Rəssam İsmayıl Axundov

İsmayıl Hüseyn oğlu Axundov (2 (15) aprel 1907, Maştağa, Bakı qəzası – 13 sentyabr 1969, Krakov) — Azərbaycan SSR xalq xəssamı, ictimai xadim, kitab qrafikası ustası.

İsmayıl Axundov
Rəssam İsmayıl Axundov
1947 – 1952
ƏvvəlkiMürsəl Nəcəfov
SonrakıBaba Əliyev
1940 – 1944
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıNüsrət Fətullayev
Şəxsi məlumatlar
Doğum tarixi 2 (15) aprel 1907
Doğum yeri
Vəfat tarixi 13 sentyabr 1969(1969-09-13) (62 yaşında)
Vəfat yeri
Təhsili
  • Moskva Poliqrafiya İnstitutu[d]
Fəaliyyəti rəssam

Təltifləri
Rəssam İsmayıl Axundov Rəssam İsmayıl Axundov Rəssam İsmayıl Axundov
Rəssam İsmayıl Axundov Rəssam İsmayıl Axundov
İmzanın şəkli

Həyatı

Yaradıcılığına əsasən kitab illüstrasiyası ilə başlayan İsmayıl Hüseyn oğlu Axundov 15 aprel 1907-ci ildə Bakının Maştağa qəsəbəsində doğulub. Bakı Rəssamlıq Məktəbini bitirdikdən (1928) sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat şöbəsində təhsil alıb. 1932-ci ildə oranı qurtararaq təyinatla Bakıya göndərilib və "Azərnəşr"də rəssam işləyib. Rəssamlığın qrafika, karikatura və plakat janrları ilə məşğul olub. Uzun müddət "Kirpi" satirik jurnalında işləyib.

Teatra ilk dəfə 1937-ci iidə rejissor Ədil Isgəndərovdan dəvət alıb və Akademik Milli Dram Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun "Həyat" pyesinin tamaşasında geyim eskizlərini çəkib. Bu teatrda İ938-ci ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (həmçinin 1940 və 1957-ci il quruluşlarında), Cabbar Məcnunbəyovun "Yanar dərə", Səməd Vurğunun "Vaqif", 1944-cü ildə Cəfər Cabbarlının "1905-ci ildə", 1955-ci ildə Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasının tamaşalarında geyim rəssamı olub. 1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı rəssam kimi addımını atıb. Bundan sonra AMDT-də 1939-cu ildə Onore de Balzakin "Ögey ana", Mehdi Hüseynin "Şöhrət", Cəlil Məmmədquluzadənin "Ölülər", 1943-cü ildə Aleksandr Ostrovskinin "Tufan", 1945-ci ildə Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", 1948-ci il-də Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Mirzə Fə-təli Axundzadənin "Lənkəran xanının vəziri", 1949-cu ildə Sabit Rəhmanın "Aydınlıq", Cəfər Cabbarlının "Solğun Çiçəklər", Anatoli Boryanovun "O tayda", Tur qardaşlarının "Bir evin sirri", 1952-ci ildə Karlo Haldoninin "Mehmanxana sahibəsi", 1956-cı ildə Hüseyn Cavidin "Şeyx Sənan", 1961-ci ildə Sabit Rəhmanın "Əliqulu evlənir", Mehdi Hüseynin "Alov", 1966-cı ildə Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərlərinin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib.

Teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirmiş İsmayıl Axundov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında oynanınış Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", Səid Rüstəmovun "Durna" (dramaturq Süleyman Rüstəm), Fikrət Əmirovun "Gözün aydın" (dramaturq Məhərrəm Əlizadə), Nəriman MəmmədovTofiq Bakıxanovun "Məmmədəli kurorta gedir" (dramaturq Atif Zeynallı) operettalarına əlvan tərtibatlar işləyib.

İsmayıl Axundov səhnə tərtibatlarında klassik üslubda işləməyə üstünlük verib. Yaradıcılığı rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratınası baxımından səciyyəvidir.

İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Krakovda vəfat edib.

Təltif və mükafatları

Filmoqrafiya

İstinadlar

Tags:

Rəssam İsmayıl Axundov HəyatıRəssam İsmayıl Axundov Təltif və mükafatlarıRəssam İsmayıl Axundov FilmoqrafiyaRəssam İsmayıl Axundov İstinadlarRəssam İsmayıl Axundov13 sentyabr15 aprel19071969Bakı qəzasıKrakovMaştağa

🔥 Trending searches on Wiki Azərbaycanca:

Sultan Süleyman QanuniXXXTentacionİnsanın tənəffüs sistemiSehrli xalat (film)Qız qalasıLogistikaƏsas nitq hissələriİnternet forumuXəstəlikHepatit CTorpaqDövlətTərbiyəQan damarlarıSinonimŞizofreniyaÖlçü vahidləriAyQulaqdibi xəstəliyiGöygöl (göl)Cənubi AzərbaycanMaterikİnternetHava şarıTəbii fəlakətArtemida məbədiŞəkiMoskvaSpermaSəudiyyə ƏrəbistanıƏlincə qalasıAzərbaycan Respublikası yol nişanlarıAğdamTəbiətMakedoniyalı İsgəndərSadə ədədDünyanın möcüzələriDurğu işarələriNamazBrayl əlifbasıİngilis diliAzərbaycan toy adətləriAzərbaycan folkloruGünəşUkraynaAnar ƏləkbərovAzərbaycan Respublikasının KonstitusiyasıMete xaqanTəyyarəQarabağda döyüşlər (2023)DördbucaqlıKöməkçi nitq hissələriArgentinaBakı-Sumqayıt qatarıNatiq Qasımov (əsgər)GəmiÖzbəkistanDünya ölkələrinin siyahısıAfaq BəşirqızıTrapesiyaHeydər Əliyev MərkəziTeymurilərin Azərbaycana yürüşləriAkif İslamzadəMüstəqil Dövlətlər BirliyiAzərbaycanın Milli QəhrəmanıMicrosoft WordAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıİnteqralYosun fermalarıÇingiz xanABŞ-nin ştatlarıTəyinBakcellSəfər ƏbiyevAvtokefalBeyləqan rayonuNaxçıvanAzərbaycan Beynəlxalq Bankı🡆 More