Hakim İbrahimov: Azərbaycanın paralimpiya atleti

Hakim Elçin oğlu İbrahimov (2 oktyabr 1990; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet.

2016-cı ildə baş tutan Paralimpiya Oyunlarının medallarına sahib olub.

Hakim İbrahimov
Hakim İbrahimov 2016-cı il Yay Paralimpiya Oyunlarında
Hakim İbrahimov 2016-cı il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Hakim Elçin oğlu İbrahimov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (33 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
İdman növü Yüngül atletika

Həyatı

Hakim İbrahimov 1990-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub.

Karyerası

XV Yay Paralimpiya Oyunlarında dörd turnirdə mübarizə aparan Yelena Çebanu və onun bələdçisi Hakim İbrahimov sentyabrın 10-da 100 metr məsafəyə qaçış turnirində mübarizə apardı. Yelena Çebanu təsnifat mərhələsində 12.24 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə Yelena Çebanu 11.80 saniyə nəticə göstərdi və növbəti dəfə birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu final mərhələsinə adladı. Sentyabrın 9-da baş tutan final turnirində isə Yelena Çebanu 11.70 saniyə nəticə göstərdi və Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu.

Daha sonra Yelena Çebanu 200 metr məsafəyə qaçış turnirində mübarizə apardı. Yelena Çebanu təsnifat mərhələsində 24.16 saniyə nəticə göstərdi və dörd atlet sırasında birinci pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Sentyabrın 12-da baş tutan final turnirində isə Yelena Çebanu 22.80 saniyə nəticə göstərdi və XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.

Sentyabrın 15-də isə Yelena Çebanu 400 metr məsafəyə qaçış turnirində mübarizə apardı. Yelena Çebanu təsnifat mərhələsində 56.52 saniyə nəticə göstərdi və üç atlet arasında Kuba nümayəndəsi Omara Duranddan sonra 2-ci pilləni sahibi oldu və final mərhələsinə vəsiqə qazana bilmədi. Bununlada Yelena Çebanu və bələdçisi Hakim İbrahimov XV Yay Paralimpiya Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Hakim Elçin oğlu İbrahimov "Tərəqqi" medalı ilə təltif edildi.

İstinadlar

Tags:

AzərbaycanAzərbaycan Sovet Sosialist RespublikasıBakı

🔥 Trending searches on Wiki Azərbaycanca:

AktyorAzərbaycan gerbiŞəkilçiİranMisirTabesiz mürəkkəb cümlələrQafqaz Müsəlmanları İdarəsiKor bağırsaqTomrisŞizofreniyaQüvvə (fiziki kəmiyyət)Egey dəniziTürbəNəsibə ZeynalovaƏhalisinə görə ölkələrin siyahısıRövnəq AbdullayevKöməkçi nitq hissələriBöyük BritaniyaZərflikTəcavüzTürkmənçay müqaviləsiElvin Cəfərquliyevİsmayıllı rayonuKəlbəcər rayonuSpirtlərRöya AyxanYusif (peyğəmbər)CavanşirlərVərəmBakıPasxaZəlzələUşaqlıq (anatomiya)Məhəmmədhüseyn ŞəhriyarCabir NovruzModelÇingiz MustafayevAzər-Türk BankFeilƏliRamil UsubovTalassemiyaGövhər ağaMürəkkəb cümləGelati monastırıTürkiyəİslamLi KetsyanİsrailSakit okeanİsgəndərnaməÜçölçülü kompüter qrafikalarıQurban bayramıCon fon NeymanAllergiyaI AbbasTəşbehPolad HəşimovŞirvanşahlar sarayıZəfər Günü (Azərbaycan)Azərbaycanlıların Soyqırımı GünüBrakonyerlikSkiflərAzərbaycanın daxili sularıMüdafiə Nazirliyi (Azərbaycan)Azərbaycan Texniki UniversitetiƏli Tağıyev (əsgər, 1997)ASAN xidmətBal arısıQuşlarOrucBad (sinql)QissəHeydərbabaya salamAzərbaycan diliGəncə qalasıUşaq hüquqlarıKanada🡆 More