Lazer Epilyasiyası

Lazer epilasiyası, vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsilə uix edilməsi prosesidir.

Təxmini olaraq 20 il ərzində bu sahədə tədqiqatlar aparılmış, 1990-cı illərın axırlarına doğru isə ticarət məqsədilə geniş bir şəkildə istifadəsinə başlanılmışdır. Lazer epilyasiyası ilə əlaqədar olan ilk məqalələrdən biri 1998-ci ildə Massachusetts General Hospital tərəfindən nəşr edilmişdir. Lazer epilyasiyasının mümkün təsirləri dermatologiya dərnəkləri tərəfindən qəbul edilmiş və bu məqsədlə istehsal edilmiş olan aparatlar klinikalarda, hətta bəzən evlərdə belə istifadə edilmişdir. Lazer epilyasiya və üsulları ilə əlaqədar bir çox məqalə dermatologiya ədəbiyyatına daxil olmuşdur.

Lazer Epilyasiyası
Cynosure Apogee Elite Lazer epilyasiyası aparatı

Uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndə arzuolunmaz tüklərdən azad olmanın ən təsirli üsullarından biridir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir. Beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir.

Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul vardır. Bu üsullar lazer şüasının dalğasının uzunluğuna görə fərqlənir. Lazer epilyasiyası üçün istifadə olunan cihazlar: Alexandrite Lazer (755 nm), Nd-Yag Lazer (1064 nm), Diode Lazer (810 nm.) kimi müxtəlif dalğa sürətlərində işləyən cihazlardır. Fərqli dalğa sürəti ilə çalışan lazer epilyasiya cihazları da ola bilər, lakin bazarda bunlara çox rast gəlinmir.

Bir də IPL (Intense Pulse Light) texnologiyası ilə çalışan cihazlar da vardır. Lakin adından da göründüyü kimi bunlar lazer cihazı deyil, gücləndirilmiş işıq texnologiyası ilə işləyən foto epilyasiyası aparatıdır. Bunlar heç cür lazer cihazı kimi qəbul edilə bilməz.

Bir neçə cür lazer epilyasiyası cihazının var olmasının səbəbi bütün insanlar üçün eyni lazer cihazının uyğun gəlməməsidir. Səbəb isə hər kəsin dəri rəngi, tükün rəngi və sıxlığı eyni deyil. Lazer epilyasiyasında lazer şüasının dəriyə təsiri hərkəsə ayrı faktorlarla əlaqəli olduğu üçün fərqli dəri tipləri və tük tipləri üçün fərqli dalğa gücündə lazerlərdən istafadə edilərək daha uğurlu nəticələr almaq olar.

Hətta lazer epilyasiyası tətbiq olunan insanlarda bir dahakı seanslarda başqa bir cihazlara müraciət oluna bilər. Məsələn: dəri günəş şüası və yaxud solyariy qəbul edibsə tüklərin tərkibi dəyişə bilər.

Digər epilyasiya üsullarına iynə ilə epilyasiya, mumla epilyasiya, foto epilyasiya və s. aiddir.

Tüklərin mərhələləri

1.) Anajen (aktiv böyümə)

Tüklərin inkişaf etdiyi dövrdür. Tüklərin epilyasiyaya ən çox uyğun dövrüdür. Tük kökü ilə sıx əlaqəli olduğu üçün lazer şüasını tük kökünə çox təsirli ötürür. Yəni hansı epilyasiya növündən istifadə edirsinizsə edin, aktiv böyümə stadiyasına olmayan tükləri məhv edə bilməzsiniz.

2.) Katajen (keçid)

Bu dövrdə tüklərin kökləri ilə heç bir əlaqəsi olmadığından epilyasiyanın tük köklərinə heç bir təsiri olmur.

3.) Telojen (dincəlmə)

Dincəlmə dövrüdür. Bu dövrdə tüklər tamamilə öz kökü ilə əlaqəsiz olur və buna görə də lazer epilyasiyası nəticəsində tüklər yox olur, lakin tük kökləri heç bir məhvedici təsirə məruz qalmır.

Lazer epilyasiyası etdirə bilən insanlar aşağıdakılardır

Tük çıxma dövrü başa çatmış, istifadəyə heç bir sağlıq maneəsi olmayan kişi, qadın hər kəs epilyasiya oluna bilər. Hamiləlik dövründə epilyasiya olunmaması məsləhətdir. Tük rəngi açıq olan insanlarda isə lazer epilyasiyası heç bir nəticə göstərmir

Lazer epilyasiyasının nəticələrinin özünü göstərməsi

İnsan bədənində tüklərin inkişafı üç mərhələdə gedir. Bunlar anajen, katajen ve telojen mərhələləridir. Lazer şüası tük kökünə ancaq anajen dövrdə təsir etdiyinə görə epilyasiya zamanı tükün inkişafının bu dövrdə olması mütləqdir. Lakin bədəndəki tüklərin hamısının eyni anda anajen etapda olmadığını nəzərə alaraq lazer epilyasiyası bədən nahiyəsində 4–8 seansq, üz nahiyəsində 6–10 seansa öz təsirini göstərir. Bundan əlavə seansın davamlılığını bədəndə gedən hormonal pozğunluqlar, istifadə olunan bəzi dərmanlar və aparılan müalicə periodu da uzada bilər.

