İkinci çeçen müharibəsi (rus.
Müharibənin aktiv fazası döyüşlərin başladığı tarixdən 2000-ci ilin may ayına qədər davam etmişdir. 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş Birinci Çeçenistan müharibəsinin davamı oldu.
İkinci çeçen müharibəsi | |||
---|---|---|---|
Rus-çeçen münaqişəsi | |||
Tarix | 7 avqust 1999-cu il — 16 aprel 2009-cu il | ||
Yeri | Çeçenistan. Dağıstan, İnquşetiya və Gürcüstanın bir hissəsi. | ||
Nəticəsi | Rusiya qələbə qazandı
| ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Tarixi1 oktyabrda Rusiya qoşunları Çeçenistan ərazisinə daxil olmuşdur. Müharibə Çeçen İçkeriya Respublikasının de fakto müstəqilliyini itirməsi və Rusiyanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatmışdır. Döyüş əməliyyatları çərçivəsində Rusiya Ordusu və rus yönümlü çeçen qüvvələri separatçı çeçenlərlə açıq döyüşlərə girmiş, 1999-cu ilin sonlarından 2000-ci ilə qədər olan müddətdə paytaxt Qroznı şəhəri tam mühasirəyə alınmışdır. Bəzi çeçen separatçıları Rusiya ərazisində mülki əhaliyə qarşı hücumlar həyata keçirmişdir. Beynəxalq müşahidələrə əsasən bu cür hücumlar nəticəsində həm Rusiya, həm də çeçenlər tərəfindən insan hüquqlarının pozulması aktları qeydə alınmışdır. 2000-ci ilin mayında rusların Çeçenistanda hakimiyyəti ələ keçirməsinə baxmayaraq, çeçenlər Şimali Qafqazın başqa bölgələrində müqaviməti davam etdirirdilər. Əməliyyatların hərbi fazası 2002-ci ilin aprelində başa çatmışdır. Bu tarixdən etibarən quru əməliyyatlarının koordinasiyası Federal Təhlükəsizlik Xidmətinə, 2003-cü ilin yayından etibarən isə Daxili Qoşunlara keçmişdir. 2009-cu ildə Rusiya hökuməti çeçenlərə qarşı genişmiqyaslı hücum əməliyyatının başa çatdığını açıqlamışdır. Müharibə zamanı ən çox zərər çəkmiş ərazilərdən biri olan Qroznı şəhərində yenidənqurma işləri başlamışdır. Aktiv döyüş əməliyyatlarının başa çatmasına baxmayaraq, Şimali Qafqazda nadir hallarda tərəflər arasında kiçik miqyaslı toqquşmalar baş verir. Bu münaqişə nəticəsində ölənlərin sayı hələ də bəlli deyil. Qeyri-rəsmi rəqəmlərə görə, münaqişə nəticəsində əksəriyyəti mülki vətəndaşlar olmaqla 25,000-50,000 nəfər arası insan həyatını itirmişdir. Rusiya tərəfinin itkiləri isə rəsmi rəqəmlərə görə 5,200 nəfər olduğu halda, qeyri-rəsmi statistikaya əsasən təqribən 11,000 nəfər hesablanmışdır. Münaqişənin tarixi kökləriRusiya İmperiyasıŞimali Qafqaz regionunda yerləşən Çeçenistan XV əsrdə Osmanlı türkləri də daxil olmaqla bir çox xarici qüvvələrə qarşı mübarizə aparmışdır. Azad kazaklar tərəfindən Volqa çayı sahilindən qovulan Terek kazakları 1577-ci ildə Çeçenistanın düzənlik ərazilərində məskunlaşmışlar. 1783-cü ildə Rusiya və gürcülər tərəfindən idarə olunan Kartli-Kaxeti çarlığı arasında Georgiyevsk müqaviləsi imzalanmış, nəticədə Kartli-Kaxeti çarlığı Rusiyanın protektoratı elan olunmuşdur. Gürcüstan və digər Cənubi Qafqaz dövlətləri ilə əlaqlərini nizama salan Rusiya İmperiyası Qafqaz regionunda öz təsir dairəsini genişləndirmək məqsədilə 1817-ci ildə Qafqaz müharibəsinə başlamışdır. Rus qoşunları ilk dəfə 1830-cu ildə Çeçenistan dağlarına daxil olmuşdur. Bu münaqişə 1859-cu ilə qədər davam etmişdir. Güclü müqavimətə baxmayaraq, 1859-cu ildə 250,000 nəfərlik rus ordusu general Aleksandr Baryatinskinin rəhbərliyi altında dağlı xalqların müqavimətini qıra bilmişdir. 1877-78-ci illərdə baş vermiş Rusiya-Osmanlı müharibəsi ərzində də Qafqazda tez-tez ruslara qarşı üsyanlar baş vermişdir. Sovet İttifaqı1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Çeçenistan, Dağıstan və İnquşetiya ərazilərində çeçenlər tərəfindən qısa ömürlü Qafqaz İmamlığının əsası qoyuldu. Bu dövlət Rusiya vətəndaş müharibəsi ərzində hakimiyyət uğrunda mübarizə aparan hər iki tərəfə qarşı gəlmişdir. Çeçenlərin müqavimət hərəkatı 1922-ci ildə Bolşevik qoşunları tərəfindən boğuldu. Sovet İttifaqının əsasının qoyulmasından aylar əvvəldən Çeçen Muxtar Vilayəti Rusiya SFSR-nın tərkibinə daxil edilmişdi. 