Ziyad Səmədzadə

Ziyad Əliabbas oğlu Səmədzadə (25 iyun 1940, Bakı) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (1989), Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Ziyad Səmədzadə
bayraq
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini — Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri
bayraq2
18 may 1992 – 19 noyabr 1992
ƏvvəlkiRəhim Hüseynov
SonrakıƏli Məsimov
bayraq
Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini
bayraq2
16 oktyabr 1991 – 18 may 1992
ƏvvəlkiTelman Orucov
SonrakıTamerlan Qarayev
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyun 1940(1940-06-25) (83 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti iqtisadçı, siyasətçi
Uşağı
Elmi fəaliyyəti
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi

Təltifləri Ziyad Səmədzadə Ziyad Səmədzadə Ziyad Səmədzadə Ziyad Səmədzadə Ziyad Səmədzadə Ziyad Səmədzadə
Ziyad Səmədzadə Azərbaycan LKGİ mükafatı — 1974
samedzade.az

Həyatı və fəaliyyəti

Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962–1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir.

1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. 1977-ci ildə ona professor adı verilir.

1976–1978-ci illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1978–82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.

1980-ci ildə Z. Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir.

1983–1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olmuşdur.

Z. Səmədzadə dağ rayonlarının problemlərinin kompleks elmi təhlil edilməsi təşəbbüsünü irəli sürmüş və bu işlərə elmi rəhbərlik etmişdi.

Ziyad Səmədzadə Azərbaycan Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilmişdir.

Araşdırmaları Azərbaycan və Rus dillərində nəşr edilmiş "Dağlıq Qarabağ: naməlum həqiqətlər" adlı kitaba daxil edilmişdir.

Z. Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir.

Z. Səmədzadə 1999-cu ildə "İqtisadiyyat" adlı qəzet təsis etmiş və onun müntəzəm nəşrinə başlamışdır.

2004-cü ildə "Böyük yolun mərhələləri" — "Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər adlı kitabı çapdan çıxmışdır.

Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.

Ailəsi

Ziyad Səmədzadənin oğlu Elşad iqtisadçı-alimdir. Böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır. Kiçik qızı Aytən həkim və publisistdir. Dörd nəvəsi var.

Mükafatları

Filmoqrafiya

  • Biz qayıdacağıq (veriliş, 2007)

İstinadlar

Tags:

Ziyad Səmədzadə Həyatı və fəaliyyətiZiyad Səmədzadə AiləsiZiyad Səmədzadə MükafatlarıZiyad Səmədzadə FilmoqrafiyaZiyad Səmədzadə İstinadlarZiyad Səmədzadə194025 iyunAMEAAzərbaycan Respublikası Milli MəclisiBakı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Əfşar imperiyasıTürk Dövlətləri TəşkilatıHepatit BOrta əsrlərQafqazOrxan SultanovSenzorPaleolitBabəkİslamda oral seksXəzər dəniziƏbdürrəhim bəy HaqverdiyevQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriAzərbaycan toy adətləriMəhəmməd FüzuliƏsrin müqaviləsiRöya AyxanAzər-Türk BankSovet Sosialist Respublikaları İttifaqıLeyli və Məcnun (Füzuli)İnsanƏdatRusiya imperiyasıTəyyarəEpilepsiyaİngiltərəQubaAzərbaycan Respublikası Mərkəzi BankıİçərişəhərOsmanlı sultanlarının siyahısıAzərbaycanın sərhədləriKonstitusiyaİtQədim Yunanıstan mədəniyyətiBalaəliDünya əhalisiElektrik müqavimətiQaraqoyunlularAğciyər iltihabıƏdliyyə Nazirliyi (Azərbaycan)Məleykə ƏsədovaFövqəladə Hallar Nazirliyi (Azərbaycan)9 May Qələbə GünüQuba rayonuYaşar NuriHacı NuranAytən SəfərovaAzərbaycan qoruqlarıQarabağFikrət ƏmirovSəbinə ƏliyevaAzərbaycanın Qırmızı KitabıHacı ŞahinŞimali Amerika ölkələrinin siyahısıSkarlatinCümlənin ikinci dərəcəli üzvləriSentyabrAzərbaycan qəzetlərinin siyahısıAzərbaycan coğrafiyasıAzərbaycan şirkətlərinin siyahısıAzərbaycanlılarİkinci Qarabağ müharibəsiİnternetAğdam rayonuAzərbaycan operasıDünya okeanıAzərişıqİsveçİnkişaf etmiş ölkəAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)Şəki rayonuMilli Məclis (Azərbaycan)AyPiramida (həndəsə)PakistanÜçbucaq🡆 More