Kür Şəmayısı

Kür şəmayısı (lat.

Kür şəmayısı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kür şəmayısı
Beynəlxalq elmi adı

Yayılması

Xəzər dənizinin əsasən cənub-qərb hissəsində, Kür çayının aşağı və orta axarlarında, Qanıxçay, Araz çaylarında rast gəlinir. Bundan əlavə Varvara, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarında şəmayının şirinsu populyasiyaları mövcuddur.

Morfoloji əlamətləri

Bədəni uzunsovdur, yanlardan azacıq basıqdır. Bel üzgəcində əksərən 8-10, anal üzgəcində 14-17 şüa var. Yan xətt orqanı pulcuqlarının sayı 56-70-dür, udlaq dişləri 2.5-5.2-dir. Başı kiçikdir, ağzı yuxarı açılır. Uzunluğu adətən 18-34 sm, kütləsi 127-610 q olur. Pulcuqları gümüşü rəngdədir. Bel tərəfi tünd yaşıl, qarın tərəfi və üzgəcləri isə açıq rəngdə olur. Üzgəcləri rəngsiz, kənarları bozdur.

Yaşayış yeri və həyat tərzi

Keçici balıqdır. Dəniz sahillərində yaşayır, kürü tökmək üçün çaylara, əsasən Kür çayına girir. Çaya miqrasiyası noyabr ayında başlayır, mart ayında qurtarır. Plankton orqanizmlər, başlıca olaraq ibtidai xərçəngkimilərlə, az miqdarda isə - quru və hava cücüləri ilə, çox nadir hallarda detritlə qidalanır. Mingəçevir su anbarı yarandıqdan sonra tipik keçici balıq olan Kür şəmayısının da su anbarında oturaq və kürüləmək üçün Kür çayı ilə yuxarı, əvvəlki kürüləmə yerinə gedən keçici populyasiyaları əmələ gəlib.

Çoxalması

3-4 yaşında cinsi yetkinliyə çatır. Kür şəmayısı çaya yenicə girdikdə onun cinsi məhsulları hələ yetişməmiş olur və çayda bir neçə ay qaldıqdan sonra yetişməyə başlayır. Kürüsünü iyun-iyul aylarında hissə-hissə tökür. Kürülərin miqdarı 10 mindən 60 minə qədərdir. Kürü mayalandıqdan sonra substrata yapışır. Kürüdən sürfələrin çıxması 3-4 gün davam edir. Körpələr qısa müddətdən sonra dənizə qayıdır.

Təsərrüfat əhəmiyyəti

Qiymətli vətəgə balıqlarından hesab olunur. Əvvəllər Kür çayında ildə 2-3 min sentnerə qədər şəmayı tutulurdu, lakin çayın üzərində bəndlər tikildikdən sonra çoxalma yerlərinə gedən yollar kəsildiyindən onun ehtiyatı xeyli azalmışdır. Hazırda Mingəçevir su anbarından ildə 150-200 s. şəmayı balığı ovlanır.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 80.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.143.

Tags:

Kür Şəmayısı YayılmasıKür Şəmayısı Morfoloji əlamətləriKür Şəmayısı Yaşayış yeri və həyat tərziKür Şəmayısı ÇoxalmasıKür Şəmayısı Təsərrüfat əhəmiyyətiKür Şəmayısı İstinadlarKür Şəmayısı ƏdəbiyyatKür ŞəmayısıLatın diliÇəkikimilər

🔥 Trending searches on Wiki Azərbaycanca:

DelimitasiyaAvropa ölkələrinin siyahısıKimyəvi elementElçin HüseynbəyliRənglər siyahısıVikipediyaFeilBakıXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Dünya okeanıKompüterMaliyyəNitq hissəsiYüzillik müharibəSöhbətül-əsmarKarles PuçdemonSahibkarlıqAyTaktikaMasonluqKürEverestSəbuhi Məmmədov (baş nazir)ŞiəlikAdrianHəcmDərman zəncirotuVoleybolBakı Dövlət UniversitetiAntonimAlternativ enerjiEnerjiKəmaləddin HeydərovASAN xidmətMisir ehramlarıPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Leyli və Məcnun (Nizami)Təsirlik halSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiİbtidai insan sürüsüDüzbucaqlıUzun HəsənAzərbaycanın iqlimiMüstəqillik Günü (Azərbaycan)Nəsib QuliyevBöyük Qafqazİnsanın tənəffüs sistemiİnsan hüquqlarıBirinci Dünya müharibəsiDövlət bayraqlarının siyahısıAbşeron rayonuYaponiyaDağAğqoyunlularAlbert EynşteynXocalı soyqırımıQafqaz AlbaniyasıCanavarMüxtəsər vurma düsturlarıSeks yelləncəyiVərəmXürrəmilər hərəkatıTərcüməAzərbaycan Beynəlxalq BankıƏrəb xilafətiQan qrupuDərman bitkiləriDüzbucaqlı üçbucaqBərdə rayonuVasif Talıbovİmadəddin NəsimiVenera (planet)Gələrsən-Görərsən qalasıCəfər CabbarlıQulaqdibi xəstəliyiNoyabrZəlzələWhatsApp🡆 More