Qədim Türkcə–Azərbaycanca Əlaqələri

Qədim türkcə-azərbaycanca əlaqələri — qədim türkcənin xüsusiyyətlərinin Azərbaycan dilininin tarixi və müasir mərhələlərində, həmçinin dilin dialektlərində qorunub saxlanması.

"Divanü Lüğat-it-Türk"də (XI əsr) və İbnü Mühənna lüğətində (XIII əsr) verilən məlumatlar qədim dillər ilə Azərbaycan dili arasında genetik əlaqədən xəbər verir. Ədəbi Azərbaycan dilinin inkişafının erkən dövründə dil oğuz qrupunun ümumtürk xüsusiyyətlərini saxlayır, həm türkmənlər, həm də Anadolu türkləri tərəfindən başa düşülürdü.

Dil qaydaları və leksika

Orxon abidələrində (VIII əsrin əvvəlləri) e və i arasında bir ė səsinin olması Azərbaycan türkçəsindən sübutlar gətirməklə izah edilmişdir: er "erkək" — ėr "erkən". Ancaq Azərbaycan dilində daha çox e kimi yazıldığı, bəzi hallarda i olduğu üçün e-i dəyişikliyi hər zaman başa düşülmür: bėl, dė. Azərbaycan dilindəki iki sözdə isə qədim türkçədəki e/ė-yə qarşılıq olaraq i görülür: iki, iyirmi. Bundan başqa Azərbaycan türkçəsində nəqli keçmiş -mış şəkilçisi qədim türkcədəki "ərmiş"-dən gəlmişdir.

Qədim türkcədə k ilə başlayan sözlər Türkiyə türkçəsində k-g dəyişikliyinə məruz qaldığı halda (gibi, gönül, göç, göğüs), Azərbaycan dilində olduğu kimi qalmışdır (köç, könül, köç, köks). Qədim və orta türkcədən qərbi türkcəyə keçid zamanı baş verən t-d dəyişikliyi bəzi Azərbaycan sözlərində baş verməmişdir: tikmək, tökmək, toxunmaq.

Azərbaycan dilinin dialektləri türk dillərinin söz varlığını qoruyub saxlaması baxımından çox vacibdir. Çünki bu dialektlərdə qədim türkcəyə aid bir çox arxaik ünsür vardır. Qədim türk dövrünə aid iki sözdən ibarət mürəkkəb sözlər (ikiləmələr) də canlı bir şəkildə Azərbaycan dilində qorunur (məsələn Ağcabədi ləhcəsində "düşünmədən danışmaq" mənasında "yencih-yencih" sözü). Azərbaycan dialektlərindəki ikiləmələrə "Divanü Lüğat-it-Türk"də (XI əsr) rast gəlinir. "Şəlalə" mənasındakı "curcur" (Qəbələ), "çırçır" (Qazax), "şar-şar" (Mingəçevir), "şırşır" (Gədəbəy, Şuşa), "şorşor" (Qax, Oğuz, Şəmkir) sözləri "Divanü Lüğat-it-Türk"də "gurultu ilə axan su" mənasında "çar çur/çaq çuq/çar çar/şar şar" şəklində verilmişdir.

Azərbaycan türkcəsində qorunub saxlana bilməyən bir sıra qədim türk dili sözləri Naxçıvan ləhcələrində mövcuddur. Bunlar arasında qohumluq bildirən sözlər xüsusi yer tutur. Məsələn, Naxçıvan və Zaqatala ləhcələrində "kürəkən" mənasında istifadə edilən "giyəv/göyüm" sözü "Divanü Lüğat-it-Türk"də və İbnü Mühənna lüğətində (XIII əsr) istifadə edilir. Bu sözə azərbaycandilli mənbələrdən "Kitabi-Dədə Qorqud"da (XIII–XV əsrlər) və "Dastani-Əhməd Hərami"də (XIII əsr) rast gəlinir.

Talış dilində olan bəzi sözlərin qədim türk yazısında qeyd edilməsi Azərbaycan-talış dil əlaqələrinin qədimliyini göstərir. Həmçinin Xəzər dili təsirinin izləri Azərbaycan dilinin şimal və şimal-şərqi dialektlərində müşahidə edilir. Dilçilər Azərbaycan dialektlərinin çuvaş dili ilə bəzi oxşarlıqlarından Xəzər dilinin tədqiqində və yenidən qurulmasında istifadə edirlər.

