. Şayxi Arsanukayev 1955-ci ildə Semipalatinsk Maliyyə Texnikumundan məzun olub.

Şayxi Arsanukayev yaradıcılığına məktəb illərindən şeir yazmaqla başlayıb. Onun ilk əsərləri 1957-ci ildə "Leninski put" qəzetində, "Drujba" və "Orqa" almanaxlarında çap olunub.

Çeçen-İnquşetiya Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Vedeno regional qəzeti olan "Kolxoznaya jizn"in baş redaktorunun müavini oldu. Sonralar Çeçen-İnquş kitab nəşriyyatında baş redaktor, "Orqa" ədəbi-bədii almanaxının baş redaktoru vəzifələrində çalışıb.

Şayxi Arsanukayev" SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1986-cı ildə Çeçenistan-İnquşetiya Yazıçılar İttifaqına rəhbərlik edib və 1997-ci ilə qədər bu vəzifədə çalışıb. Ömrünün son illərində Çeçen Dövlət Universitetinin Çeçen ədəbiyyatı və folkloru kafedrasında baş müəllim işləyib.

Arsanukayev "Dağlarda səhər", "Məhəbbət bulağı", "Taleyin seçimi", "Yeni gün" və başqa şeir toplularının müəllifidir. Onun yaradıcılığında "Nenan mott" ("Ana dili") şeiri xüsusi yer tutur. Tənqidçilər şeiri çeçen dilinin mahiyyətini tam açan unikal poeziya əsəri hesab edirlər. Bu şeirdə Ş. Arsanukayevin bir çox başqa əsərləri kimi icbari məktəb və universitet proqramlarına daxil edilmişdir

2009-cu ildə əmək nailiyyətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə Şayxi Arsanukayev "Dostluq" ordeni ilə təltif edilmişdir.

Çeçenistanda bədii ədəbiyyatın inkişafına verdiyi böyük töhfəyə görə Şayxi Arsanukayev "Çeçenistan Respublikasının xalq yazıçısı" adına layiq görülüb.

Şayxi Arsanukayev 14 mart 2012-ci ildə Qroznı şəhərində vəfat etmişdir.

İstinadlar

Ədəbiyyat

  • Арсанукаев Шайхи. / Перевод с чеченского И. Озеровой. — Грозный: Чечено-Ингушское книжное издательство, 1977. — 87 с.
  • Арсанукаев Ш. А. Новый день: стихи, поэмы (на чеченском языке). — Ростов-на-Дону: ООО "Медиа-Полис", 2020. — 480 с. — 500 экз. — ISBN 978-5-6044726-0-6.
  • Интеллектуальный центр Чеченской Республики в лицах: популярная биографическая энциклопедия / Жеребило Т. В.. — Мх.: ИП "Султанбегов Х. С.", 2013. — Т. 1. — С. 12–14. — 180 с. — 500 экз. — ISBN 978-5-906650-01-6.

Xarici keçidlər

Tags:

Şayxi Arsanukayev HəyatıŞayxi Arsanukayev İstinadlarŞayxi Arsanukayev ƏdəbiyyatŞayxi Arsanukayev Xarici keçidlərŞayxi Arsanukayev13 mart15 aprel19302012QroznıRusiyad:Q2636093d:Q4171747Çeçen diliÇeçenistan

🔥 Trending searches on Wiki Azərbaycanca:

Rəsul RzaVərəmHüseyn CavidSinqapurXəlil Rza UlutürkFacebookİngiltərəƏsas nitq hissələriArif PaşayevAzərbaycanın sərhədləriYuli SezarToğlugötürənDüzbucaqlı üçbucaqYasəmənRövşən LənkəranskiAzərbaycan Milli Azadlıq Hərəkatı (1988–1991)Azərbaycandakı quşların siyahısıŞir (astrologiya)Quran surələrinin siyahısıMuxtar ƏfəndizadəAzərbaycanda yayılmış balıqların siyahısıQarabağ FKAzərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısıİrəvanAprel döyüşləriRasim BalayevArgentinaAtomBöyrəkHeydər ƏliyevAlternativ enerjiArtur Konan DoylKvadrat tənlikPakistanƏtraf mühitQəzənfər MusabəyovCavid QurbanovPasxaSöz birləşməsiİnformatikaFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Xarıbülbül (simvol)DəriMirzə Fətəli AxundovŞirvanşahlar dövlətiPərviz QasımovXumar QədimovaDaxili İşlər Nazirliyi (Azərbaycan)AnemiyaDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Əli XameneiMetalRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Nəsib QuliyevHalikarnas mavzoleyiAmerika Birləşmiş ŞtatlarıElektrik müqavimətiBəxtiyar VahabzadəAzərbaycan bayrağıYeni Müsavat (qəzet)Nida cümləsiVulkan püskürməsiYeni Azərbaycan PartiyasıSürücülük vəsiqəsiƏhməd CavadQanaxmaMəmmədəli HüseynovMusiqiMir Cəfər BağırovTerminologiyaBeynəlxalq Əmək GünüQrafikaBaşkənd əməliyyatıAzərbaycan gölləriÖvrə xəstəliyiAzərbaycan Premyer LiqasıDağlıq Qarabağ🡆 More