1936-cı ildə Çeçenistan və qonşu dövlət olan İnquşetiyanın ərazisində Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası yaradıldı. İkinci dünya müharibəsi dövründə, 1941-ci ildə Həsən İsrailovun başçılığı altında çeçen inqilabı başladı. Müharibə ərzində İosif Stalin çeçenləri Nasist Almaniyasına kömək etməkdə günahlandırdı. 1944-cü ilin fevralında Stalinin əmri ilə bütün çeçenlər və inquşlar Qazaxıstan və Qırğızıstan SSR-ə deportasiya olundu. Bu köç zamanı yaşayış yerini məcburən dəyişən insanların dörddə biri həlak oldu. 1957-ci ildə Stalinin ölümündən sonra hakimiyyətə gələn Nikita Xruşşov çeçenlərə öz ölkələrinə qayıtmağa icazə verdi və 1958-ci ildə Çeçen SSR-nin əsası qoyuldu. Birinci çeçen müharibəsi1991-ci ildə Sovet İttifaqının süqutundan sonra digər respublikalar kimi Çeçenistan da öz müstəqilliyini elan etdi. 1992-ci ildə çeçen və inquş liderlər birləşmiş Çeçen-İnquş Respublikasının yaradılması barədə razılığa gəldilər. Bu razılaşmaya əsasən İnquşetiya Rusiya Federasiyasının tərkibinə qatılmalı, Çeçenistan isə müstəqil olmalı idi. Müstəqillik məsələsində danışıqlar sonradan 1992-ci ildə kiçik miqyaslı vətəndaş müharibəsinə çevrildi. Bu münaqişədə ruslar müstəqillik tərəfdarı olan Cövhər Dudayevə qarşı olan qüvvələrə dəstək verirdi. Çeçenistanda sənaye sahəsində çalışanların əksəriyyətini təşkil edən rusların ölkəni tərk etməsindən sonra ölkənin iqtisadiyyatında eniş baş verdi. 1994-cü ildə Rusiya qoşunlarının "konstitusional hüquqları bərpa etmək" məqsədilə Çeçenistan ərazisinə daxil olması nəticəsində Birinci çeçen müharibəsi başladı. İki illik aramsız döyüşlərdən sonra, 1996-cı ildə Xasavyurt müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə əsasən Rusiya qoşunları Çeçenistanı tərk etdi. Həmçinin baxİstinadlarXarici keçidlərVikianbarda İkinci Çeçenistan müharibəsi ilə əlaqəli mediafayllar var. This article uses material from the Wikipedia Azərbaycanca article İkinci Çeçenistan müharibəsi, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses. Tags:İkinci Çeçenistan Müharibəsi Tarixiİkinci Çeçenistan Müharibəsi Münaqişənin tarixi kökləriİkinci Çeçenistan Müharibəsi Həmçinin baxİkinci Çeçenistan Müharibəsi İstinadlarİkinci Çeçenistan Müharibəsi Xarici keçidlərİkinci Çeçenistan Müharibəsi1999200026 avqustBirinci Çeçenistan müharibəsiRus diliRus-çeçen münaqişəsiRusiya FederasiyasıÇeçenistanŞimali Qafqaz🔥 Trending searches on Wiki Azərbaycanca:İsimAzərbaycan Silahlı QüvvələriGünəş sistemiƏli NurArAzərbaycan banklarının siyahısıBazar iqtisadiyyatıMolla Nəsrəddin (jurnal)ZəngəzurAvropaSeyid Əzim ŞirvaniTərəzi (astrologiya)Mehriban ƏliyevaBöyük QafqazHəzi AslanovAzərbaycandakı şəhərlərin siyahısıYandexBumeranqRamil Usubov25 aprelQızıl yel xəstəliyiƏsrin müqaviləsiEzopÇinƏli XameneiXristianlıqQədim Roma təqvimiSkarlatinAbbasqulu ağa BakıxanovArif PaşayevQızdırmaBirləşmiş KrallıqNəqli cümləCərəyan şiddətiVitaminlərBakı Konqres MərkəziXəbər (qrammatika)SəfəvilərMaterikEroziyaTəyinVüqar BiləcəriÜzeyir MehdizadəAytən SəfərovaGöygöl (göl)DüzbucaqlıSəhiyyə Nazirliyi (Azərbaycan)BöyrəkZərf (qrammatika)FeilRənglər siyahısıQara YanvarHeydər Əliyevİnsan penisinin uzunluğuCənubi Afrika RespublikasıYaşar Əliyev (siyasətçi, 1948)Azərbaycan memarlığıKoroğlu dastanıİnflyasiyaPerimetrAvtomobilin tarixiAnemiyaÜzeyir HacıbəyovMariya AntuanettaQədim YunanıstanƏvəzlikEpilepsiyaŞir (astrologiya)AzərbaycanAzərbaycanın palçıq vulkanlarıHepatit BZülallarSınıqlar100 manatlıq əsginasTəbii fəlakət5 manatlıq əsginasQazax rayonuŞahmat🡆 More |