Kəramət Böyükçöl: Azərbaycanlı yazıçı

Kəramət Böyükçöl (tam adı: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist.

Kəramət Böyükçöl
Kəramət Böyükçöl: Həyatı və fəaliyyəti, Düşüncələri, Şəxsi həyatı
Doğum tarixi 17 oktyabr 1987(1987-10-17) (36 yaş)
Doğum yeri
Uşağı 2
Atası Qəşəm Nəcəfzadə
Təhsili
Fəaliyyəti yazıçı, publisist
Janrlar roman, povest[d], hekayə
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

Kəramət Böyükçöl: Həyatı və fəaliyyəti, Düşüncələri, Şəxsi həyatı 
Kəramət Böyükçöl gənclik illərində, 2009 (sağdan ikinci əyləşən).

Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Azərbaycan ictimaiyyəti onu ANS TV-də qonaq olduğu bir verilişdə dediyi erotik şeirlə tanıdı.

2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.

Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda Facebook hesabından açdığı canlı yayımda hökuməti tənqid edərkən polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır. O, canlı yayımda ölkənin digər bəzi məşhurlarına qarşı təhqirlər də etmişdir. Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən rahatsız olduğunu və şikayət etdiklərini bildirmişdir. Həmçinin vəziyyətdən rahatsız olduğunu deməyə gələn qonşusunu da təhqir etmiş və onunla dava etmişdir. Həmçinin polis yazıçının pis vəziyyətdə olduğunu və intihar edəcəyindən şübhələndiklərini bildirmişdir. Böyükçöl bir gün sonra sərbəst buraxılmış və yazıçının xəstəxanada məcburi müalicəsinə başlanılmışdır.

YouTube kanalında Kəramətinə şükür adlı həftəlik proqram hazırlamış və bu proqramda siyasi mövzular müzakirə edilmişdir.

7 oktyabr 2021-ci ildə sağlamlıq problemləri ilə əlaqədar olaraq təkrar məcburi müalicə üçün Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilmiş, və 3 həftə sonra, 26 oktyabr 2021-ci ildə müalicəsini tamamlayaraq buraxılmışdır.

2023-cü ildə Elçibəyin sirri adlı kitabını oxucularına təqdim etmişdir.

Uzun müddət fəaliyyətini səyyar kitab satıcısı kimi davam etdirən Böyükçöl 31 yanvar 2024-cü ildə Kerazon adlı kitab mağazasının açılışını etmişdir.

Böyükçöl davamlı olaraq Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini tənqid etməkdədir.

Düşüncələri

Böyükçöl sazı "cahillik aləti" adlandırıb və "meyxana kimi bir şey" olduğunu bildirib.

Şəxsi həyatı

2 dəfə evlənmiş, ilk evliliyindən bir qızı, ikinci evliliyindən bir oğlu olmuşdur.

Azərbaycan şairi və publisist Qəşəm Nəcəfzadənin oğludur.

1 bacısı və 1 qardaşı var.

Kitabları

  • Çöl, Bakı, 2010.
  • Səkkizinci gün, Bakı, Qanun, 240 səh.
  • Məni kim tapa bilər?, Bakı, Mücrü nəşriyyatı, 2020. 128 səh.
  • Əlqəmə, 2021
  • Elçibəyin sirri. Bakı, 2023, 260 səh.
  • Səs, 2023.

İstinadlar

Xarici keçidlər

Tags:

Kəramət Böyükçöl Həyatı və fəaliyyətiKəramət Böyükçöl DüşüncələriKəramət Böyükçöl Şəxsi həyatıKəramət Böyükçöl KitablarıKəramət Böyükçöl İstinadlarKəramət Böyükçöl Xarici keçidlərKəramət Böyükçöl17 oktyabr1987Azərbaycanİmişli rayonuƏliqulular

🔥 Trending searches on Wiki Azərbaycanca:

AnemiyaİsimMirvariSarbonnaƏfşar imperiyasıTamamlıq2024-cü ildə vəfat edənlərin siyahısıCərəyan şiddətiAnaxanım İsmayılovaTürkmənçay müqaviləsiƏrəb xilafətiMenecmentFaizBalaəliNaxçıvan Muxtar RespublikasıMülahizəSahələrinə görə ölkələrin və ərazilərin siyahısıEldənizlərQadın reproduktiv sistemləriMöminə Xatun türbəsiDinAbbasqulu ağa Bakıxanovİnformasiyanın kodlaşdırılmasıVeysəl MusibovAzərbaycan Milli QvardiyasıHeydər ƏliyevOperativ yaddaş qurğusuAğdamAzərbaycan Daxili QoşunlarıAhəng qanunuAllahverdi BağırovVulkanNəqliyyatİnternetZəncirotuVitaminlərÜçbucaqMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)MasonluqArıDünya okeanıAydın Kərimov (hüquqşünas)Cümlə üzvləriCəbrƏbdürrəhim bəy HaqverdiyevNeftçi PFKTrapesiyaBəxtiyar VahabzadəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiAzərbaycandakı quşların siyahısıMercedes-BenzÜslubiyyat (Azərbaycan dili)DostluqMir Mövsüm AğaNəsli kəsilməkdə olan növlərMələkxanım EyubovaBakı kəndlərinin siyahısıAğıllı şəhərBeynəlxalq telefon kodlarıQrafik redaktorlarGərginlik (elektrik)MonarxiyaƏli ƏhmədovTorpaqAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıMicrosoft WindowsAtlantik okeanYanıqMikayıl MüşfiqElektrik cərəyanıMoskvaQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriYeni Müsavat (qəzet)MenstruasiyaYol nişanları🡆 More