Kabar

Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.

Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir.

Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur.

Azərbaycanda BalakənTərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.

Azərbaycan tarixçisi Mirzə Adıgözəl Bəy kabarları Qarabağın qədim sakinlərindən biri saymışdır. Qarabağ xanlığı dövründə kabarların yaşadıqları yerlər Kabarlı mahalı adlanmışdır

Urartu yazısında Kuarli Q.A.Melikişviliyə görə Kuarli Eçmiədzin və İrəvan yaxınlığında Karmir–blur (azərbaycanca Qızıl-təpə toponiminin ermənicə tərcüməsi) arasındakı vadidə lokalizə olunur. XIX əsrin ortalarına qədər Ermənistanda əhalisi azərbaycanlılardan ibarət Kəvər (XIX əsrin ortalarından NovoBayazit, indi Kamo) adı ilə məlumdur. Demək, Kuarli toponimi zaman keçdikcə –"li" şəkilçisi qəbul etmiş Kəvər formasından düzəlmişdir

Zaqafqaziyada kabar etnonimli etnotoponim XII əsrə aid mənbədə Kabri formasında əksini tapmışdır. Bu kabar sözünün qədim erməni dilindəki deyilişidir. Buradakı – i şəkilçisi mənsubiyyət şəkilçisi ola bilər. Bu etnotoponim Albaniyadakı Tavus (indiki Berd) qalasının ətrafındakı yaşayış məntəqələrinin 1139-cu il siyahısına daxil edilmişdir.

Mənbə

Tags:

🔥 Trending searches on Wiki Azərbaycanca:

MirvariProtokolXarıbülbül (simvol)Qazax rayonuFonetikaHemoqlobinXurşidbanu NatəvanSayMilanAzərbaycan Memarlıq və İnşaat UniversitetiAdrianFiruzə İbadovaCavanşir Məmmədov (siyasətçi)Qara YanvarAğdam rayonuBraziliyaTəyyarəAğdamİsveçrəNazirlər Kabineti (Naxçıvan)İqlim dəyişikliyiDurğu işarələriUşaqlıq (anatomiya)Azərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıNadir şahMaterikSadır JaparovÜçbucaqVulkanTürkmənistanXarici Kəşfiyyat Xidməti (Azərbaycan)2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıYarasalarMəhəmmədƏli NurAğaməhəmməd şah QacarAzərbaycan adalarının siyahısıAzərbaycan memarlığıRiyaziyyatAzərbaycan musiqi alətləriPilotsuz uçuş aparatıZərflikTamamlıqI OsmanGöygölAna səhifəAzərbaycanda neft sənayesiFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Azərbaycandakı şəhərlərin siyahısıUzunluq (fizika)I İsmayılMicrosoft ExcelNəsib Quliyevİmadəddin NəsimiKönül KərimovaAğcabədi rayonuNəsrin CavadzadəƏli ƏsədovCəlil MəmmədquluzadəFevralDünya okeanıKəlbəcər rayonuMonteneqroAzərbaycan Beynəlxalq BankıQədim MisirAzərbaycan Hava YollarıTabeli mürəkkəb cümləŞuşa rayonuMasonluqZülallarÖlçü vahidləriBərdə rayonuİnformasiyaÇilov adasıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiPolşaŞəkərli diabetDin🡆 More