Qəzet İveria: Tiflisdə gürcü dilində çap edilən ədəbi və siyasi istiqamətli nəşr

İveria (gürc.

Qəzetin təssisçisi XIX əsr məşhur gürcü müttəfəkiri İlya Çavçavadze idi. Qəzetin adı Gürcüstanın Qafqaz İberiyası kimi tarixi adına əsaslanaraq İberiya sözündən götürülmüşdü. Qəzet 1800-cü illərin sonlarında Gürcüstanın milli-azadlıq hərəkatına diqqət yetirirdi.

İveria
gürc. ივერია
Qəzet İveria: Tarixi, Bərpası, İstinadlar
"Iveria" qəzeti, 1889-cu ildə Tiflisdə çəkilmiş nüsxə
Format A 4
Sahibi İlya Çavçavadze
Təsisçi İlya Çavçavadze
Baş redaktor İlya Çavçavadze
Yaranma tarixi mart 1877
Dil gürcü
Nəşrini dayandırıb 1906
Yenidən təsis olunub 1989
Baş ofis Tbilisi
Şəhər Tbilisi
Ölkə Gürcüstan
Tiraj 1200-1500
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Qəzet İveria: Tarixi, Bərpası, İstinadlar 
"İveriya" qəzetinin qurucusu İlya Çavçavadze

1877-ci ilin martında İlya Çavçavadze ilk dəfə həftəlik nəşr olunan qəzet təsis etdi. Qəzet, tanınmış xeyriyyəçilər, iş adamları Zubalaşvili ailəsi tərəfindən maddi cəhətdən dəstəklənirdi.

"İveriya" qəzeti 1879-cu ildə aylıq dərgiyə çevrildi. 1880-ci ildə "İveriya" və "Droeba" qəzetinin redaksiyaları birləşdirilmişdir. Bundan sonra "İveriya" üç ayda bir dəfə böyük kitablar şəklində çıxmağa başladı. 1881-ci ildə yenidən aylıq qəzetə çevrildi. "İveriya" hər ayın 1-ci günü satışa çıxarılırdı. Həmin vaxt qəzet ayda 600 nüsxə həcmində çap olunurdu. 1886-cı ildən isə "İveriya" gündəlik qəzetə çevrildi. Həmin illərdə o ən çox tələb olunan qəzet idi. Onun tirajı dövrünün maksimumuna 1889-cu ilə qədər 1200-1500 nüsxə olmuşdur.

İosif Stalin ilk lirik şeirlərini burada nəşr etdirmişdir.

İlya Çavçavadze ilə bərabər qəzetin digər baş redaktorları da olmuşdur. Belə ki, Sergey Mesxi (1881, "Droeba" qəzeti ilə birləşdikdən sonra), İvan Maçabeli (1882-1884), Aleksandr Sarajişvili (1901), Qrigol Kipşidze (1903-1905) və Filipp Qoqiçaişvili (1906) qəzetə baş redaktorluq etmişdilər.

"İveriya" qəzeti 1906-cı ildə bağlanmışdır.

Məzmunu

"İveriya" hökumət əleyhinə olan nəşr orqanı idi. Əsas məqsədi gürcülərin ruslaşdırma siyasətinə qarşı milli mənlik şüurunu gücləndirmək, siyasi müstəqillik ideyasına xidmət etmək olmuşdur. "İveriya" tematik cəhətdən müxtəlif idi, Gürcüstanda və xaricdə fəhlə hərəkatı, tarix, dilçilik, etnoqrafiya, coğrafiya, sosiologiya və s. məsələləri əhatə edirdi. Xalq təhsili məsələlərinə, məktəbə, müəllimlərə, dövlətin təhsil sahəsində siyasətinə, təhsil sisteminə böyük diqqət yetirilirdi.

İveriya gürcü ədəbiyyatının inkişafında xüsusi rol oynamış və bir çox məşhur müəllifləri öz səhifələrində nəşr etdirmişdir. Qəzet oxuculara müasir xarici ədəbiyyat haqqında zəngin məlumatlar verir, gürcü xalq yaradıcılığı nümunələrini toplayıb çap olunmasına şərait yaradırdı.

Ünvanı

Qəzetin redaksiyası Tiflis şəhərində yerləşirdi. 1888-1889-cu illərdə redaksiya Sulxan-Saba Orbeliani küçəsi 7 ünvanında, 1889-1901-ci illərdə İvan Cavaxişvili küçəsində olmuşdur.

Bərpası

Qəzet 20 fevral 1989-cu ildə Zurab Çavçavadze tərəfindən bərpa edilmişdir. 1997-ci ilə qədər vaxtaşırı İlya Çavçavadze Cəmiyyətinin orqanı olaraq nəşr olunurdu. 2014-cü ildə qəzetin redaksiya heyəti Müqəddəs İlyas adına ədəbi-bədii mükafat təsis etmişdir.

İstinadlar

Ədəbiyyat

  • Khutsishvili S., Georgian Soviet Encyclopedia, Vol. 5, Tbilisi, 1980. p. 94.
  • Аналитическая библиография грузинских журналов и сборников. 1852—1905. Т. 1—3. — Тбилиси, 1940—1944  (gürc.)
  • Аналитическая библиография грузинских газет. 1866—1904. Т. 3—6. — Тбилиси, 1963—1969  (gürc.)

Tags:

Qəzet İveria TarixiQəzet İveria BərpasıQəzet İveria İstinadlarQəzet İveria ƏdəbiyyatQəzet İveriaGürcü diliRusiya imperiyasıİlya Çavçavadze

🔥 Trending searches on Wiki Azərbaycanca:

Monqol imperiyasıMannaBitkilərBakteriyalarYaponiyaNida cümləsiÖlkə paytaxtlarının siyahısıBərabəryanlı trapesiyaFirdovsi AtakişiyevXosrov və Şirin (Nizami)Əhməd Cavadİnformatikaİnklüziv təhsilQədim RomaKriştiano RonaldoBeynəlxalq Əmək GünüAzərbaycan şirkətlərinin siyahısı9 May Qələbə GünüDəlisov məhəbbət (film, 1992)Mirzə Fətəli AxundovAzərbaycanın təbii sərvətləriMustafa Kamal AtatürkYasəmənCivəZakir HəsənovƏli KərimliNitqRoma imperiyasıSınıqlarİnduktiv seysmiklikHəmcins üzvlərƏfşar imperiyasıŞəkilçiMonqolustanQabarıq çoxbucaqlıSahibkarlıqAdəmRomaVilayət EyvazovAzərbaycan Premyer LiqasıMübariz İbrahimovAprelKonusHəzi AslanovEldənizlərCəmil ƏliyevTərəqqi medalıMəkrli (film, 2010)Zaur BaxşəliyevBakı Şəhər HalqasıMüstəqil Dövlətlər BirliyiMəşədibabaAzərbaycan milli futbol komandasıCəlilabad rayonuCüdoHindistanQəbələTeymurilər dövlətiDağlıq QarabağQazax rayonuQuşlarCeyms Coys1Ərəb xilafətiNailə İslamzadəMolla Nəsrəddin (jurnal)Durğu işarələriAzərbaycan Hərbi Hava QüvvələriAvtomobilŞir (astrologiya)Səudiyyə ƏrəbistanıTonzillitÜçbucaqDünyanın yeddi möcüzəsiŞəki xanlığı🡆 More