İqamə nin forması:
Allahu Əkbər! (2 dəfə) (Allah Ən ucadır)
Əşhədu ən lə iləhə illəllah! (2 dəfə) (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur)
Əşhədu ənnə Muhəmmədən rasulullah! (2 dəfə) (Şəhadət edirəm ki, Muhamməd Allahın rəsuludur)
Hayyə aləs-saləh (2 dəfə) (Namaza tələsin)
Hayyə aləl-fələh (2 dəfə) (Nicat tapmağa tələsin)
Qad qamətis-saləh (2 dəfə) (Namaz üçün ayağa qalxın)
Allahu Əkbər! (2 dəfə) (Allah Ən ucadır)
Lə iləhə illəllah (1 dəfə) (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur)
Əhli-sünnədə azandan və ilk sünnət namazından sonra, fərz namazından isə əvvəl oxunulur.
Şiələrdə vacibi namazın vaxtı daxil olandan sonra həmin namazdan qabaq iqamə oxunması müstəhəbdir və iqamə oxuyanda yaxşı olar ki, "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əliyyən vəliyullah!" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) deyilsin.
This article uses material from the Wikipedia Azərbaycanca article İqamə, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.