Lazer şüalarının bədənə "zərərləri"

Lazer şüası dəriyə tük köklərinin olduğu 2–5 mm dərinliyə qədər təsir edə bilir. Buna görə daxili orqanlara heç bir neqativ təsiri yoxdur.

Lazer epilyasiyasına dəri rənginin "təsiri"

Lazer epilyasiyasının ən uğurlu təsir etdiyi dəri rəngi açıq olan tükün isə rənginin tünd olanıdır. Bu cür insanlara Alexandrite Lazeri daha çox yaxşı nəticə göstərir. Dəri və tükünün rəngi açıq olan insanlarda isə Diode Lazerinin tətbiqi daha məqsədəuyğundur. Qaralmış və dəri rəngi tünd olan insanlarda isə ND_Yag Lazerinin təsiri daha güclü olur.

Lazer epilyasiyasının bədənə tətbiq edilməsi mümkün olan nahiyələri

Göz çuxuru istisna olmaqla lazer epilyasiyası bədənin bütün bölgələrində istifadə oluna bilər.

Lazer epilyasiyasının "əks təsiri"

Lazer epilyasiyasının əks təsirinə bu günə qədər rastlanmamışdır. İstifadədən sonra dəridə bəzən yüngül köpmə və qızarma ola bilər. Amma bunlar keçərlidir. Bir neçə gün ərzində yox olur.

Seanslar arasında olan fasilələr

Bədəndə 6 həftə, üz nahiyəsində 4 həftə fasilə ilə davam etdirilməsi məsləhətdir.

Seanslar arası çıxan tüklər haqqında

Bu tükləri mumla, epilyatorla yəni kökündən qoparan heç bir üsulla almaq olmaz. Bunun üçün tük qısaldan aparatlardan və jiletdən istifadə edilə bilər.

Lazer epilyasiyasının ağrılı olması haqqında

Lazer epilyasiyası digər epilyasiya növlərinə nisbətən daha ağrısız prosedurdur. Məsələn: Alexsandrit lazerində hiss nedilən ağrı rezin bağlayıcının 7–8 sm uzaqlıqdan dartılıb bədənə sıçraması ilə yaranan ağrıya bənzəyir. Lakin soyuq hava verən aparatlar vasitəsilə lazer ağrısı yox dərəcəsinə endirilə bilər.

İstinadlar

Tags:

Lazer Epilyasiyası Tüklərin mərhələləriLazer Epilyasiyası Lazer epilyasiyası etdirə bilən insanlar aşağıdakılardırLazer Epilyasiyası Lazer epilyasiyasının nəticələrinin özünü göstərməsiLazer Epilyasiyası Lazer şüalarının bədənə zərərləriLazer Epilyasiyası Lazer epilyasiyasına dəri rənginin təsiriLazer Epilyasiyası Lazer epilyasiyasının bədənə tətbiq edilməsi mümkün olan nahiyələriLazer Epilyasiyası Lazer epilyasiyasının əks təsiriLazer Epilyasiyası Seanslar arasında olan fasilələrLazer Epilyasiyası Seanslar arası çıxan tüklər haqqındaLazer Epilyasiyası Lazer epilyasiyasının ağrılı olması haqqındaLazer Epilyasiyası İstinadlarLazer EpilyasiyasıDermatologiyaLazerSaç

🔥 Trending searches on Wiki Azərbaycanca:

QırğızıstanBirinci Qarabağ müharibəsiBermud üçbucağıKanadaUzun HəsənCavanşir MəmmədovHadi RəcəbliRespublikaQanXəzər dəniziÜçbucaqBronxitƏhalisinə görə ölkələrin siyahısıOlimpiya oyunlarıAmerika Birləşmiş ŞtatlarıMetyu BrayzaZəfər Günü (Azərbaycan)MingəçevirAnemiyaŞöhrət ordeni (Azərbaycan)Tərəzi (astrologiya)CavanşirCənubi AzərbaycanQız qalasıAzərbaycanın telefon kodlarıCərəyan şiddətiVilayət EyvazovLerik rayonuHicri təqvimQarabağlar türbəsiƏdatBayquşlarEtimologiyaLeksikaTeymurilər dövlətiAzərbaycan müğənnilərinin siyahısıMarketinqİlk tibbi yardımNəqliyyatReal Madrid FKUnitar dövlətAzərbaycanın Qırmızı KitabıAzərbaycan toy adətləriHəzm sistemiDərman zəncirotuİbn SinaAnklavQaraqanAhəng qanunuRusiya–İran müharibəsi (1804–1813)Məhəmməd Əmin RəsulzadəNəsli kəsilməkdə olan növlərOsmanlı sultanlarının siyahısıMarafon döyüşüDairəAntarktidaFövqəladə Hallar Nazirliyi (Azərbaycan)TorpaqBərdə rayonuQara YanvarVulkanAy təqvimiİspaniyaİzotopCəbrƏli Nağıyev (general)Rövşən LənkəranskiHəzi AslanovAzərbaycandakı ən yüksək dağ zirvələriOral seksNida🡆 More