Toponimika

"Yevlax" toponimi qədim türkcədən götürülmüşdür və 20-ci əsr sovet coğrafiyaşünası Yevgeni Pospelova görə "bataqlıq" deməkdir. "Kəlbəcər" toponimi isə qədim türkcədəki Kəvliçərdən törəmişdir. Kəvliçər "çayın yuxarı tərəflərindəki (axınlarındakı) qala" mənasının verir ("kəvli" – "çayın yuxarı axınları", "çər" – "qala" deməkdir).

XIX əsr müəllifi İ.Lineviçin qeyd etdiyi əfsanəyə görə, XVI əsrə qədər Qax şəhəri "Torağay" adlandırılmışdır. Bu söz Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" adlı lüğətində, qıpçaqların dilində "dağlar arasında sığınacaq" mənasına gəlir. Qax şəhərinin dağlar arasındakı ovalıq ərazidə olduğu nəzərə alınaraq, Şimali Qafqaz vasitəsilə gələn qıpçaqların Qaxda yerləşdiyi və ona "Torağay" adı verdiyi hesab edilə bilər.

İstinadlar

Əlavə ədəbiyyat

  • Azər Bağırov. Qədim türkcə-azərbaycanca lüğət. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2001. 191 s. ISBN 5896003277.
  • Direkci, B. & Gülmez, M. (2012). Güney Azerbaycan Türkçesi ve Türkiye Türkçesi Arasındaki Yalancı Eş Değerler . Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi , (32) , 133–154 . Retrieved from https://dergipark.org.tr/tr/pub/sutad/issue/26246/276448
  • Eker, Süer. (2005). Some Traces of Proto Turkic Primary Long Vowels in Written Kipchak Sources.
  • Latifova, E. (2023). СЕВЕРО-ЗАПАДНЫЕ РЕГИОНЫ АЗЕРБАЙДЖАНА В КОНТЕКСТЕ ТЮРКО-МОНГОЛЬСКОЙ ИСТОРИИ . Avrasya Uluslararası Araştırmalar Dergisi , 11 (36) , 216-230 . DOI: 10.33692/avrasyad.1276291

Xarici keçidlər

Tags:

Qədim Türkcə–Azərbaycanca Əlaqələri Dil qaydaları və leksikaQədim Türkcə–Azərbaycanca Əlaqələri ToponimikaQədim Türkcə–Azərbaycanca Əlaqələri İstinadlarQədim Türkcə–Azərbaycanca Əlaqələri Əlavə ədəbiyyatQədim Türkcə–Azərbaycanca Əlaqələri Xarici keçidlərQədim Türkcə–Azərbaycanca ƏlaqələriAzərbaycan diliAzərbaycan dilinin dialektləriDivanü Lüğat-it-TürkQədim türk dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

NaxçıvanQərbi AvropaQulaqdibi xəstəliyiMannaAppendisitDəstəmazAzərbaycan xalq musiqisiQobustan Dövlət Tarixi-Bədii QoruğuQarabağ FKAzərbaycan İkinci Dünya müharibəsindəGöygölMəhəmməd HadiƏli ƏsədovSahələrinə görə ölkələrin və ərazilərin siyahısıMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)İsveç5 manatlıq əsginasAtəşgah (Bakı)İlham ƏliyevPaleolitZakir HəsənovNeftçi PFKElçin HüseynbəyliBirləşmiş Ərəb ƏmirlikləriŞirvanşahlar sarayıAvtomobilin tarixiAzərbaycan operasıOsmanlı imperiyasıVüqar Biləcəriİslam peyğəmbərləriRusiya–İran müharibəsi (1804–1813)AdrianCavanşirBakteriyalarMusiqiNatiq Qasımov (əsgər)Oğlaq (astrologiya)YasəmənXırda sinir lifləri neyropatiyasıYerin quruluşuAnar İbrahimovQarabağ xanlığıSeyid Əzim ŞirvaniSahibkarRöya AyxanGöyçə mahalıRövşən CavadovTikTokPiramida (həndəsə)Beyləqan rayonuTabeli mürəkkəb cümləAğqoyunlularSilindrBöyük Çin səddiFunksiya (riyaziyyat)Baş Prokurorluq (Azərbaycan)MingəçevirElmira SüleymanovaHekayəMikayıl Müşfiqİkinci Qarabağ müharibəsiUzun HəsənEroziyaSuçiçəyiQızdırmaZülallarAzərbaycanın palçıq vulkanlarıQacar dövlətiƏbdürrəhim bəy HaqverdiyevKlaviaturaAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)VitaminlərABŞ-nin ştatlarıYarasalarİt🡆 More