Pektusan Dağı

Pektusan dağı və ya Baytouşan dağı — Potensial olaraq Koreya Xalq Demokratik Respublikasının (Yanqando əyaləti) və Çinin (Szilin əyaləti) sərhədində yerləşən aktiv vulkandır.

Dağ dəniz səviyyəsindən 2744 m hündürlüyə malikdir və Mançjuro-Koreya dağlarının ən yüksək nöqtəsidir. Həmçinin bütün MancuriyaKoreya yarımadasının ən yüksək nöqtəsidir.

Pektusan dağı
kor. 백두산, çin. 长白山
Pektusan dağı, aprel 2003-cü il. NASA-dan görünüş.
Pektusan dağı, aprel 2003-cü il. NASA-dan görünüş.
Ümumi məlumatlar
Dağ sistemi Mançjuro-Koreya dağları
Dağ silsiləsi Çanbayşan
Mütləq hündürlüyü 2744
Nisbi hündürlüyü 2.593 m
Yerləşməsi
Ölkələr
Pektusan dağı xəritədə
Pektusan dağı
Pektusan dağı
Pektusan dağı xəritədə
Pektusan dağı
Pektusan dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Koreya dilində Pektusan (kor. 백두산) "ağbaş dağ" mənasını bildirir. Çin dilində Çanbayşan (çin. 长白山) və mancur dilində Qolmin Şanqiyan Alina (manc. {{{2}}}) "əbədi ağ dağ " mənasını bildirir.

Vulkanın Koreya ərazisinə düşən hissəsində 1959-cu ildə Koreyanın ən böyük qoruğu yaradılmışdı. Daha sonralar Çin tərəfindən təbii qoruq yaradılmışdır. 1979-cu ildə onlar beynəlxalq biosfer qoruğuna birləşmişdilər.

Coğrafiyası

Vulkanın kraterində dağın zirvəsində Çhonji gölü yerləşir. Sunqari çayı da öz başlanğıcını bu göldənm götürür. Vulkanın yamaclarında həmçinin Tumınszyan və Yaluszyan çaylarının mənbələri yerləşir.

Dağ təxminən onun mərkəzi hissəsinin altında yerləşən maqmanın qalxmasına görə ildə 3 millimetr qalxır. Ən yüksək hissə ildə təxminən 8 ay qarla örtülü vəziyyətdə olur. 1800 metrə qədər yastı yamaclar yerləşir. Kalderanı əhatə edən zirvələrdən 16-sı 2500 metrdən yüksəkdir. Güman edilir ki, krater 969-cu ildə (± 20 il) 7 ballıq güclü püskürmə nəticəsində yaranmışdır. Hövzəsi 96 km³-ə bərabərdir.

Vulkan fəallığı dəfələrlə müşahidə olunmuşdur. Püskürmələr 1597-ci ildə (bu püskürmənin külü hətta Hokkaydo adasının cənub hissəsində tapılmışdı), həmçinin 1668 və 1702-ci ildə baş vermişdir. Son püskürmə 1903-cü ildə (daşların və qazların atılmasıyla partlayışlar) müşahidə olunmuşdur.

İqlimi

Zirvədə orta illik temperatur ortalama −8,3 °C təşkil edir. Yayda temperatur 18 °C-ə qədər qalxa bilər. Amma qışda −48 °C-ə qədər düşə bilir. Küləyin orta sürəti 11,7 m/san, orta rütubət — 74 %-dir. Son onilliklər ərzində yay vaxtında qar papağının güclü azaldılması şəklində iqlimin istiləşməsinin effektləri müşahidə olunur.

Tarixi

Dağ hər iki ölkə sakinləri arasında müqəddəs hesab edilir. Pektusan dağı Koreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının milli himnlərinin mətnində də xatırlanır.

Çin

Dağ qədim kitablarda daxatırlanır. Həmçinin müxtəlif adların altında Xou Xanşuda da rast gəlinir. Müasir ad Szin sülalələri dövründə möhkəmlənmişdir.

Koreya

Şimali koreya əfsanəsinə görə, səmalardan dağa Xvanun enmişdir. Koçosonun birinci Koreya dövlətinin banisinin atası idi. Bundan başqa, Kim Çen İrin rəsmi tərcümeyi-halı iddia edir ki, o, Çhonji gölünün ətrafında doğulmuşdur. Vulkanı əhatə edən kraterin biri 1992-ci ildə dövlət heykəltəraşı Xyandobon tərəfindən 216 metr enlə sındırılmış və böyük yazılar ilə yazılmışdı: "Pektusan, İnqilabların Müqəddəs dağı (Kim Çen İr. 16 fevral 1992-ci il)". Pektu təsviri Koreya Xalq Demokratik Respublikasının gerbini bəzəyir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Tags:

Pektusan Dağı CoğrafiyasıPektusan Dağı İqlimiPektusan Dağı TarixiPektusan Dağı QalereyaPektusan Dağı İstinadlarPektusan Dağı Xarici keçidlərPektusan DağıKoreya yarımadasıMancuriyaÇin

🔥 Trending searches on Wiki Azərbaycanca:

Düzbucaqlı paralelepipedKoroğlu metrostansiyasıLotu QuliHamiləlikAzərbaycan Respublikası Mərkəzi Bankı2024Əli ƏhmədovQazax rayonuElektrik cərəyanıKvadrat metrGübrəFərid ƏhmədovDinÖlkə paytaxtlarının siyahısıSürücülük vəsiqəsiMüstəqil Dövlətlər BirliyiDmitri DonskoyBöyük Çin səddiQoyunMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Biləsuvar rayonuİosif StalinZərf (qrammatika)Arda GülərAzərbaycan əhalisiAlmaQız qalasıMolla Nəsrəddin (jurnal)Elçin Quliyev (general-polkovnik)Cəmşid Naxçıvanski adına hərbi liseySadə cümlənin şəxsə görə növləriSinir sistemiTural AbbaslıŞimali AmerikaXarıbülbül (simvol)İlanlarHepatit CƏli XameneiLayihəÖmər ibn XəttabSevil ƏliyevaGəncəAzərbaycan Quru QoşunlarıRövşən AbdullaoğluAzərbaycan İkinci Dünya müharibəsindəLeyli və Məcnun (Füzuli)HeyvanlarMüstəqilliyin Bərpası Günü (Azərbaycan)Qədim MisirKimyəvi reaksiyaAzərbaycanın iqlimiAzərbaycan Xalq CümhuriyyətiXərçəng xəstəliyiQızdırmaİslamda tanrının adlarıƏsas nitq hissələriAdəmDövlət Sərhəd Xidməti (Azərbaycan)Ağciyər iltihabıEv pişiyiŞüalanmaAzıx mağarasıXBT-10 sinfinin siyahısıÇəmbərəkənd parkıBraziliyaQorxmaz SücəddinovBasketbolÇernobıl faciəsiSahibkarlıqTriqonometriyanın əsas düsturlarıYaponiyaFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Səbinə ƏliyevaArif PaşayevMüstəqillik Günü (Azərbaycan)Gürcüstan🡆 More