Əlisgəndər Yaqubov

Əlisgəndər Yaqubov — alim-aqronom.

Həyatı

Hacı Əlisgəndər Əhməd oğlu Yaqubov 25 sentyabr 1937-ci ildə Masallı Rayonun Yeddioymaq kəndində anadan olub. 1941-ci ildə 4 yaşında atasını itirən Əlisgəndər Yaqubovun uşaqlıq illəri ağrılı keçib. İkinci dünya müharibəsi iki qardaşını ondan alıb. Çətinliklərə baxmayaraq, kənd orta məktəbini yüksək qiymətlərlə bitirdiyindən, imtahan vermədən Lənkəran Kənd Təsərrüfatı Texnikumuna qəbul edilib. Vətənə hərbi borcunu 3il Gurcustanda Sovet Ordusunda xidmətdən sonra leytenant kimi başa vuran Əlisgəndər Yaqubov, ali təhsili bundan sonra ala bilib.

Əlisgəndər Yaqubov 

Ordu sıralarında xidməti zamanı nizam-intizamı ilə fərqlənən leytenant Yaqubov həmin illərdə Sov.İKP üzvlüyünə də qəbul olunub. Sovxozda normalaşdırıcı texnikdən baş aqronom vəzifəsinə qədər yüksəlib.

1964-cü ildə ilk Partiya Təşkilatının katibi seçilib.1969-cu ildə Ümumittifaq Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində qiyabi təhsilini iki il sonra o vaxtki Leninqrad vilayətinin Velikie Luki şəhərindəki Kənd Təsərrüfatı İnstitutunda başa vurub.

Vətənə 1975-ci ildə alim-aqronom kimi qayıdıb. Bundan sonra vəzifə pillələrində uğurla irəliləyən Əlisgəndər Yaqubov 1975-ci ildə Krupskaya adına Tərəvəzçilik-Südçülük sovxozuna direktor təyin olunub.Onun rəhbərliyi dovründə qabaqcıl təsərrüfatlardan birinə çevrilən sovxoz dəfələrlə Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin, Ali Sovetin, Həmkarlar İttifaqı Mərkəzi Şurasının, Respublika Komsomolunun keçici qırmızı bayraqlarını qazanıb. Masallı Rayon Partiya Komitəsinin plenum üzvü, Rayon Sovetinin deputatı seçilən alim-aqronom direktoru olduğu dövrdə geridə qalan "Təzəkənd" sovxozunu da dirçəldib, onu qabaqcıl müəsissələr sırasına çıxardıb. 1980-ci ildə Masallı Rayon Aqrar-Sənaye Birliyinin baş direktorunun müavini təyin edilib. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Sov. İKP üzvlüyündən imtina edən təcrübəli alimin sonuncu vəzifəsi 1997-ci ilədək Aqrar-Sənaye Birliyində şöbə müdiri vəzifəsi olub. Həmin vəzifədən təqaüdə çıxan Əlisgəndər Yaqubov 5 oğul,3 qız atasıdır. Əlisgəndər Yaqubovun 70 ilik yubileyində onun həyatını əks etdirən "Bir Ömrün İşiğı" kitabı çap olunub. Hal-hazırda dərin həyat təcrübəsini nəvələrinin tərbiyəsinə sərf edir. 17 nəvənin, 2 nəticənin babasıdır.

  • Masallı rayon İşıq İdarəsində Enerji Satişi Şobəsinin Rəisi Famil Yaqubovun atasıdır
  • Müdafiə Nazirliyinin Mənzil-İstismar hissəsinin rəisi Elçin Yaqubovun atasıdır
  • Ukrayna Respublikasında "VİLƏŞ" Firmasının təsisçisi və Baş Direktoru Çingiz Yaqubovun atasıdir
  • Azərbaycan Televiziya və Radiosu QSC-nin Mədəniyyət kanalının Direktor müavini Əməkdar mədəniyyət işçisi Hikmət Yaqubovun atasıdır
  • Bakı Şəhəri Binəqədi rayon 4-cü Polis bölməsinin rəis müavini polis mayoru Yalçın Yaqubovun atasıdır

Mükafatlar, təltiflər, fəxri adlar

  1. "Sosializm yarışının qalibi" döş nişanı
  2. "Əməkdə fərqlənməyə görə" medalı
  3. 1973-cü il "Qırmızı əmək bayrağı" ordeni
  4. 1977-ci il "Oktyabr İnqlabı" ordeni
  5. 2010-cu il 2 noyabr Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 1171 nömrəli sərəncamına əsasən "Əməkdar Kənd Təsərrüfatı" işçisi

Tags:

🔥 Trending searches on Wiki Azərbaycanca:

Bəxtiyar VahabzadəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)MüsahibəPolad dirəklər üzərində şəhər (film, 1975)Piramida (həndəsə)Elm və Təhsil Nazirliyi (Azərbaycan)Vətən uğrunda medalıAzərbaycan (tarixi ərazi)BuddizmAzərbaycan Texniki UniversitetiQızılcaGəncə qalasıİstismarHepatit BAyNazim BababəyliKompüter qurğularıNeftKvadrat tənlikNəriman NərimanovAbbasqulu ağa BakıxanovQoç (astrologiya)Kamran İmanovAğciyər xərçəngiMadyanƏliSəlib yürüşləriPiramidaBabəkGəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə KompleksiNəbati ornamentlərAzərbaycanda ovçuluqBakı metrosuƏhəmənilər dövlətiRamiz ZeynalovMasturbasiyaKvadratSifət (qrammatika)BraziliyaÜslubiyyat (Azərbaycan dili)Azərbaycan RespublikasıAzərbaycan diliGəncə xanlığıEpilepsiyaİqaməSuçiçəyiİnsultŞizofreniyaAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıCabir Novruzİnkişaf etmiş ölkəAğciyərXəzər dəniziAtropatenaGəncə zəlzələsi (1139)Xərçəng xəstəliyiAzərbaycanın inzibati bölgüsüŞir (astrologiya)Qız qalasıVolfqanq Amadey MotsartXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Gəncə qalasının işğalıGürcüstan milli futbol komandasıAzərbaycan Respublikasının Milli MəclisiBronxitI OrxanŞahmar UsubovAzərbaycanda yayılmış balıqların siyahısıBöyrəkŞirvanşahlar dövlətiDəmir pərdəBeyləqan rayonuAğdərə rayonuABŞMuzeyAzərbaycan adalarının siyahısıAy təqvimiXocalı soyqırımı qurbanlarının siyahısı🡆 More