Habil Əliyev

Habil Mustafa oğlu Əliyev (28 may 1927, Ağdaş – 8 sentyabr 2015, Bakı) — Azərbaycanlı kamança ifaçısı, Azərbaycan SSR xalq artisti (1978).

Habil Əliyev
Habil Əliyev
Ümumi məlumatlar
Ləqəbi Habil Kaman
Doğum tarixi 28 may 1927(1927-05-28)
Doğum yeri
Vəfat tarixi 8 sentyabr 2015(2015-09-08) (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1935-ci ildən
Janr muğam
Musiqi aləti kamança
Mükafatları Habil Əliyev Habil Əliyev
Habil Əliyev Habil Əliyev

Bioqrafiya

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. İlk vaxtlar ailəsinin təkidi ilə tar sinifində dərs alsa da uşaqlıqda çox cılız olduğundan tara gücü çatmır sonradan kamança sinifinə keçir. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.

Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olmuşdur.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Habil Əliyev 
Habil Əliyevin Fəxri Xiyabanda yerləşən məzarüstü abidəsi

Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat etmişdir. Bakıda, I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ailəsi

Habil Əliyev 1954-cü ildə Şərqiyyə xanım ilə ailə həyatı qurmuşdur. Üç qız və bir oğlu var.)

Fəxri adları

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər

Tags:

Habil Əliyev BioqrafiyaHabil Əliyev AiləsiHabil Əliyev Fəxri adlarıHabil Əliyev FilmoqrafiyaHabil Əliyev İstinadlarHabil Əliyev Xarici keçidlərHabil Əliyev1927201528 may8 sentyabrAzərbaycanlıAğdaşBakı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Mübariz İbrahimovE.ə. II minillikMoskvaAzərbaycan PrezidentiPink FloydBanqladeş Silahlı QüvvələriDünya ölkələrinin siyahısıİsaak NyutonHəqiqətMöminə Xatun türbəsiOsmanlı imperiyasıƏbülfəz ElçibəyBirinci şəxs atıcıNanometrReal zamanda strategiyaTürkmənistanAlçaSənaye inqilabıAzərbaycan xanlıqlarıKimyəvi elementDaft PunkNoyabrQətərNiderlandAğacDeath NoteAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıSürücülük vəsiqəsiİqtisadiyyatAltair 8800BasketbolUzunluq (fizika)Provans dialektiƏqrəb (astrologiya)ZərflikGoodreadsVahid ƏhmədovCeyms KosmoZaur BaxşəliyevPianolaFinal9 May Qələbə Günüİosif StalinGameFAQsİkinci Fəxri XiyabanOsamu TezukaAppleAzərbaycan RespublikasıOlimpiya oyunlarıFlorensiya Milli Mərkəzi KitabxanasıMuxtar ƏfəndizadəSkelet (insan)Warner Bros.Kompüter oyunuVergülTay diliİlanlarADA UniversitetiOğlaq (astrologiya)Barselona FKGöygöl (göl)Dart VayderAzərbaycanda təhsilQuranİlyas ƏfəndiyevZəncirotuTahir İmanovHacı ŞahinXüsusi Təyinatlı DəstələrXarıbülbül (simvol)Cənubi AzərbaycanFəzail AğamalıMüslüm Maqomayev (bəstəkar)Dota 2🡆 More